"Soldier Of Love" | ||||
---|---|---|---|---|
Sade tərəfindən Soldier of Love albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 2009, 8 dekabr | |||
Format | sinql | |||
Janr | R&B, soft rock | |||
Dil | ingilis dili | |||
Müddət | 05:58 | |||
Prodüser | Sade Adu, Mike Pela | |||
Bəstəkar | Sade Adu, Andrew Hale | |||
Sözlərin müəllifi | Stuart Matthewman, Paul Spencer Denman | |||
Leybl | Sony Music[d] | |||
Studiya | Sony | |||
Sade sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Soldier of Love – ingilis R&B və soul qrupu Sadenin çıxardığı sinql. Sinqlın dünya təqdimatı 8 dekabr, 2009-cu il tarixində keçirilib.
Mahnı Sadenin on illik fasilədən sonra səbirsizliklə gözlənilən və 8 fevral 2010-cu ildə təqdimatı keçirilən onuncu studio albomu Soldier of Lovedan olan ilk sinqldır. Mahnının Billboard Hot 100-də debütü 54-cü yerdə olub.
Mahnı Sade Adu və qrupun digər üzvləri tərəfindən birgə yazılıb. Sinql Billboard R&B chartsda dekabrın doqquzunda 45-ci yerdə debüt edib. Bir neçə gün sonra isə Şadenin rəsmi web saytında ictimaiyyətə təqdim edilib.
Mahnı həmçinin ABŞ teleserialı Lostun sonuncu, altıncı sezonunda soundtrack kimi istifadə edilib.
Mahnının klipinin rejissoru Britaniya rejissoru Sophie Mullerdir. Klipdə səhrada rəqs edən və hərbi yürüş keçirən əsgərlər təsvir olunub.
№ | Başlıq | Musiqi | Müddət |
---|---|---|---|
1. | "Soldier of Love" | S. Adu, S. Matthewman, P.S. Denman, A. Hale, P.A. Cook | 5:58 |
2. | "Flow (from the album Lovers Rock)" | S. Adu, S. Matthewman, P.S. Denman, A. Hale | 4:34 |
№ | Başlıq | Musiqi | Müddət |
---|---|---|---|
1. | "Soldier of Love (Radio Edit)" | S. Adu, S. Matthewman, P.S. Denman, A. Hale, P.A. Cook | 4:33 |