Splunk

Splunk
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye
Məhsulları
Təsis tarixi 2004
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • US$6,34 billion (2023)
Ümumi gəliri
  • US$3,65 billion (2023)
Xalis mənfəəti
  • US$−278 million (2023)
Əməliyyat mənfəəti
  • US$−236 million (2023)
Struktur
İşçi sayı ~8,000 (yanvar 2023)
Ana şirkət Cisco
Rəhbərlik
Təsisçilər
Rəhbərlik
  • Geri Stil
  • (sədr və baş direktor)
splunk.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
AWS sammitində "Splunk".

Splunk Inc.ABŞ proqram təminatı şirkəti. Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.[1] Veb üslublu interfeys vasitəsilə maşın tərəfindən yaradılan verilənlərin axtarışı, monitorinqi və təhlili üçün proqram təminatı istehsal edir.[2] Onun proqram təminatı axtarış edilə bilən anbarda real vaxtlı verilənləri tutmağa, indeksləşdirməyə və əlaqələndirməyə kömək edir. Ondan qrafiklər, hesabatlar, xəbərdarlıqlar, tablolar və vizualizasiyalar yaratmaq mümkündür.[3][4]

Firma verilənlər nümunələrini müəyyən etmək,[5] ölçüləri təmin etmək, problemlərin diaqnostikası və biznes əməliyyatları üçün kəşfiyyat məlumatı vermək üçün maşın məlumatlarından istifadə edir. Bu, proqramların idarə edilməsi, təhlükəsizlikuyğunluq, həmçinin biznes və veb-analitika üçün istifadə olunan üfüqi texnologiyadır.[2]

2023-cü ilin sentyabrında "Splunk"un "Cisco" tərəfindən 28 milyard ABŞ dollarına tam nağd sövdələşmədə satın alınacağı elan edilmişdir.[6] Əməliyyat 18 mart 2024-cü ildə tamamlanmışdır.[7]

Maykl Baum, Rob Das[8] və Erik Svan 2003-cü ildə "Splunk Inc." şirkətini təsis etmişdilər. Vençur firmaları "August Capital", "Sevin Rosen", "Ignition Partners" və "JK&B Capital" şirkətə dəstək vermişdir.[9]

2007-ci ilə qədər "Splunk" 40 milyon ABŞ dolları toplamışdır.[10] 2009-cu ildə şirkət mənfəət əldə etməyə başlamışdır.[11] "Splunk" 2012-ci ildə NASDAQ simvolu SPLK altında ticarət edərək ilkin kütləvi təklif etmişdir.[12]

Şirkətin böyüməsi

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin sentyabrında şirkət mobil cihaz məlumat analitikası şirkəti olan "BugSense"i satın almışdır.[13] "BugSense" şirkəti "tətbiq işini yaxşılaşdırmaq və keyfiyyəti yaxşılaşdırmaq üçün tərtibatçılar tərəfindən istifadə edilən mobil analitik platforma" təqdim edirdi. Bu, developerlərə miqyaslana bilən bulud platformasından idarə etdiyi mobil cihazlardan verilənlər analitikasına giriş imkanı vermək üçün "proqram təminatı developer dəsti" təqdim etmişdir. Satınalma məbləği açıqlanmamışdır.[14]

2013-cü ilin dekabrında "Splunk" şəbəkə məlumatlarının ələ keçirilməsi texnologiyaları provayderi olan "Cloudmeter"i satın almışdır.[15] 2015-ci ilin iyun ayında "Splunk" İT infrastrukturu və tətbiqlərindən əldə edilən verilənləri təhlil etmək üçün maşın öyrənmə texnologiyasından istifadə edən proqram təminatı şirkəti "Metafor"u satın almışdır.[16] 2015-ci ilin iyulunda Splunk kibertəhlükəsizlik startapı olan "Caspida"nı 190 milyon ABŞ dollarına satın almışdır.[17]

2015-ci ilin oktyabrında "Splunk" kibertəhlükəsizliyin aşkarlanması və kəşfiyyat-analiz texnologiyasını təklif etmək üçün ABŞ hökumətinin təhlükəsizlik podratçısı "Booz Allen Hamilton Inc." ilə "kibertəhlükəsizlik ittifaqı" bağlamışdır.[18] "Splunk" 2016-cı ildə 10 il ərzində qeyri-kommersiya təşkilatları və məktəblər üçün proqram lisenziyaları, təlim, dəstək, təhsil və könüllülük üçün 100 milyon dollar ianə etməyi vəd etmişdir.[19]

"Glassdoor"a görə, 2017-ci ilin aprelində ABŞ-də işçilər üçün ən çox əməkhaqqı təmin edən dördüncü şirkət olmuşdur.[20][21] 2017-ci ilin may ayında "Splunk" müəssisələr üçün axtarışa əsaslanan analitika təmin edən proqram təminatı şirkəti olan "Drastin"i satın almışdır.[22] 2017-ci ilin sentyabrında "Splunk" bulud əsaslı verilənlərin toplanması və pozuntuların aşkarlanması proqramını inkişaf etdirən "SignalSense"i əldə etmişdir.[23] "Splunk" o dövrdə maşın öyrənməsindən istifadə etdiyini açıqlamışdır.[24]

"Splunk" 2017-ci ilin oktyabrında kiçik rəqibi "Rocana"dan texnologiya və əqli mülkiyyət əldə etmişdir.[25] "Splunk" 9 aprel 2018-ci ildə "Phantom Cyber Corporation"ı təxminən 350 milyon ABŞ dollarına satın almışdır. 2018-ci ilin aprel ayında bazar kapitallaşması 14,8 milyard ABŞ dollarına çatmışdır.[26] "Splunk" 11 iyun 2018-ci ildə 120 milyon ABŞ dollarına "DevOps" insidentlərinin idarə edilməsi üzrə startap olan "VictorOps"u aldığını elan etmişdir.[27]

2018-ci ilin iyul ayında "Splunk" sənaye IoT və analitika SaaS şirkəti olan "KryptonCloud"u satın almışdır.[28] "Splunk" bulud monitorinqi şirkəti "SignalFx"i 2019-cu ilin oktyabrında 1,05 milyard ABŞ dollarına almışdır.[29] İki həftə sonra, 4 sentyabr 2019-cu ildə "Splunk" açıqlanmayan bir məbləğə paylanmış izləmə üzrə ixtisaslaşan erkən mərhələ startapı olan "Omnition"u əldə etmişdir.[30]

"Splunk" həmçinin, özünün korporativ vençur fondunun, "Splunk Ventures"in fəaliyyətə başladığı açıqlamışdır. İlkin mərhələdə startaplara investisiya etmək üçün 100 milyon dollarlıq İnnovasiya Fondu və 50 milyon dollarlıq Sosial Təsir Fondu yaradılmışdır.[31]

  1. Waxmann, Laura. "Splunk lists S.F. corporate headquarters for lease". American City Business Journals. May 7, 2022. May 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024. A spokesperson for the company said Friday that Splunk's headquarters will remain in San Francisco, but will be consolidated into an adjacent building leased by the company.
  2. 1 2 "How Splunk Is Riding IT Search Toward an IPO — Tech News and Analysis". Giga OM. December 17, 2010. August 20, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 22, 2013.
  3. Tam, Pui-Wing. "Start-Ups Aim to Help Tame Corporate Data". Wall Street Journal. September 9, 2009. August 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024 – www.wsj.com vasitəsilə.
  4. Woods, Dan. "Business Intelligence and the Data Center". citoresearch.com. January 6, 2011. March 20, 2012 tarixində orijinalından arxivləşdirilib.
  5. Central, CIO. "How CIOs Should Be Helping Marketers". Forbes. December 15, 2010. August 10, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024.
  6. Schuetz, Molly; Manson, Katrina. "Cisco Strikes $28 Billion Deal for Splunk in Biggest Buy Yet". Bloomberg. September 21, 2023. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  7. "Cisco Completes Acquisition of Splunk". Cisco (ingilis). 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  8. Not to be confused with Rob Das, the Dutch film and television actor, director, and writer
  9. Robb, Drew. "Splunk Inc.'s Splunk Data Center Search Party". Computerworld (ingilis). 2006-08-21. 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.
  10. "Splunk search engine raises $25 million". IT PRO. September 12, 2007. February 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024.
  11. "IT search company Splunk reaches profitability". VentureBeat. October 14, 2009. July 19, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2013.
  12. Rusli, Evelyn. "Splunk Soars as Investors Embrace Data Boom". The New York Times. April 19, 2012. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2016.
  13. "Splunk Announces Agreement to Acquire BugSense". Splunk. September 22, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 16, 2013.
  14. "Splunk Acquires Bugsense". TechCrunch. September 16, 2013. October 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024.
  15. December 2013, Jamie Hinks 10. "Splunk completes Cloudmeter acquisition". ITProPortal (ingilis). December 10, 2013. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
  16. "Vancouver's Metafor Acquired by Splunk". Digital Magazine (ingilis). 2015-06-29. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
  17. "Splunk acquires cybersecurity startup Caspida for $190M". Venturebeat. July 9, 2015. February 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024.
  18. "Angela Messer: Booz Allen-Splunk Cyber Alliance Blends Data, Experience". GovCon. October 15, 2015. October 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2024.
  19. Verhage, Julie. "These Are the Highest-Paying Companies in America". Bloomberg Business. April 12, 2017. April 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2017.
  20. Verhage, Julie. "These Are the Highest-Paying Companies in America". Bloomberg Business. April 12, 2017. April 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2017.
  21. "25 Highest Paying Companies in America for 2017 | Glassdoor". Glassdoor Blog (ingilis). 2017-04-12. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
  22. "Document". www.sec.gov. 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  23. Gagliordi, Natalie. "Splunk buys IP assets of smaller rival Rocana | ZDNet". ZDNet (ingilis). November 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2017.
  24. "Splunk Closes Acquisition of Phantom". Splunk (ingilis). May 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2018.
  25. Gagliordi, Natalie. "Splunk buys IP assets of smaller rival Rocana | ZDNet". ZDNet (ingilis). November 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2017.
  26. "Splunk Closes Acquisition of Phantom". Splunk (ingilis). May 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2018.
  27. "Acquisitions". Splunk (ingilis). 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  28. "Acquisitions". Splunk (ingilis). 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  29. Lardinois, Frederic. "Writer". TechCrunch. 21 August 2019. 5 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2019.
  30. Tully, Tim. "Splunk to Acquire Observability Innovator and Leading Open Source Contributor Omnition". Splunk blog. Splunk, Inc. 4 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2019.
  31. "Splunk launches venture funds with $150 million". San Francisco Business Times (ingilis). 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  ABŞ portalı