Səlim Süleyman Əfəndi | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyul 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyul 1909 (48 yaşında) |
Vəfat yeri | |
Atası | I Əbdülməcid |
Anası | Ayşə Sərfinaz xanım |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Əhlis-Sünnə |
Səlim Süleyman Əfəndi (25 iyul 1860, Dolmabağça sarayı, İstanbul ili – 12 iyul 1909, Dolmabağça sarayı, İstanbul ili) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci oğlu, Osmanlı şahzadəsi.
Şahzadə Səlim Süleyman Əfəndi 1860-cı ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Sərfinaz xanım idi. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Cəlaləddin Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Böyük qardaşı Sultan Mehmed Rəşadın səltənətində taxtın 2-ci vəliəhdi elan olunmuşdu. Bu illərdə vərəm xəstəliyinə tutuldu və 49 yaşında doğulduğu Dolmabağça sarayında vəfat etdi.