Sultan Qütbəddin Aybək | |
---|---|
| |
Dehli sultanı[d] | |
25 iyun 1206 – 4 noyabr 1210 | |
Əvvəlki | Məhəmməd Quri |
Sonrakı | Aram Şah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1150 |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 1210 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, Dehli sultanı[d] |
Uşaqları | |
Ailəsi | Müəzzilər dövləti |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Qütbəddin Aybək (XII əsr-1210)— Dehli Türk sultanlığının qurucusu və ilk hökmdarı.
Türk kökənli olan Aybək əsir edilib Nişapur qazısına satıldı və burada mükəmməl bir təhsil aldı. Qazı ölüncə Qurlu sultanı Məhəmməd Quriyə qulam kimi satıldı və sultanın Dehlini yaxıb-yıxdığı 1193-cü il səfərinə qatıldı. Qurinin ən güvəndiyi sərkərdə mərtəbəsinə yüksələn Aybək, 1206-cı ildə ağasının ölümüylə bütün Əfqanıstan, Pakistan və şimali Hindistan torpaqlarına hakim oldu. 1210-ci ildə çövkan oynarkən atdan yıxılaraq öldü və yerini Sultan Şəmsəddin El-Tutmuş aldı.
Dehlidəki ilk İslam memarlığı örnəklərinəen biri olan Qüvvət-ül İslam Camii və Dünya Mədəniyyət İrsi siyahısında olan Qütb Minarəsi Sultan Qütbəddin Aybək dönəmində inşa edilmişdir.