Ureki | |
---|---|
gürc. ურეკი | |
41°59′49″ şm. e. 41°46′41″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Mxare | Quriya |
Bələdiyyəsi | Ozurgeti bələdiyyəsi |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 1.166 nəfər (2014) |
Milli tərkibi | Gürcülər 94,9 %, Ruslar 2,7 % |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ureki (gürc. ურეკი) — Gürcüstanın Quriya diyarının Ozurgeti bələdiyyəsində olan şəhər tipli qəsəbə. Ureki Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Maqnit qumlu çimərlikləri ilə məşhurdur.[1]
Bir vaxtlar bütün Ureki ərazisi meşə ilə örtülü idi və orada ov etmək mümkün deyildi. Ona görə də bu yer Ureki adlanır. Gürcü dilində "sıx meşə" deməkdir.
Şəhər Qara dəniz sahilindən keçən "Samtredia — Batumi" dəmir yol xəttindəki stansiya ərazisindədir. Urekinin dəniz sahilində olan kurort ərazisi Maqnetiti adlanır. Məhs bu zona qara maqnit qumu ilə zəngindir. Əsas çimərliklər burdadır. Urek sahilindən Sepa, Kuçis Abano, Natanebi, Supsa çayları Qara dənizə tökülür. Qəsəbə dəniz səviyyəsindən 4 metr yükəsklikdə yerləşir.
Ərazi Aralıq dənizi iqliminin rütubətli tipinə aid zonaya daxildir. Qışı yumşaq, yayı isti və rütubətlidir. Orta illik temperatur 14,5 °C-dir. Ən isti ay iyul ayıdır. Orta temperatur 23,1 °C, ən soyuq ay isə yanvar ayıdır. Yanvarın orta temperatur 5,8 °C-dir. Orta illik yağıntı 2069 mm-dir. Ən az yağıntı may ayında düşür — 75 mm, ən çox yağıntı dekabrda düşür. Orta hesabla 232 mm. Günəş işığının illik orta müddəti 1800–2000 saatdır.
1970-ci illərdə Urekidə ilboyu fəaliyyət göstərən "Qornı Xrustal", "Kolxida", "Meqobroba" (Dostluq) sanatoriyaları inşa edilmişdir.
2014-cü ildə Gürcüstanın Tibilisidə yerləşən Duşeti rəsədxanası Ureti çimərliyindəki maqnit sahəsinin intensivliyini ölçmüşdür. Urekidə maqnit anomaliyasının orta səviyyəsi 150–250 μT (mikrotesla), bəzi yerlərdə 850 μT-ə çatır.[2] Bu çimərlik bir çox xəstəliklərin müəalicəsində çox faydalıdır. Daha çox ürək-damar xəstələri üşün məsləhətdir.
Ureki ərazisində dövlət zooparkı, istirahət evi və pansionat var. Bundan başqa şəhərdə onlarca otel və gesthauslar var.
Ureki şəhəri Batumi şəhərindən 60 km şimalda yerləşir. Tibilisi şəhəri isə qəsəbədən 300 km aralıda yerləşir. Poti şəhəri isə Urekidən 10 km şimaldadır. Hal hazırda Ureki Gürcüstanın ən məşhur dəniz kənarı kurort ərazilərindən biridir. Qəsəbə III saat qurşağında yerləşir.
Ureki qəsəbəsinin əhalisi 2014-cü ilin siyahıya alınmasına əsasən 1166 nəfərdir.[3] Əhalinin milli tərkibi belədir: gürcülər ümumi əhalinin 94,9%-ni təşkil edir. Ruslar isə əhalinin 2,7 %-ni təşkil edir. Ermənilər isə ümumi əhalinin 1 %-ni təşkil edir.