Tencent | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | videooyun sənayesi[d], informasiya texnologiyaları |
Məhsulları | Tencent QQ |
Təsis tarixi | 12 noyabr 1998 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Riot Games[2], Supercell, Universal Music Group |
tencent.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tencent −1998-ci ildə Şençjen şəhərində qurulan bir Çin investisiya və texnologiya holdinqidir. Tencent dünyanın ən böyük investisiya və vençur şirkətlərindən biridir. Şirkət müxtəlif İnternet xidmətləri göstərmək üzrə ixtisaslaşıb. Şirkət Kayman Adalarında qeydiyyatdan keçib.
"Tencent"in fəaıliyyət dairəsinə sosial media, musiqi və veb portalları, elektron ticarət, ödəmə sistemləri, mobil və onlayn oyunlar, bulud məlumat bazaları daxildir. Məsələn Çində ən çox istifadə olunan mesajlaşma xidməti olan "Tencent QQ" "və mətn və səsli mesajların göndərilməsi üçün mobil tətbiq olan WeChat "Tencent"ə məxsusdur. Həmçinin istifadəçi sayına görə dünyada Facebook və YouTubedən sonra üçüncü olan "Qzone"də "Tencent"ə məxsusdur.
2018-ci ildə şirkət 500 milyard dollarlıq kapitallaşmanı aşaraq bu göstəricini keçən ilk Asiya texnoloji şirkəti oldur.
Şirkət 1998-ci ilin noyabrında Ma Huateng və ortaqları Zhang Zhidong, Xu Chengye, Chen Yidan və Zeng Liqing tərəfindən "Tencent Inc" adı altında yaradılır.[5][6]
Şirkətin ilk məhsulu, 1999-cu ilin fevralında təqdim etdiyi və Çin dilində olan OICQ (Open ICQ) mesajlaşma proqramı olur.[7] 1999-cu ilin oktyabrında Tencent, səhmlərinin 20 faizi qarşılığında, Amerika və Hong Kongun vençür şirkətlərindən 2,2 milyon dollar alır. Proqramın adının ICQyə bənzər olması səbəbindən messencerin adı "Tencent QQ" olaraq dəyişdirilir.
2001-ci ildə Cənubi Afrika nəşriyyat şirkəti olan Naspers, "Tencent"in səhmlərinin 46,5 faizini satın alır.[8]
16 iyun 2004-cü ildə şirkət Hong Kong Fond Birjasının əsas mərtəbəsində ilkin kütləvi təklif həyata keçirdir və 2008-ci ildə səhmləri birjanın əsas indeksinə daxil edilir. 2017-ci ilin sonunda Tencent, 500 milyard dollardan çox bazar kapitallaşması ilə dünyada beşinci yeri tutur.[9]
2004-cü ildə şirkət videooyunlar bazarına girir. 2011-ci ildə Tencent, 2015-ci ilin sonunda tamamilə satın aldığı "Riot Games" videooyun hazırlama şirkətinin səhmlərinin böyük bir hissəni alır.
2011-ci ildə WeChat (Weixin, 微 信) mobil mətn və səsli mesajlaşma tətbiqini yaradır. Tətbiqin aktiv istifadəçi sayı 2018-ci ildə 1 milyardı keçdi.
Tencent həmçinin Rusiyanın "Mail.ru Group" şirkətinin səhmlərinin 7.9 faizinə sahibdir.
8 Noyabr 2017-ci ildə şirkətin törəmə şirkəti olan "China literature"nin səhmləri Hong Kong Fond Birjasında siyahıya alınır və şirkətə 7 milyard HKD-dən (1 milyard dollar) çox gəlir gətirir.
12 dekabr 2018-ci ildə "Tencent"in başqa bir törəmə şirkəti olan "Tencent Music Entertainment" (onlayn musiqi) New York Fond Birjasına çıxır və bu şirkətə yarım milyard dollar gəlir gətirir.
23 iyun 2020-ci ildə Tencent "Klei Entertainment" studiyasından "Don't Starve: Newhome" mobil oyununu inkişaf etdirmək üçün lisenziya alır. Daha sonra, 22 Noyabr 2020-də studiyanın özünün nəzarət payını alınır.
2020-ci ilin sonunda "App Annie" araşdırma şirkətinin məlumatına görə, "Tencent holding" tətbiq yaradan şirkətlər arasında gəlir baxımından dünyada birinci olub.
Ən böyük səhmdar Naspers Limited (törəmə şirkəti MIH TC vasitəsi ilə), 31.1 faiz səhmə sahibdir.
2018-ci ilin sonunda əsas törəmə şirkətlər:
Film istehsalı ilə məşğul olan "Tencent Pictures" studiyası.