Tanya Stupar-Trifunoviç | |
---|---|
serb. Тања Ступар Трифуновић | |
Doğum tarixi | 20 avqust 1977[1] (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, şair |
Əsərlərinin dili | serb dili |
İstiqamət | realizm |
Janrlar | nəsr, poeziya |
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977[1], Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır.
1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir.[2] Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir. Eyni zamanda Stupar-Trifunoviç "Putevi" ədəbi jurnalının redaktorudur. EU Prize for Literature 2016 mükafatına namizəd olmuşdur.[3]