Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Taras Bulba | |
---|---|
Тарас Бульба | |
Müəllif | Nikolay Qoqol |
Janr | roman |
Orijinalın dili | rus |
Ölkə | |
Orijinalın nəşr ili | 1835 |
Vikianbarda əlaqəli mediafayllar |
Taras Bulba - rus yazıçısı Nikolay Qoqolun 1835-ci ildə yazdığı romanıdır. Romanda(Taras Bulba)XV əsrdə Ukrayna kazaklarının müharibələrindən və zəfərlərindən söz açılır.
Taras Bulbanın Andrey və Ostap adındakı iki oğlu Ortodoks məktəbindən qayıdır. Bütün kazaklarda olduğu kimi, onların da tam yetişməsi üçün kazakların əsas ər meydanı olan Zaporejyeyə gedirlər. Çünki, bir kazak ancaq zəfərləri ilə xatırlanır və əsl kazak olur. Onların yeganə misyası dinlərini və millətlərini katolik polyaklardan, tatarlardan, yəhudilərdən və türklərdən qorumaqdır.
Daha sonra lexlər üzərinə yürüş edilir. Taras Bulba hər iki oğlunun komandir ola biləcəyini düşünür. Amma Andrey Kiyevdə polyak qızının da mühasirədə olduğunu görür.Onu görmək üçün qalaya gəlir. Duyğuları ona üstün gəlir və kazaklara tərəf dəyişdirdiyini bildirir.
Sonra tatarların Zaporejyeyə yürüş xəbəri gəlir. Kazaklar ordunu bölürlər. Mühasirəyə Taras Bulba başçılıq edir və döyüş zamanı tüfənglə öz oğlunu öldürür. Polyaklara ciddi itkilər yaşatsalar da sonda məğlub olurlar. Taras Bulba ağır yaralanmış şəkildə xilas olur. Oğlu Ostabı tapmaq üçün başına mükafat qoyulsa da Lexiyaya gedir. Amma Taras Bulba Ostabın işgəncə ilə öldürülməsinə tamaşa etməli olur.
Polyaklardan xilas olub 120.000-lik ordu yığır. Polşa ordusu məğlub edilir, amma kazak atamanı polyakların sülh təklifini qəbul etmək istəyir. Taras Bulba atamana qarşı çıxır. Polyakların üzərinə öz alayı ilə hücum edib Polşa şəhərlərini dağıdır.
Daha sonra polyak kazakları məğlub etməyə başlayır. Taras Bulba isə Dnestr çayının sahilində öldürülür.