Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Türküstan yemişanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Türküstan yemişanı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır.
Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir. Meyvəsinin uzunluğu 11-13 mm, eni 9-11 mm, tünd qırmızı, enli elipsvaridir. İyunda çiçəkləyir, meyvəsi sentyabrda yetişir. Tək çəyirdəklidir.
Daşlı-qayalı, quraqlıq yerlərdə bitir. İstiyə, soyuğa davamlıdır.
Naxçıvan MR-da təbii halda yayılmışdır.
Təsərrüfat əhəmiyyətlidir. Yaşıllaşdırılmada az istifadə olunur.