Top Eleven Football Manager | |
---|---|
Buraxılış tarixləri | 20 oktyabr 2011 |
Janr | rol video oyunu |
Texniki məlumat | |
Platforma | Adobe Flash, Android, iOS |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
Daşıyıcı | brauzer, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter klaviaturası, sensor ekran |
Rəsmi saytı |
Top Eleven — 2010-cu ilin may ayında Nordeus şirkəti tərəfindən hazırlanmış futbol meneceri simulyasiyasıdır və həm Google Play Store, həm də App Store -da mövcuddur.
Oyunu Facebookda da oynanmaq imkanı var. Bu isə, oyunçulara şəbəkədəki dostlarına qarşı oynamaq imkanı verir. Oyun, sosial media mühitində futbol idarəçiliyi oyunlarının çatışmazlığını aradan qaldırmaq üçün hazırlanmışdır. Top eleven, milyonlarla futbol azarkeşini cəlb etməyi bacaran və onlara sosial funksiyalara giriş imkanı verən Sports Interactive-nin Futbol Meneceri və EA-nın Premyer Menecer kimi oyun konsepsiyaları və oyun tərzləri üzərində qurulmuşdur. Top Eleven masaüstü proqramların görünüşünü və oynama hissini Facebook-a köçürməyi bacarmışdır.
2011-ci ilin noyabr ayından Top Eleven mobil cihazlar, Android [1] və iOS istifadəçiləri üçün əlçatandır. [2] Top Eleven Facebook-da istifadəyə verildikdən iki il sonra isə, Rusiyanın ən böyük sosial şəbəkələrindən biri olan Odnoklassniki-də istifadəyə verilmişdir. [3] Facebook-un statistikasına görə oyunun, 2014-cü ildə aylıq 15 milyondan çox istifadəçi olmuşdur.
2013-cü ildə Nordeus Joze Mourinyonu rəsmi "oyunun siması" kimi təqdim etmişdir. O vaxtdan bəri oyunçular oyunda Mourinyoya meydan oxuya və ondan bəzi məsləhətlər ala bilərlər. 16 may 2017-ci ildə Stoke Siti Top Eleven-in 2017-18 Premyer Liqa mövsümündən etibarən klubun qol sponsoru olacağını elan etmişdir. [4] [5]
İnsanların pulsuz yükləyə və oynaya biləcəyi mobil oyun olduğundan, Nordeus reklamlardan da yararlanmışdır. İstifadəçilərin reklamları izləmək və ya izləməmək kimi seçimi vardır və izlədikləri üçün mükafatlandırılırlar. [6]