Subaru

Subaru
スバル
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Diviziya
Sənaye avtomobil sənayesi
Məhsulu avtomobil
Təsis tarixi 15 iyul 1953
Struktur
İşçi sayı
  • 16.961 nəf. (31 mart 2022)[1]
Rəhbərlik
Təsisçi
Baş icraçı direktor Atsushi Osaki
subaru-global.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Subaru, Yapon nəqliyyat konqlomeratı Subaru Corporation-ın (daha əvvəl Fuji Heavy Industries olaraq tanınmışdır) avtomobil istehsalı diviziyasıdır.

Subaru 2017-ci ildə dünya üzrə istehsalına görə iyirmi birinci ən böyük avtomobil istehsalçısıdır.[2]

Subaru avtomobilləri əsasən 1.5L və daha böyük həcmə malik Bokser mühərriki istifadəsi ilə tanınır. Məşhur Simmetrik Tam Ötürmə konfiqurasiyası 1972-ci ildə tanıdılmışdır. Hər ikisi də 1996-cı ildən bəri əksər Subaru modellərində standart hala gəlmişdir.

Subaru avtomobilləri ənənəvi olaraq kiçik, lakin nisbətən daha sadiq alıcılar kütləsini cəlb edir. Şirkətin marketinqi əsasən özünə xas mühərrik və ötürmə konfiqurasiyasına malik istər yolsuzluq qabiliyyətli, istərsə də, idman tipli dizayna malik avtomobilləri ilə maraqlanan alıcıları hədəfləyir.[3]

Subaru yapon dilindən Ülkər (ulduz topası) və ya "Yeddi Bacı" (hansı ki birinin görünməz olduğu deyilir, sırf bunun üçün Subaru loqosu 6 ulduzdan ibarətdir) üçün birbaşa tərcümədir.

Bu loqo, eyni zamanda Fuji Heavy İndustries-in yaranması üçün birləşmiş şirkətlərə istinaddır.

Ülkər ulduz topasını təsvir edən Subaru loqosunun ilkin variantı.

Fuji Heavy Industries (FHI) və Subaru-nun ilk avtomobilləri.

[redaktə | mənbəni redaktə et]

Fuji Heavy Industries 1915-ci ildə Çikuhey Nakacimanın rəhbərlik etdiyi Təyyarə Tədqiqat Laboratoriyası kimi fəaliyyətə başlamışdır. 1932-ci ildə şirkət Nakajima Aircraft Company olaraq yenidən quruldu və tezliklə İkinci Dünya Müharibəsi zamanı Yaponiya üçün əsas təyyarə istehsalçısına çevrildi. İkinci Dünya Müharibəsinin sonunda Nakajima bu dəfə Fuji Sangyo Co, Ltd. olaraq yenidən quruldu. 1946-cı ildə şirkət müharibədən qalma təyyarələrin ehtiyat hissələri ilə Fuji Rabbit skuterini yaratdı.[4] 1950-ci ildə Fuji Sangyo Yaponiya hökumətinin anti-dzaybatsu qanunvericiliyinin Korporativ Kreditlərin Yenidən Qurulması Qanununa uyğun olaraq 12 kiçik korporasiyaya bölündü. 1953-1955-ci illərdə bu korporasiyalardan beşi və yeni yaradılmış bir korporasiyanın birləşməsi ilə Fuji Heavy Industries yarandı. Bu şirkətlər - skuter istehalçısı Fuji Kogyo, kuzov istehsalçısı Fuji Jidosha, mühərrik istehsalçısı Omiya Fuji Kogyo, şasi istehsalçısı Utsunomiya SharyoTokyo Fuji Sangyo Trading şirkəti idi.[5]

Həmin dövr üçün Fuji Heavy Industries-in baş icraçı direktoru Kenji Kita yeni qurulmuş şirkəti avtomobil istehsalı sahəsinə yönəltmək istəyirdi və tezliklə şirkət P-1 kod adlı prototipin hazırlanmasına başladı. Kita, P1-in adlandırılması ilə bağlı təklifləri üçün şirkətə müraciət etdi, lakin təkliflərin heç biri kifayət qədər cəlbedici gəlmədi. Sonda o, şirkətə bir müddətdir ki, "ürəyində əzizlədiyi" o adı verdi: Subaru, hansı ki, Ülkər ulduz topasının yapon adıdır.[6] İlk Subaru avtomobili Subaru 1500 (1954) adlandırıldı və çoxsaylı təchizat problemlərinə görə cəmi iyirmi ədəd istehsal edildi. Sonradan, şirkət kiçik və hava hava soyutma mühərrikinə malik 360 (1958), Sambar (1961) və 1000 (1965-ci ildə ilk dəfə Subaru Bokser mühərriki ilə təqdim edildi) daxil olmaqla onlarla avtomobil modeli istehsal etdi.[7]

Subaru 1500/P-1 (solda) və Subaru 360 (sağda)

Sonrakı ortaqlıqlar

[redaktə | mənbəni redaktə et]

1968-ci ildə Yaponiya Baş naziri Eysaku Satonun administrasiyası altında Yaponiya avtomobil sənayesinin rəqabət qabiliyyətini artırmaq üçün hökumətin sifarişi ilə birləşdirilməsi dövründə Nissan Subaru-nun ana şirkəti olan Fuji Heavy Industries-in 20,7% hissəsini əldə etdi. Nissan, Nissan Diesel avtobusları üçün FHI-nin avtobus istehsalı bacarığı və təcrübəsindən istifadə edəcəkdi. Bir çox Subaru avtomobilləri, hətta bu gün də Nissan istehsalçı keiretsusundan hissələrdən istifadə edir. 4EAT olaraq tanınan Subaru avtomatik transmissiyası həm də birinci nəsil Nissan Pathfinder modelində istifadə olunur. Nissan ilə bu razılaşma çərçivəsində Subaru R-2 (1969), Rex və Leone (1971), BRAT (1978), Alcyone (1985), Legacy (1989), Impreza (1993) (və onun WRX variantı) və Forester (1997) modellərini təqdim etdi.

Subaru Impreza əsaslı Saab 9-2X Aero

Nissan-ın Renault ilə ittifaqından sonra onun FHI-dakı payı 1999-cu ildə General Motors-a satıldı. General Motors-dan Troy Klark Fuji Heavy Industries-in korporativ idarə heyətində nümayəndə kimi işləyirdi. Bu müddət ərzində Subaru Baja (2003) və Tribeca (2005) modellərini təqdim etdi. General Motors idarəsi altında Subaru Forester Hindistanda Chevrolet Forester, və bunun qarşılığında Opel Zafira Yaponiyada Subaru Traviq olaraq satıldı. 2-ci nəsil Suzuki Swift və 1-ci nəsil Suzuki Ignis avropada ardıcıl olaraq 2-ci və 3-cü nəsil Subaru Justy olaraq satıldı. Həmçinin, 2002-ci ildə Yapon bazarı Legacy Turbo platforması əsaslı Chevrolet Borrego krossover tipli kupe/pikap konsepti təqdim edildi. ABŞ-da Impreza-nın yenidən markalandırılmış variantı, Saab 9-2X modeli satışa çıxarıldı. Bir SUV (Subaru Tribeca/Saab 9-6X) modeli də planlaşdırılırdı[8], lakin Saab versiyası ləğv edildi və dizayn üslubu 2008-ci ildə yenilənmiş Tribeca üçün yenidən istifadə edildi.

Subaru BRZ, Toyota və Subaru tərəfindən birgə hazırlanmış avtomobil.

GM 2005-ci ildə FHI-dakı səhmlərini ləğv etdi. Subaru-nun Saab 9-2x üçün ehtiyat hissələri təmin etməsindən başqa demək olar ki, bütün Saab-Subaru birgə layihələri dayandırıldı. Toyota Motors GM-in FHI səhmlərinin 40%-dən bir qədər çoxunu aldı, bu da FHI-nin 8,7%-ni təşkil edir. (GM-in qalan səhmləri Fuji səhmlərinin geri alınması proqramı ilə qaytarıldı.) O vaxtdan Toyota və Subaru 2007-ci ilin aprel ayından başlayaraq Subaru-nun İndiana, ABŞ zavodunda Toyota Camry-nin istehsalı də daxil olmaqla bir sıra layihələrdə əməkdaşlıq etdilər. 2008-ci ildə Subaru Exiga modelini təqdim etdi.

Subaru Solterra

Toyota 2008-ci ilin iyul ayında FHI səhmini 16,5%-ə qədər artırdı.[9] Sonradan Toyota və Subaru birlikdə ilk dəfə 2012-ci ilin yanvarında satılan Subaru BRZ-nin istehsalına başladılar. Toyota BRZ modelini 2016-cı ilə qədər Scion FR-S olaraq satdı, lakin 2016-cı ildə Scion-un bağlanması səbəbindən onun adı Toyota 86 olaraq dəyişdirildi. Toyota-nın artan mülkiyyətindən Subaru da bəyan etdi ki, onlar artıq öz Kei avtomobillərini və yük maşınlarının istehsalına davam etməyəcək, onun əvəzinə Toyota-nın Daihatsu şirkətinin yenidən markalandırılmış modellərini satacaqlar. Bu, kiçik istehsalçı Subaru-ya əsas diqqəti Bokser mühərrikli ailə avtomobillərinə cəmləşdirməyə imkan yaratdı. Subarunun öz kei avtomobillərinin sonuncusu, bu kateqoriyada 54 illik fasiləsiz istehsaldan sonra 2012-ci ilin martında istehsalı dayandırılmış altıncı nəsil Subaru Sambar oldu.[10]

2021-ci ildə Subaru və Toyota-nın ortaq layihəsi Toyota bZ4X konsept modeli təqdim edildi. 2022-ci ilin ortalarından Toyota bZ4X və Subaru Solterra modelləri Yaponiya, ABŞ, Kanada, AvropaÇin bazarlarında satışa çıxarıldı. bZ4X və Solterra modellərində Subaru-nun "Subaru Safety Sense" təhlükəsizlik sistemi standartdır və Subaru tərəfindən dizayn edilmiş tam ötürücülü modellərində Subarunun X-Mode ötürücü sistemi mövcuddur.

Subaru-nun keçmişdə istifadə etdiyi bəzi reklam şüarlarına aşağıdakılar daxildir: “Ucuzdur və bu şəkildə qalmaq üçün yaradılmışdır” (ABŞ 1970-ci illər – 1980-ci illərin əvvəlləri), “Dünyanın ən sevimli tam ötürücülü avtomobili” (Böyük Britaniya), “Plus on y pense” , plus on a le goût de la conduire" (Fransızca: "Onun haqqında nə qədər çox fikirləşsəniz, o qədər çox sürmək istəyərsiniz.") Fransız Kvebekində, "Biz daha yaxşı avtomobil düzəldərək reputasiyamızı yaratdıq", "Nə sürmək lazımdır", "Tam Ötürücünün gözəlliyi", "Düşün, hiss et, sür", "Hərəkətdə güvən" (ABŞ 2010-cu illərin əvvəlləri) və Şimali Amerikada hazırda "Sevgi. Subaru-nu Subaru edən budur", Böyük Britaniyada "Qeyri-adi mühəndislik, qeyri-adi sabitlik, qeyri-adi yol tutma, qeyri-adi hiss" və Cənub-Şərqi Asiyada "Hərəkətdə Sizə Güvən verən Texnologiya".[11]

Automotive Lease Guide-a (ALG) əsasən, Subaru 2009-cu il modelləri üçün bütün avtomobil sənayesi arasında ümumi proqnozlaşdırılan ən yüksək yenidən satış qiymətlərinə malik avtomobillərdə ikinci yeri tutdu.[12] Mükafatlar seqment rəqabəti, avtomobilin tarixi performansı və sənaye trendləri diqqətlə öyrənildikdən sonra verilir. J.D. Power and Associates tərəfindən 2008-ci ildə Müştəri Saxlanma Dərəcəsi Araşdırması üçün aparılmış araşdırmaya görə, Subaru 50,5% səviyyəsində dərəcələndirilib.[13]

Subaru Gainax ilə birgə hazırladığı "Wish Upon the Pleiades Hōkago no Pleiades" (放課後のプレアデス, Hōkago no Pureadesu, "Dərs Sonrası Pleiades") animasiya seriyasını təqdim etdi. Subaru baş perosanjlı maho-şoco süjetində 4 hissədən ibarət mini epizod seriyası 1 fevral 2011-ci ildə YouTube-da yayımlandı.

Cari əməliyyatlar

[redaktə | mənbəni redaktə et]

Subarunun korporativ qərargahı Tokionun Ebisu şəhərində yerləşir.

İstehsal müəssisələri

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin əvvəllərində Subaru avtomobillərinin 75%-nin beynəlxalq satışının keçirilməsi ilə digər yapon rəqiblərindən fərqlənirdi.[14] Subaru-nun avtomobil istehsalı üçün nəzərdə tutulmuş təsisləri Ota, Qunma prefekturasında yerləşir və dörd məntəqədən ibarətdir: Subaru-chō Subaru BRZ/Toyota 86-nın istehsal edildiyi; daha əvvəl Kei avtomobillərinin istehsalı üçün nəzərdə tutulmuş Yajima Zavodu hazırda bütün mövcud Subaru avtomobillərinin istehsal edildiyi; Otakita Zavodu kommersiya kei yük maşınlarının istehsal edildiyi (daha əvvəl Nakajima Təyyarə Şirkətinin yeri); və Qunma prefekturasının Oizumi şəhərindəki Oizumi zavodu mühərriklərin və transmissiyaların istehsal edildiyi yerdir.

Subarunun əsas xaricdəki istehsal müəssisəsi İndiana ştatının Lafayette şəhərində yerləşir; zavod Subaru of Indiana Automotive, Inc adlanır.

Yaponiyadan kənar bir çox Asiya ölkələrində Subaru avtomobilləri, ehtiyat hissələri və aksesuarları Honq-Konqun tam mülkiyyətində olan və baş ofisi Sinqapurda yerləşən Tan Chong International Limited-in Motor Image Group törəmə şirkəti tərəfindən təmin edilir.

Subaru Filippin əməliyyatlarına 1996-cı ildə Columbian Motors Philippines mülkiyyəti altında başlamış, lakin 2000-ci ildə geri çəkilmişdir. Subaru modelləri 2000-2005-ci illərdə müvəqqəti olaraq GM Autoworld dilerlərində satılmışdır.[15] Marka 2006-cı ildə Motor Image Pilipinas, Inc.-in yeni rəhbərliyi altında bazara yenidən daxil oldu. Hazırda Subaru-nun ölkədə on yeddi dileri var və son illərdə bazarda öz SUV sıralarında populyarlıq qazandı.[16] Forester və XV onların ən məşhur satış modellərindəndir.

Subaru bir vaxtlar Cənubi Koreyada 2009-cu ildə Seulun Yonsan şəhərində Choi Seung-dal rəhbərliyi altında mövcud idi.[17] Satışlar 2010-cu ilin aprelində Cənubi Koreya bazarı üçün ilkin sıra kimi Legacy, Outback və Forester ilə başladı. Onlar Toyota, Honda, Nissan və Mitsubishi-dən sonra daxil olan beşinci Yapon avtomobil istehsalçısı idilər. Şirkətin bildirdiyinə görə, onlar Hyundai və Kia-nın bazarda hökmranlığı səbəbindən bazara girişlərini gecikdiriblər.[18] 2012-ci ilə qədər Subaru Koreya aşağı satışlar səbəbindən 2013-cü ildə avtomobil modellərinin satışını dayandıracaqlarını açıqladı.[19]

23 aprel 2019-cu ildə Subaru rəsmi olaraq Lat Krabang, Banqkok, Tailandın istehsal zavodunu istifadəyə verdi, zavod 74,9%-inə sahib olan Subaru Corporation və Honq-Konqun tam mülkiyyətində olan Tan Chong International (TCIL) şirkətlərinin birgə müəssisədir. Zavod əvvəllər Mitsubishi Fuso zavodu idi, Subaru avtomobillərinii Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Asiya bazarlarına tədarük etməsi üçün yenidən təyin edildi. TCIL şirkətinin baş icraçı direktoru Glenn Tanın mediaya verdiyi müsahibəyə görə, zavod ildə maksimum 100.000 avtomobil və maksimum 4 model istehsal ediləcək. 2019-cu ildə hazırkı istehsal yalnız Forester modeli üçün 6000 avtomobil planlaşdırılır.

İndoneziya PT Plaza Auto Mega tərəfindən 2020-ci ilin fevral ayından dəstəklənir.[20]

Böyük Britaniyada Subaru

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə Robert Edmiston idman avtomobilləri istehsalçısı Jensen Motors-da maliyyə direktoru idi. Şirkət iflasa uğrayanda o, Subaru və Isuzu üçün Böyük Britaniya franşizini əldə etmiş International Motors-u qurmaq üçün 6000 funt sterlinq məbləğində işdən çıxma ödənişindən istifadə etdi. Coleshill-də yerləşən şirkət hələ də Böyük Britaniyada Subaru üçün əsas şirkətdir.

Avstraliyada Subaru

[redaktə | mənbəni redaktə et]

Subaru Avstraliyada 1950-ci illərin ortalarından 360 və FF-1 Star 1000 modellərinin idxalı ilə fəaliyyət göstərir. Rəsmi əməliyyatlar 1973-cü ildən başlayıb və ölkə daxilində çoxsaylı sərgi salonları var.

Amerika Birləşmiş Ştatlarında Subaru

[redaktə | mənbəni redaktə et]

Subaru of America (SOA) 1968-ci ildə Bala Cynwyd, Pensilvaniya şəhərində Malcolm Bricklin və Harvey Lamm tərəfindən yaradılmış və qısa müddət sonra Nyu Cersi ştatının Pennsauken şəhərinə köçürülmüşdür. 1986-cı ildə SOA Nyu Cersi ştatının Çerri-Hill şəhərinə köçürüldü və 1990-cu ildə Fuji Heavy Industries (indi Subaru Corporation kimi tanınır) tərəfindən tamamilə əldə edildi. 2018-ci ildə SOA Nyu Cersi ştatının Camden şəhərindəki tamamilə yeni qərargahına köçdü.[21] SOA ABŞ-da regional ofisləri, zona ofisləri və hissələrin paylanması mərkəzlərini, həmçinin Qərb və Şərq sahillərində liman təsislərini idarə edir.[22]

1989-cu ildə Subaru və o vaxtkı tərəfdaşı Isuzu, İndiana ştatının Lafayette şəhərində Subaru-Isuzu Automotive və ya SIA adlı zavodu istifadəyə verdilər və əvvəlcə Subaru Legacy və Isuzu Rodeo modellərinin istehsalına başladılar. 2001-ci ildə Isuzu zavoddakı payını Fuji Heavy Industries şirkətinə satdı və şirkət Subaru of Indiana Automotive, Inc adlandırıldı.

Motor idmanları

[redaktə | mənbəni redaktə et]
1992 Subaru Legacy RS

Noriyuki Koseki (Subaru Tecnica International, STI-nin yaradıcısı) başçılıq etdiyi Yaponiya Subaru Ralli Komandası 1980-1989-cu illər arasında Dünya Ralli Çempionatında Subaru Leone kupe, sedan DL, RX (SRX) və RX Turbo istifadə etdi. Fərdi yürüşlərin sürücülərinə Ari Vatanen, Per Eklund, Shekhar Mehta, Mike Kirkland, Possum Bourne və Harald Demut aiddir. Mayk Kirkland ümumi hesabda 6-cı yeri tutdu və 1986-cı ildə Safari Rallisinin A qrupunda qalib oldu. Həmin il Audi-nin 1980-ci ildə uğurla təqdim edilmiş Quattro sistemindən sonra Subaru 4WD və turbonu birləşdirən yeganə istehsalçılardan biri idi, lakin Audi təhlükəsizlik problemləri və 1986-cı il mövsümünün əvvəlində Fordun ciddi qəzasından sonra WRC-ni tərk etdi. Subaru 1990-1992-ci illər üçün ralli modelini Legacy RS-ə dəyişdi və 1993-cü ildə eyni modellə Dünya Ralli Çempionatında ilk tam mövsümdə iştirak etdi.

Impreza WRX və WRX STi-nin modifikasiya olunmuş versiyaları rallidə uğurla yarışıb. Colin McRae (1995), Richard Burns (2001) və Petter Solberg (2003) Subaru World Rally Team ilə pilotlar üzrə Dünya Ralli Çempionatı titulunu və Subaru 1995-ci ildən 1997-ci ilə qədər üç il ardıcıl olaraq istehsalçı titulunu qazandı. Dünya Ralli Çempionatı avtomobilləri Britaniyanın yüksək müvəffəqiyyətli avto-idman komandası olan Prodrive tərəfindən hazırlanıb və idarə olunub. 90-cı illərin əvvəllərində və ortalarında Subaru Legacy bir neçə dəfə dözümlülük rekordunu qoydu. 1989-cu ildə Subaru Justy turbosuz ən sürətli 1.0L və altı həcmli avtomobili təyin edilmişdir: orta hesabla 198 kilometr/saat

Colin McRae tərəfindən 1995-ci ildə idarə edilmiş Subaru Impreza WRX STI

Subaru, 1990-cı il Formula 1 mövsümü üçün İtaliyanın kiçik Coloni komandasının idarə səhmlərini alaraq yarışlarda iştirak etdi. Coloni 3B-də Motori Moderni tərəfindən hazırlanmış və Subaru tərəfindən maliyyələndirilmiş Subaru 1235 12 silindirli mühərrikdən istifadə olunmuşdur (həmin mühərrikin daha az gücə malik variantı Jiotto Caspita Mk1 modelində də mövcud olmuşdur). Maşınların çəkisi çox və gücü zəif idi və bu ortaqlıq mövsüm başa çatmamış pozuldu. ABŞ-da ralli yarışlarının və avto-İdxal bazarının yüksəlişi ilə 2001-ci ildə çox gözlənilən Subaru Impreza WRX-in təqdimatı ilə yığcam, yüksək performanslı bu tam ötürücülü avtomobil idman avtomobili axımına uğurla daxil oldu. Subaru Amerika Rallisi üçün Subaru Rally Team USA komandasını təyin etdi və 6 dəfə pilotlar üzrə çempion titulunu qazandı, ən sonuncu qalibi 2011-ci ildə David Higgins ilə olmuşdur. Grassroots Motorsports 2002-ci ildə Subaru-ya Redaktorların Seçimi Mükafatını verdi.

2005-ci ildən etibarən Cusco Racing Super GT çempionatlarına Impreza və BRZ modelləri ilə iştirak etdi. 2008-ci ildə Impreza bu yarışda qalib gəlmiş ilk 4-qapılı və ilk 4WD avtomobil idi.

2006-cı ildən başlayaraq Subaru of America (SOA) Subaru avtomobillərinin ABŞ-dakı rəsmi distribyutoru olaraq Subaru Road Racing Team (SRRT) ilə Grand-Am Street Tuner sinfində Subaru Legacy 2.5 GT Spec-B modeli ilə iştirak edib. 2010-cu ildə SRRT Grand Sport sinfinə Subaru Impreza WRX STI hetçbek modelini təqdim edir.[23] 2011-ci ildə SRRT WRX STI hetçbeki yeni təqdim olunmuş sedan variantı ilə əvəz etdi.

16 dekabr 2008-ci ildə Subaru-nun artıq Dünya Ralli Çempionatında iştirak etməyəcəyi elan edildi.[24] Qərar Subaru-nun ana şirkəti Fuji Heavy Industries (FHI) tərəfindən qismən iqtisadi tənəzzül nəticəsində, həm də Subaru-nun avto-idman və marketinq məqsədlərinə nail olması nəticəsində qəbul edilib. İkuo Mori, 2010-cu ildə WRC-nin texniki reqlamentinə edilən dəyişikliklərin və ya Prodrive ilə iş münasibətlərində şayiələrin yayılmasının qərara hər hansı təsir göstərdiyini inkar etdi. O, həmçinin Subaru avtomobillərinin gələcəkdə WRC-nin üst kateqoriyasına qayıtma ehtimalının sıfıra bərabər olmadığını, lakin bu an üçün geriyə qayıtma ehtimalının olmadığını söylədi.[25]

2008 Cusco Dunlop Subaru Impreza

2011-ci ildə Mark Higgins Men Adası TT meydanında Subaru Impreza dövrə rekordunu qoydu.[26] 2016-cı ildə Higgins bu dəfə modifikasiya edilmiş WRX STI ilə yenidən o rekordu qırdı.[27]

4 may 2012-ci ildə Subaru Rally Team USA elan etdi ki, yeni rallikros komandası, Subaru Puma Rallycross Team USA, Dave Mirra, Bucky Lasek və Sverre Isachsen ilə 2012 Qlobal RallyCross Çempionatı mövsümündə iştirak edəcək.[28] Onlar həmçinin 2014-cü ildə FIA Dünya Rallikros Çempionatında yarışıblar.

Həmçinin 2012-ci ildə Subaru Avstraliyada baş tutan National Road Series velosipedi yarışında ad hüququ sponsoru oldu.

Impreza, Silverstone Race to the Sky və Mount Washington Hillclimb Auto Race kimi hilklimbinq yarışlarında qalib gəldi.

Mövcud modellər

[redaktə | mənbəni redaktə et]
ban növü Model hazırki nəsil
Şəkil Adlar Təqdimat ili Təqdimat ili Facelift Əsas bazarlar
İdman avtomobili BRZ 2012 2021 - Qlobal
Hetçbek Impreza 1992 2022 - Qlobal
Sedan Legacy 1989 2020 2022 Şimali Amerika
SW Levorg/

WRX

2014 2020 Asiya
Levorg Layback 2023 2023 Yaponiya
Outback 1994 2020 2022 Qlobal
SUV/

Krossover

Ascent/

Evoltis

2019 2019 2022 Şimali Amerika
Crosstrek 2012 2023 Qlobal
Forester 1997 2024 Qlobal
Rex 1972

(krossover olaraq 2022)

2022 Yaponiya
Solterra 2022 2022 Qlobal
Miniven Justy 1984 2016 2020 Yaponiya
Kei avtomobilləri Chiffon 2013 2019 2022 Yaponiya
Pleo Plus 2011 2017 Yaponiya
Sambar Truck 1961 2014 2022 Yaponiya
Sambar Van 1961 2022 Yaponiya
Sambar Dias 1999 2022 Yaponiya

Keçmiş modellər

[redaktə | mənbəni redaktə et]

Ortaq Modellər

[redaktə | mənbəni redaktə et]

Subaru zamanla müxtəlif istehsalçılarla əməkdaşlıq edib. Aşağıda Asiya və Avropada satılmış bəzi modellər verilmişdir. Yaponiyada onlar ön və ya tam ötürücülü və sıralı tip mühərrikli Kei avtomobil sinfindədirlər. Autoblog tərəfindən 16 aprel 2008-ci ildə dərc edilmiş məqaləsində Toyota-nın korporativ sərmayəsi sayəsində Subaru tərəfindən istehsal edilən bütün Kei avtomobilləri 2010-cu ildən başlayaraq Daihatsu modelləri ilə əvəz olunacağını bildirib.

  1. https://web.archive.org/web/20230331160925/https://www.subaru.co.jp/en/outline/profile.html.
  2. "World-Ranking-of-Manufacturers" (PDF). 2019-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-09.
  3. "Subaru-nun 412% artımı avtomobil istehsalçısının Niş statusunun müzakirəsinə səbəb olur". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  4. "Wayback Machine". web.archive.org. 2008-12-11. Archived from the original on 2008-12-11. İstifadə tarixi: 2024-03-08.
  5. "Know Your SUBARU – Subaru" (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  6. "SUBARU | Origin of the Name Subaru". web.archive.org. 2013-07-31. Archived from the original on 2013-07-31. İstifadə tarixi: 2024-03-08.
  7. "History of Subaru | Subaru Middle East" (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  8. "Subaru plans new model revolution". Autocar (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  9. "Update: Toyota nearly doubles stake in Subaru parent FHI". Motor Authority (ingilis). 2008-06-28. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  10. "生産終了寸前スバル「サンバー」人気高まる 限定車いずれも完売、注文も増える : J-CASTニュース". web.archive.org. 2019-05-27. Archived from the original on 2019-05-27. İstifadə tarixi: 2024-03-09.
  11. "What really makes a Subaru a Subaru? Love?". Autoblog (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  12. "ALG Automotive Insights & Outlook". JDPowerValues (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  13. "Honda has best overall customer retention rates, Jaguar comes last". Motor Authority (ingilis). 2008-12-11. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  14. https://www.reuters.com/investigates/special-report/japan-subaru/ (#bare_url_missing_title). 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  15. "Press Information | NewsRelease". Subaru Corporation. 2023-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  16. "Motor Image PH to open 4 new Subaru dealerships in 2013". https://www.topgear.com.ph (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  17. "FHI to enter South Korea" (PDF). 2024-01-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-09.
  18. "Subaru to enter Korean car market". koreajoongangdaily.joins.com (ingilis). 2010-01-21. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  19. Flierl, Denis. "South Koreans abhor the new Subaru Forester | Torque News". www.torquenews.com (ingilis). 2012-12-29. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  20. "Persiapan Comeback ke Indonesia, Subaru: Kami Tak Mau Ulang Kesalahan". Oto (indoneziya). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  21. "Empower Camden | Subaru of America". Subaru Cars, Sedans, SUVs | Subaru of America (ingilis). 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  22. "Subaru's company history, policies, attitudes, viewpoints and basic info". web.archive.org. 2014-02-09. 2014-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  23. "Subaru Impreza WRX STI SRRT racecars | CarSession". www.carsession.com (ingilis). 2010-02-01. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  24. "Subaru pull out of world rallying" (ingilis). 2008-12-16. 2023-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  25. "World Rally Championship - News - Subaru doesn't rule out WRC return". web.archive.org. 2013-09-30. Archived from the original on 2013-09-30. İstifadə tarixi: 2024-03-09.
  26. https://www.roadandtrack.com/car-culture/a17416/isle-of-madness/ (#bare_url_missing_title). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  27. "New onboard video: Subaru's record-breaking Isle of Man TT lap". Autocar (ingilis). 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
  28. "Drivers & Teams | GRC". web.archive.org. 2013-10-21. Archived from the original on 2013-10-21. İstifadə tarixi: 2024-03-09.