Supsa | |
---|---|
42°02′29″ şm. e. 41°48′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 7 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Supsa (gürc. სუფსა) — Gürcüstanda kənd. Quriya vilayətinin Lançxuti bələdiyyəsində yerləşir. Supsa çayının sahilində, dəniz səviyyəsindən 7 metr yüksəklikdə yerləşir. Supsa kənd icmasının (Supsa, Axalsopeli, Qriqoleti, Maltakva, Tabanati, Çkuni və Xidmağala kəndləri) mərkəzidir.
2014-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 273 nəfərdir.[1] Əhalinin əksəriyyətini gürcülər təşkil edir.
Supsa kifayət qədər inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik kənddir. Kənddə torf və neft yataqları var, kənd təsərrüfatı inkişaf etmişdir. C12 beynəlxalq magistralı kəndin ərazisindən keçir. Kənddə həmçinin Supsa dəmiryol stansiyası var (Samtredia — Batumi xətti). 2011-ci ildə HeidelbergCement AG kənddə sement zavodu açıb. 2010-cu ilin noyabrında Gürcüstan hökuməti Supsa çayının mənsəbində Batumi və Potidəki mövcud limanlardan bir neçə dəfə böyük olacaq yeni dəniz limanı tikmək qərarına gəlib.
Kəndin yaxınlığında Supsa neft terminalı yerləşir ki, o, Bakı -Supsa neft kəməri ilə Azərbaycandan nefti qəbul edir, daha sonra isə neft tankerlərə yüklənir.