Süpürgəvari kölreyteriya

Süpürgəvari kölreyteriya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Süpürgəvari kölreyteriya (lat. Koelreuteria paniculata) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin kölreyteriya cinsinə aid bitki növü.

Çin, Koreya, Yaponiyada geniş yayılmışdır.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 17 m-ə, dimetri 40 sm-ə çatan iri koldur. Budaqları açıq qəhvəyi qabığa malikdir. Yarpaqları 45–50 sm uzunluqda və 25 sm enində olub, tək lələkvarı və bəzən cüt lələkvarıdır. Yarpaqcıqlar qarşı-qarşıya düzülüşlü, 9–15 olub, oturandır. Çiçəkləri ikicinsli, bulanıq-sarı rəngdə olub, 30–40 sm uzunluqda seyrək, iri süpürgələrə toplanmaqla budaqların uclarında ensizləşir. Kasa yarpaqlar 5, bitişik, dərindilimlidir. Ləçəklər 4, erkəkciklər 8, uzun saplaqlı, dişicik sütuncuğu 3 bölümlüdür və erkəkciklərdən qısadır. Meyvələri 3 yuvalı, 5 sm uzunluqda, qutucuqdur, hər yuvada bir ədəd şarşəkilli, qara rəngli meyvə vardır. Toxumları şarvarı, rəngi qaradır. İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.

İşıq və istisevən, torpağa az tələbkar, şoranlığa nisbətən davamlı bitkidir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Meyvə və çiçəkləri çox bəzəklidir. Toxumlarından sabun surroqatı hazırlamaq üçün istifadə edilir. Qabığından yapışqana oxşar maddə alınır.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Sapindus paniculata (Laxm.) Dum.Cours.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Koelreuteria apiculata Rehder & E.H.Wilson
  • Koelreuteria bipinnata var. apiculata (Rehder & E.H.Wilson) F.C.How & C.N.Ho
  • Koelreuteria chinensis (L.) Hoffmanns.
  • Koelreuteria japonica Hassk.
  • Koelreuteria paniculata var. apiculata (Rehder & E.H.Wilson) Rehder
  • Koelreuteria paniculata var. fastigiata Bean
  • Koelreuteria paniculata f. fastigiata (Bean) Rehder
  • Koelreuteria paniculata var. lixianensis H.L.Tsiang
  • Koelreuteria paniculata f. miyagiensis H.Ohashi & Yu.Sasaki
  • Koelreuteria paullinoides L'Hér.
  • Paullinia aurea Radlk.
  • Sapindus chinensis L.
  • Sapindus sinensis J.F.Gmel.