Tayvanda təhsil

Tayvanda təhsil (çin. 臺灣教育) — Tayvanda mövcud olan çoxşaxəli təhsil sistemi.

Təhsil sistemi

[redaktə | mənbəni redaktə et]

Tayvanın güclü təhsil sistemi var[1].

Tayvan texnologiya və innovasiyalar ilə maraqlanan tələbələr üçün kifayət qədər ideal bir məkandır[1]. Bu ölkə qabaqcıl texno-sənayesi, bir sıra universitetləri ilə məşhurdur[1]. Əcnəbi tələbələr həm təhsil haqqı və həm də yaşayış xərcləri baxımından sərfəli olan Tayvanda oxumağa üstünlük verirlər[1]. Tayvanın 2016-cı ilə aid Asiya reytinqlərində 34 nümayəndəsi var idi ki, onlardan da 5-i ilk 50-likdə yer almışdır[1].

Ölkənin təhsil sisteminə 3-6 yaşında uşaqların məktəbəqədər tərbiyəsi, 9 illik icbari təhsil, ali təhsil daxildir[2]. 9 illik icbari təhsil də öz növbəsində 6 illik ibtidai məktəb; 3 illik natamam orta məktəb, onu bitirdikdən sonra isə təhsili 3 illik tam orta məktəbdə və ya 3 illik orta peşə məktəbində, yaxud da 5 illik peşə kollecində davam etdirmək olar[2].

Normativ-hüquqi baza

[redaktə | mənbəni redaktə et]

Tayvanda təhsil sistemi tam orta və orta ixtisas təhsili haqqında 2004-cü il tarixli, natamam orta təhsil haqqında 2006-cı il tarixli, qeyri-dövlət məktəbləri haqqında 2006-cı il tarixli, universitetlər haqqında 2007-ci il tarixli qanunlarla tənzimlənir[2].

2005/2006-cı tədris ilində ölkədə 224 mindən çox uşaq məktəbəqədər tərbiyə, 1 milyon 832 mindən çox şagird ibtidai təhsil, 951 mindən çox şagird natamam orta təhsil, 420,6 mindən çox şagird tam orta təhsil, 331,6 mindən çox şagird orta peşə təhsili, təqribən 1 milyon 260 min tələbə isə ali təhsil alırdı[2].

Savadlılıq səviyyəsi

[redaktə | mənbəni redaktə et]

2006-cı ilin məlumatlarına əsasən ölkədə 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 96,97% təşkil edirdir[2].

Əsas təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]

Əsas elmi müəssisələr, iri ali məktəblər, kitabxana və muzeylər paytaxt Taybeylə yanaşı Taynan, Tayçjun şəhərlərində yerləşir[2].

Tayvan Milli Universitetinin hospitalı

1928-ci ildə yaradılmış Tayvan Milli Universiteti Tayvanın Taybey şəhərinin Daan rayonunda yerləşən ali təhsil müəssisəsidir[3]. Bu universitet ölkənin və Asiyanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir.

Həmçinin Sinçju şəhərində 1896-cı ildən Szyao Tun1956-cı ildən Szınxua milli universitetləri, Szilun şəhərində 1953-cü ildən Milli Okean Universiteti, Qaosyun şəhərində 1954-cü ildən Tibb Universiteti və digərləri fəaliyyət göstərir[2].

  1. 1 2 3 4 5 Təhsil Almaq üçün 7 Ən Yaxşı Asiya Ölkəsi Arxivləşdirilib 2018-11-29 at the Wayback Machine. xaricdetehsil.news, 30.06.2016  (az.)
  2. 1 2 3 4 5 6 7 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 75. ISBN 978-9952-441-11-6.
  3. Lamiyə Əliyeva, Dünya universitetləri: Tayvan Milli Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 14.10.2011, № 40.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]