Tayo Edun | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Tayo Edun | ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Adetayo Oluvatosin Olusequn Edun[1] | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 14 may 1998[2] (26 yaş) | |||||||||||||||||||||||||||||||||
Doğum yeri | İslinqton, İngiltərə | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 177 sm[3] | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | İpsviç Taun | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 25 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Adetayo Oluvatosin Olusequn Edun (14.5.1998[3]) — Fulhem klubundan icarə əsasında Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur.
Edun Londonun İslinqton bölgəsində anadan olmuşdur. O, Enfild Gimnaziyasında təhsil almışdır.
Edun öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Fulhem klubu ilə Liqa Kubokunda Leyton Orient klubuna qarşı oyunda etmişdir.[4]
3 avqust 2018-ci ildə Edun Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.[5]
Edun İngiltərədə anadan olmuşdur. Valideynləri isə Sent-Vinsent və Qrenadin və Nigeriya vətəndaşlarıdır.[6] O, İngiltərə millisinin U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış etmişdir.[7][8]
Edun İngiltərə U-17 millisinə 2015 UEFA Avropa U-17 Çempionatı[9] və 2015 FİFA Dünya U-17 Çempionatında iştirak etmək üçün dəvət almışdır.[10]
Edun İngiltərə U-19 millisinə 2017 UEFA Avropa U-19 Çempionatında iştirak etmək üçün dəvət almışdır.[11] O, final görüşündə iki sarı vərəqə alaraq meydanı tərk etmişdir, lakin İngiltərə millisi Portuqaliya millisinə qalib gəlmişdir.[12] Edun sonradan turnirin komandası heyətinə daxil edilmişdir.[13]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Liqa Kuboku | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Fulhem | 2016–17 | Çempionşip | 0 | 0 | 0 | 0 | 3 | 0 | — | — | 3 | 0 |
2017–18 | Çempionşip | 2 | 0 | 0 | 0 | 2 | 0 | — | — | 4 | 0 | |
Ümumi karyera | 2 | 0 | 0 | 0 | 5 | 0 | 0 | 0 | 7 | 0 |
İngiltərə U-19
Fərdi