Taras Kuzyo

Taras Kuzyo
ing. Taras Kuzio
Doğum tarixi 7 aprel 1958(1958-04-07)[2] (66 yaş)
Doğum yeri
Elm sahələri iqtisadiyyat[1], politologiya[1], Postkommunizm[1], millətçilik[1], Təhlükəsizlik siyasəti[1]
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taras Kuzyo[4][5] (ing. Taras Kuzio) — Birləşmiş Krallıq akademiki və eksperti. O, Ukrayna siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Kuzyo 2010-cu ildə Krımın Rusiya tərəfindən ilhaq ediləcəyini proqnozlaşdırmışdır.[6] Onun Birləşmiş Krallıq vətəndaşlığı var, lakin Kanadanın paytaxtı Toronto şəhərində yaşayır.[7]

Taras Kuzyo Sasseks Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi, London Universitetində svetşünaslıq üzrə magistr dərəcəsi və Birminhem Universitetində politologiya üzrə doktorantura dərəcəsinə malikdir. O, Yel Universitetinin doktorantı olmuşdur.

Kuzyo 1986-cı ildə Ukrayna SSR-də cari hadisələr haqqında məlumat toplamağa və onları tərcümə etməyə başlamış, bu məlumatları Birləşmiş Krallıqda yerləşən Ukrayna Press Agentliyi (UPA) vasitəsi ilə mediaya vermişdir. UPA ayda iki dəfə çap olunan "Sovet Milliyyətləri Araşdırması" və aylıq "Sovet Ukrayna İşləri" publikasiyalarını nəşr edən Sovet Milliyyətləri Araşdırmaları Cəmiyyətinin bir qolu idi. Kuzyo 1992–1993-cü illərdə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda elmi işçi kimi çalışmış, 1993–1995-ci illərdə isə "Ukrayna Biznes İcmalı"nın redaktoru olmuş və Ukrayna Biznes Agentliyinə rəhbərlik etmişdir. O, 1995–1998-ci illərdə İngiltərədə yerləşən Birminhem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzində baş elmi işçi vəzifəsində çalışmışdır. Kuzyo burada Ukraynada millət və dövlət quruculuğu üzrə doktorluq dissertasiyasını qorumuşdur. O, 1990-cı illərin ikinci yarısında Ukrayna Parlamentinin Məsləhətçilər Şurasında baş elmi işçi vəzifəsində çalışmışdır.

Kuzyo 1998–1999-cu illərdə Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən NATO İnformasiya və Sənədləşdirmə Mərkəzinin direktoru kimi çalışmışdır.[8] O, 1998 və 2002-ci illərdə Ukraynada keçirilən parlament seçkiləri zamanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında uzunmüddətli müşahidəçi, 2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərində Milli Demokratiya İnstitutunun müşahidəçisi vəzifələrində çalışmışdır.

Kuzyo 2004–2006-cı illərdə Corc Vaşinqton Universitetinin Elliott Beynəlxalq Münasibətlər Məktəbinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda (IERES) qonaq professor olaraq çalışmışdır.[9] O, 2010–2011-ci illərdə Vaşinqton şəhərində yerləşən Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin Transatlantik Münasibətlər Mərkəzində Avstriya Marşal Planı Vəqfi adından qonaq proffessoru olmuşdur.[10] Kuzyo 2011–2012-ci illərdə Yaponiyanın Hokkaydo Universitetinin Slavyanşünaslıq Mərkəzində qonaq professor vəzifəsində çalışmışdır. O, hal-hazırda Alberta Universitetinin Kanada Ukraynaşünaslıq İnstitutunda baş elmi işçidir.

Kuzyo ABŞ hökumətinin müxtəlif şöbələrində Ukraynada demokratiya, idarəçilik və insan hüquqları mövzusunda məsləhətçi kimi çalışmışdır. Hüquqşünaslar üçün siyasi sığınacaq iddiaları ilə bağlı ekspert rəyləri hazırlamış və oliqarxlar, korporativ basqınlar haqqında araşdırmalar ilə bağlı ekspert rəyi vermişdir.

Kuzyodan tez-tez televiziya, radio və çap mətbuatında müsahibə alınır. O, Avromeydan, Rusiyanın Krımı ihlaq etməsiDonbasdakı münaqişə ilə bağlı fikirlərini bildirmişdir. Kuzyo 30 illik jurnalistika karyerası boyunca postkommunist məkan, xüsusilə də Ukrayna və Rusiya siyasətinə dair təqribən 1400 məqalə yazmışdır.

Seçilmiş publikasiyaları

[redaktə | mənbəni redaktə et]
  • Putin's War Against Ukraine: Revolution, Nationalism and Crime (CreateSpace Independent Publishing Platform, 2017)
  • Ukraine: Democratisation, Corruption and the New Russian Imperialism (Santa Barbara, CA: Praeger, 2015), pp. 611.
  • Theoretical and Comparative Perspectives on Nationalism: New Directions in Cross-Cultural and Post-Communist Studies. Soviet and Post-Soviet Politics and Society series 71 (Hannover: Ibidem-Verlag, 2007), pp. 423.
  • Ukraine-Crimea-Russia: Triangle of Conflict, Soviet and Post-Soviet Politics and Society series (Hannover: Ibidem-Verlag, 2007), pp. 223.
  • Ukraine. Perestroika to Independence, Second Edition (London: Macmillan, New York: St. Martin’s Press, 1994 and 2000), pp. 273.
  • Ukraine. State and Nation Building. Routledge Studies of Societies in Transition 9 (London and New York: Routledge, 1998), pp. 298.
  • Ukraine under Kuchma: Political Reform, Economic Transformation and Security Policy in Independent Ukraine (London: Macmillan and New York: St. Martin’s Press, 1997), pp. 281.
  • Ukrainian Security Policy. Washington Paper 167 (Washington DC: The Center for Strategic & International Studies and Praeger, 1995), pp. 168.
  • (with Paul D’Anieri and Robert Krawchuk) Politics and Society in Ukraine. Westview Series on the Post-Soviet Republics (Boulder, CO: Westview Press, 1999), pp. 332.
  • The Crimea: Europe’s Next Flashpoint? (Washington DC: The Jamestown Foundation, November 2010), p. 38.
  • EU and Ukraine: a turning point in 2004? ISS-EU Occasional Paper (Paris: Institute for Security Studies-EU, December 2003), p. 36.
  • Ukraine. Back From the Brink, European Security Study 23 (London: Institute for European Defence and Security Studies, 1995), p. 39.
  • Russia-Crimea-Ukraine. Triangle of Conflict, Conflict Studies 267 (London: Research Institute for the Study of Conflict and terrorism, 1994), p. 35.
  • Ukraine. The Unfinished Revolution. European Security Study 16 (London: Institute for European Defence and Security Studies, 1992), p. 41.
  • Dissent in Ukraine under Gorbachev (A Collection of samizdat documents) (London: Ukrainian Press Agency, 1989), p. 53.
  1. 1 2 3 4 5 6 7 8 9 10 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Evidence zájmových osob StB.
  3. 1 2 Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
  4. "Mixail Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyulub". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-24.
  5. "Taras Kuzyo: Türkiyə-Ermənistan münasibətlərinin normallaşması". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 27 sentyabr 2021. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2021.
  6. "The Crimea: Europe's Next Flashpoint?" (PDF). Peacepalacelibrary.nl. November 30, 2010. 2016-09-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-11.
  7. "Taras Kuzio". Kyiv Post. Kyiv Post. July 24, 2009. April 26, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-19.
  8. "New Kyiv Information Officer appointed, June 5, 1998". Nato.int. 30 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2017.
  9. "Lecturers - Institute for European, Russian and Eurasian Studies - The Elliott School of International Affairs - The George Washington University". Gwu.edu. İstifadə tarixi: 30 December 2017.[ölü keçid]
  10. "The Center for Transatlantic Relations at Johns Hopkins University SAIS". Center for Transatlantic Relations. 11 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 December 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]