Sərvət Təzəgül

Sərvət Təzəgül
türk. Servet Tazegül
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 26 sentyabr 1988(1988-09-26) (36 yaş)
Doğum yeri
Boyu 180 sm
Çəkisi 68 kq
İdman növü taekvondo
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu[1]

26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir.

5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.[2]

  1. "Tazegul Servet" (PDF). 2015-05-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-26.
  2. "Türkiyə London Olimpiadasından ilk qızıl medalını qazandı". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-26.