Staurophora celsia

Staurophora celsia
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Staurophora celsia
Beynəlxalq elmi adı

Staurophora celsia (lat. Staurophora celsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin staurophora cinsinə aid heyvan növü.

Qanadları açılmış halda 40–45 mm-dir. Ön qanadları açıq-yaşıl rəngdədir. Ortasında olan eninə zolaq və kənarları tünd qəhvəyidir. Ön qanadın kənarları dişlidir. Arxa qanadları açıq-qəhvəyi, kənarlarındakı dişciklər ön qanadlara nisbətən zəifdir. Döşü üzərində iki yaşıl ləkə vardır. Qarıncığı arxa qanadların rəngindədir.

Orta Avropa, qərbi və şərqi Rusiya, Sibirin hər yerində yayılmışdır. Azərbaycanda isə Kiçik Qafqazın dağlıq hissələrində (Daşkəsəndə) rast gəlinir. Kəpənəyi iyunun axırlarında uçur.

Dağ çəmənlikləri, meşə açıqlığı və kolluqlar. Həyat tərzi öyrənilməişdir. Tırtılı iyundan avqusta qədər müxtəlif meşə yabanı taxılkimilər ilə qidalanır. Kəpənəyi iyun ayında uçur.

Azsaylıdır. Azərbaycanda cəmi 2 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək.