Tanınmayan dövlət | |||||
Trinidad knyazlığı | |||||
---|---|---|---|---|---|
ing. Principality of Trinidad port. Principat d'Trinidad | |||||
|
|||||
|
|||||
Paytaxt | Yoxdur | ||||
Dilləri | ingilis dili, fransız dili, portuqal dili | ||||
Ərazisi | 4 769 | ||||
İdarəetmə forması | Monarxiya/Diktatura | ||||
• | Ceyms Harden-Hikki | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Trinidad knyazlığı (ing. Principality of Trinidad, fr. Principat d'Trinidad), port. Principado de Trinidade) — 1893-1895-ci illərdə Trindadi-e-Martin-Vas arxipelaqında mövcud olan tanınmamış dövlət.
Trinidad knyazlığı 1893-[1] cü ildə fransız-amerikan avanturisti Ceyms Harden-Hikki tərəfindən təşkil olunmuşdur. O, özünü I Ceyms adı ilə knyaz elan etmişdir[2][3]. Ceymsin fikirinə görə ölkə hərbi diktatorluq olmalı və özü ölkəni idarə etməli idi[2].
Harden-Hikki ölkənin bayrağını, gerbini və markasını özü tərtib edir. Bir şxun əldə edərək koloniyaçıları adalara daşıyır. O, dövlət katibliyini təsis edərək qraf M. de la Buaseranı bu vəzifəyə təyin edir. Nyu-Yorkda ölkənin konsulluğu açılır. O ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə istiqrazlar buraxır[4] [5] [6] [7] [8] [9] [10].
1895-ci ilin iyulunda Böyük Britaniya ölkədə hakimiyyəti ələ keçirir. Harden-Hikki afaları tərk etməli olur. Trindadi-e-Martin-Vas adaları işğal edilməklə Böyük Britaniya okeanda böyük strateji mövqe əldə etmişdirlər. Harden-Hikki məsələyə ABŞ dövlətini cəlb etməklə yenidən hakimiyyətə qayıtmaq istəyirdi. Knyazlığın ləğvindən sonra iki Braziliya Böyük Britaniyaya adaları tərk etməyi tələb edir. İngilislər Trindadi-e- Martin-Vas adalarının hələ 170 il öncə ingilis astronom Edmund Qalley tərəfindən ziyarət olunmasınl əsas gətirərək iddiasını irəli sürmüşdür. Bununla belə Braziliya siyasi təzyiqləri dacam etdirmiş və bu məsələdə Portuqaliya krallığı ona yardım göstərmişdir. Üstəlik onlar adaların portuqaliyalı dənizçi tərəfindən 1502-ci ildə kəşf edildiyini isbatladığından adalar Braziliyaya qaytarılır.