Suriya Milli Ordusu

Suriya Milli Ordusu
ərəb. الجيش الوطني السوري
Loqonun şəkli

Milli Ordunun emblemi[1][2][3][4][5]
Qruplar Suriya Suriya Müvəqqəti Hökuməti
Lider(lər) Ənəs əl-Əbda
Abdurrəhman Mustafa
Mərkəz Əzaz, Hələb mühafəzəsi
Əməliyyat sahəsi

Suriyanın şimalı (Türkiyənin idarəsi altındaki Suriya) ● İdlib mühafəzəsi
Əl-Laziqiyyə mühafəzəsi
Hələb mühafəzəsi
Həma mühafəzəsi
Raqqa mühafəzəsi

Əl-Həsəkə mühafəzəsi
Üzv sayı 80,000–100,000 (NFL ilə birləşdikdən sonra 2019-cu ilin oktyabrı)[6][7][8]
Müttəfiqlər  Türkiyə[9]
 İsrail[10]
 Qətər[11]
Liviya Milli Razılaşma Hökuməti
Heyyətu Təhrir-əş Şam[12]
Rəqiblər Suriya torpaqlarında:
 Suriya
Suriya Demokratik Qüvvələri
İraq Şam İslam Dövləti
Liviya torpaqlarında:
Liviya Liviya Nümayəndələr Palatası[13]
Müharibələr

Suriya Milli Ordusu[17] (ərəb. الجيش الوطني السوري‎) və ya Azad Suriya Ordusu[18][19][20] (ərəb. الجيش السوري الحر‎) — Suriyada silahlı müxalifət quruluşu. Əvvəlcə Fərat Qalxanı əməliyyatının bir hissəsi olaraq, Türkiyənin işğalı altındakı bölgələrdə cəmləşsə də, 2019-cu ilin aprelində baş tutan İdlib döyüşüMilli Qurtuluş Cəbhəsinin orduya qatılması nəticəsində əməliyyat sahəsi İdlib mühafəzəsinə qədər genişlənmişdir.[21]

Suriya Milli Ordusunun yaranması rəsmi olaraq 30 dekabr 2017-ci ildə Əzazda elan edildi. Quruluşun rəsmi məqsədi Türkiyə Respublikasına Suriyada "təhlükəsiz zona" yaratmaqda kömək etmək və "Milli Ordu" qurmaqdır. Ordu, Suriya Müvəqqəti Hökumətinə cavabdeh olan vahid bir quruluş olsa da, qurucu qruplar ordu qurulmamışdan əvvəl birbaşa Türkiyəyə məlumat ötürmüşlər.[22]

Azad Suriya Ordusu 2011-ci ildə, Suriya Vətəndaş müharibəsinin vətəndaş qiyamı mərhələsindən sonra silahlı qarşıdurmaların başlandığı zaman quruldu.[23] Təşkilatın qurucu komandiri Riyad Əsəd, müharibə başladıqdan sonra burada Azad Suriya Ordusunu Türkiyə üzərindən idarə etməyə başladı.[24][25] Bu qrup, Türkiyəyə, Ərəb körfəzi ölkələrinə və qərb ölkələrinə dəstək verən bir komanda mərkəzi mərhələsi ilə 2012-ci ilin dekabr ayında Antalyada bir yığıncaqda "Yüksək Hərbi Şura"nın qurulması üçün yaradıldı. O dövrdə Ali Hərbi Şuranın nəzdində təyin olunan beş fərqli cəbhədə döyüşən 30-a yaxın müxtəlif qrup var idi.[26]

Suriya Milli Ordusunun Havar Kilis Əməliyyat Otağına daxil olan əl-Bab hərbi məclis üzvləri, əl-Bab döyüşü zamanı

Azad Suriya Ordusuna bağlı qrupların bəziləri 2016-cı ilin mart ayında bir araya gələrək Havar Kilis Əməliyyat Otağı adlı bir quruluş qurdular. İki əsas komponentdən ibarət olan bu formasiya, biri Azad Suriya Ordusu, digəri isə əvvəllər Hələbdə döyüşən qruplar tərəfindən qurulan və Fətih-Hələb adlanan bir təşkilatı idi.[27] Bu yeni quruluşda Suriyanın şimalında fəaliyyət göstərən Sultan Murat briqadası, Həmzə briqadası, Fastakim Birliyi və Mutasım Briqadası kimi fərqli qruplar Azad Suriya Ordusu altında bir araya gəldi. Bu qrup Türkiyədə əməkdaşlıq və fəaliyyət göstərmək üçün 2016-cı ilin avqust ayında başladılan Fərat Qalxanı əməliyyatı ilə yaradıldı.[28] Daha sonralar, Türkiyədə 30 dekabr 2017-ci ildə əsası qoyulan Azad Suriya Ordusu dəstəkli yenidənqurma əməliyyatı Suriya Milli Ordusu adı ilə davam etdi. Bu formasiya Azad Suriya Ordusuna bağlı təxminən 30 alt qrupun birləşməsi ilə meydana gəlmişdir.[29] 15 mindən çox silahlı olduğu ifadə edilən bu quruluşun məqsədi, "Fərat Qalxanı əməliyyatı tərəfindən tutulan bölgəni qorumaq və xalqı İŞİDYPG kimi hökumət qüvvələri və qruplarının hücumlarına qarşı müdafiə etmək" olaraq elan edildi. The Independent qəzetinin müəlliflərindən biri olan Patrik Kokburnun bir hesabatında yenidən qurulan Azad Suriya Ordusu qruplarının içərisində İŞİD-in keçmiş üzvləri və müxtəlif radikal islamçı qrupların üzvlərinin olduğu iddia edildi.[30]

ABŞ Silahlı Qüvvələri ilə ABŞ-nin Suriyadaki qüvvəsi sayılan Suriya Demokratik Qüvvələrinə qarşı Zeytun budağı əməliyyatıSülh Bulağı əməliyyatında döyüşmüşdür.

Suriya Milli Ordusunda çox sayda qrup var. Türkiyə tərəfindən keçirilən hərbi təlimlərə tabe olan qruplaşmalar arasında Şam Legionu, Görkəmli Ordu, Nəvələr Ordusu, Səmərqənd Briqadası, Müntəsir Billah Briqadası, Fateh Sultan Mehmet Briqadası, Murad Briqadaları, Həmzə Taburu, Əl-Mü-tasim Briqadası, Şam Cəbhəsi, Şimali Fırtına Briqadası, Əhrar Us-Dəməşq, Şimal Ordusu, Fastaqim Birliyi, Mare Hərbi Şurası, Əhrar Şarqiya, Əhli-Diyar, 9-cu Briqada, Səlahəddin Nəvələr Briqadası və Məşəl Tammo Briqadası yer alır.[31][32][33][34][35][36]

  1. "Syrian National Army flag hung in northern Tal Abyad". AA. 14 oktyabr 2019. 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2020.
  2. "Syria opposition recapture Jabal Al-Zawiya in Idlib". Middle East Monitor. 3 mart 2020. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2020.
  3. Walid Al Nofal. "The Syrian National Army: For the Syrian revolution or against the Kurds?". Syria:Direct. 15 oktyabr 2019. 2020-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2020.
  4. "SNA troops cross Ceylanpinar from Ras al-Ayn". Anadolu Agency, Getty Images. 23 oktyabr 2019. 2020-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2020.
  5. "FSA Captures Bursaya Mountain And Begin The Battles To Reach Afrin" (Arabic). Qasioun News Agency. 29 yanvar 2018. İstifadə tarixi: 1 fevral 2018.
  6. Khaled Khatib. ""National Army" .. What is the feasibility of integration?". Al-Modon. 5 oktyabr 2019. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  7. الخطيب, حسام. "المعارضة المعتدلة.. القوة الأساسية في إدلب". هيومن فويس | عين على الحقيقة. 11 sentyabr 2018. 2018-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  8. ""National Army" Restructured Having Merged With "National Front for Liberation"". Enab Baladi. 5 oktyabr 2019. 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  9. "Exclusive: Turkey boosts arms to Syrian rebels as Idlib attack looms - rebel sources". Reuters. 12 sentyabr 2018. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  10. "Arxivlənmiş surət". 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  11. "Syrian rebels meet in Qatar after declaring unified 'national army'" (7 sentyabr 2017). Middle East Eye. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2020.
  12. "Turkey-backed fighters join forces with HTS rebels in Idlib". www.aljazeera.com. 2020-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  13. "Syrian Opposition Factions in the Syrian Civil War". bellingcat. 13 avqust 2016. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  14. Ömer Özkizilcik. "A way out for Russia and Turkey from Idlib's spiral of violence". Middle East Institute. 1 iyul 2019. 2019-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  15. Suleiman Al-Khalidi. "Turkey sends weapons to Syrian rebels facing Russian-backed assault: Syrian sources". Reuters. 26 may 2019. 19 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2020.
  16. "300 pro-Turkey Syrian rebels sent to Libya to support UN-backed gov't: watchdog - Xinhua | English.news.cn". www.xinhuanet.com. 2019-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  17. "Free Syrian Army transforms into Syrian National Army". AA. 9 oktyabr 2019. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2020.
  18. "Syria war: Turkish-led forces oust Kurdish fighters from heart of Afrin". BBC. 18 mart 2018. 6 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
  19. "Kurdish politician and 10 others killed by 'Turkish-backed militia' in Syria, SDF claims". CNN. 13 oktyabr 2019. 13 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
  20. "Profit, necessity spur trade across conflict lines in north Aleppo". CNN. 23 mart 2020. 5 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2020.
  21. Kajjo, Sirwan. "Who are the Turkey backed Syrian Rebels?". Voice of America. 25 avqust 2016. 19 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2017.
  22. Coskun, Orhan; Sezer, Seda. "Turkey-backed rebels could push further south in Syria, Erdogan says". Reuters. 19 sentyabr 2016. 29 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2017.
  23. Suleiman Al-Khalidi. "FSA Commander Says 25,000 Syrian Rebels Back Turkish Force in Syria". Reuters. 21 yanvar 2018. 26 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2018.
  24. "Dozens of Kurds Fighting Under FSA Banner: Rebel Commander". Syrian Observer. 24 yanvar 2018. 24 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  25. Hogir Nejjae. "Kurdish National Council participates in aggression against Afrin". Hawar News Agency. 24 yanvar 2018. 28 yanvar 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  26. Adnan Al Hussein. "هل تنجح "غصن الزيتون" بإجبار "الوحدات" على تسليم عفرين؟" [Will Olive Branch succeed in forcing the units to hand over Afrin?]. almodon (Arabic). 21 yanvar 2017. 1 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2018.
  27. "At the request of the Turkish Government, the National Liberation Front merges with the "National Army" in the form of 4 Corps of the "Ministry of Defense within the interim Syrian government"". Syrian Observatory for Human Rights. 4 oktyabr 2019. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  28. Ragip Soylu, Harun al-Aswad. "Syrian rebel groups merge as Turkish offensive looms". Middle East Eye. 4 oktyabr 2019. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  29. "Analysis: Uniting the Syrian Opposition - The Components of the National Army and the Implications of the Unification" (PDF). SETA. oktyabr 2019. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-30.
  30. Ragip Soylu; Harun al-Aswad. "Turkey to send Syrian rebel fighters to battle Haftar in Libya". Middle East Eye. 27 dekabr 2019. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2019.
  31. Aymenn Jawad Al-Tamimi. "The Structure of the Syrian National Army". 21 noyabr 2019. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2020.
  32. "Clashes break out in Ghouta of Damascus and in Dar'a; Al-Sham Legion forms Al-Shamal Brigade in Aleppo". Revolutionary Forces of Syria Media Office. 30 yanvar 2016.[ölü keçid]
  33. Khaled al-Khateb. "FSA sees 'golden opportunity' with end of Turkey's operations in Syria". Al-Monitor. 18 aprel 2017. 1 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2017.
  34. ""Syrian National Army" establishes 2 operating rooms to reinforce Idlib and Aleppo fronts to repel the Russian aggression (photos and videos)". Nedaa Syria. 31 yanvar 2020. 2020-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2020.
  35. "Which Syrian Groups Are Involved in Turkey's Syria Offensive?". VOA News. 9 oktyabr 2019. 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  36. "470 FSA fighters killed in Euphrates Shield Operation". Kom News. 17 fevral 2017. 25 sentyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2017.