Sümükcələr

Sümükcələr
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
Sümükcələr
Beynəlxalq elmi adı

Sümükcələr (lat. Lithobiomorpha)-dodaqayaqlılar sinfinə aid heyvan dəstəsi.

Xarici quruluşu

[redaktə | vikimətni redaktə et]

Sümükcələrdə qısa, tünd-qəhvəyi, daim 15 cüt yeriş ayaqlı bədən olur. Bədənin uzunluğu 5-50 mm arasında dəyişir. Öndən başın böyürlərində 13-100 buğumlu antenalar və müxtəlif sayda sadə gözcüklər yerləşir. Sümükcələr nəm və qaranlıq yerləri sevir, yumşaq və rütubətli meşə döşənəyinə üstünlük verirlər. Ancaq torpaqda və açıq sahələrdə də onlara rast gəlmək olur.[3]

Azərbaycanda aşkar edilmiş növlərin böyük hissəsi Lithobius (14 növ) və Monotarsobius (18 növ) cinslərinə aiddir. Hessebius və Harpolithobius cinslərinin hərəsindən 1 növ qeydə alınmışdır (Bababəyova, 1993). Böyük Qafqaz rayonlarından 10 növ məlumdur: Harpolithobius perplexus Zal., Lithobiys portschinskii Ssell., L.viriatus Ssel., L.kessleri Ssel., L.pussillus Latz., L.antipai Matic., Monotazsobius curtipes C.K. və b. Növlərin çoxu Şəki-Zaqatala zonasında qeydə alınmışdır. Onlar döşənəkdə, torpağın yuxarı qatında, yarpaqlı meşələrdə ağac qabıqlarının altında yaşayır. Burada qeydə alınmış Lithobius antipai Matic Azərbaycanın başqa təbii zonalarında tapılmamışdır. Kiçik Qafqazın ayrı-ayrı biogeosenozlarında qeydə alınmış 8 növdən Lithobius asoer laeviceps Zal., L.Oblongus Ssel. yalnız biri zona üçün səciyyəvidir. Dağ-meşə qonur torpaqlarda Lithobius kessleri Ssel., Monotarsolius lencoranicus Zal., üzümyonca altındakı şabalıdı (boz-qəhvəyi) torpaqlarda Lithobius viriatus Ssel., Monotarsolius Lencoranicus Zal. aşkar edilmişdir. Sümükcələrin ən böyük qrupu (14 növ) Lənkəran zonasının rayonlarında qeydə alınmışdır. Bu zonanın kütləvi növlərindən hirkan enliyarpaq meşələrində döşənəkdə və torpağın yuxarı qatında (0-10 sm), eləcə də çay, limon, üzüm plantasiyalarında yaşayan Litholius viriatus Ssel., L.piceus L.K., Monotarsobius lencoranicus Zal. göstərmək olar. Kür-Araz ovalığı rayonlarında yalnız iki növ qeydə alınmışdır: Lithobius cronebergii Ssel. və Monotarsobius curtipes C.K. (Ağsu rayonunda).[4]

Bütün dünyada məlum olan 1100-ə yaxın növdən MDB-də 131, Qafqazda - 54, Azərbaycanda – 24 növ və yarımnöv qeydə alınmışdır. Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz, Şəki-Zaqatala, Lənkəran zonalarında və Ağsu rayonunda yayılmışdır.

Cinslər:

Növlər

  1. Integrated Taxonomic Information System (ing.). 2013.
  2. Minelli A. Class Chilopoda, Class Symphyla and Class Pauropoda. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 157–158. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  4. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004