Uruqvay Milli Partiyası

Milli partiya

isp. Patido Nacional
Loqonun şəkli
Sədri Beatris Arqrimon
Qurucu Manuel Oribe
Lideri Luis Alberto Xeber
Quruluş tarixi 10 avqust 1836
İdeologiya Millətçilik, Konservatizm
İdeoloji spektr mərkəz sağ
Saytı partidonacional.com.uy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli partiya (isp. Partido Nacional üstəlik Ağ partiya da adlandırılırdı isp. Partido Blanco) — Uruqvayın sağ yönümlü konservativ siyasi pardiyasıdır. Hazırda ölkəni idarə edən Geniş Cəbhə koalisiyasına daxil olan partiyalardan biridir.

Partiyanın əsası 10 avqust 1836-cı ildə Manuel Oribe tərəfindən qoyulmuşdur. Uruqvay Kolorado Partiyası ilə birlikdə ölkənin köklü partiyalarından sayılır. 1863-1865 ci illərdə baş verən Uruqvay müharibəsi nəticəsində Kolorado partiyası Milli partiyanı siyasi arenadan sıxışdırıb cıxarır. 1972-ci ildən partiya adını dəyişərək Ağ partiyadan Milli partiyaya çevrilir. XX əsrdə müəmmalı hadisə baş verir, belə ki, 1931-1959-cu illərdə Azad Milli partiya yaranır. Rəsmən iki partiya yaransa da rəsmilər ölkədə yalnız bir Milli partiyası olmasını bildirirlər.

2004-cü il seçkiləri

[redaktə | vikimətni redaktə et]

2004-cü ildəki seçkilərdə Milli partiya deputatlar palatasına 99 yerdən 36, senatda 31 yerdən 11-inə sahib idilər. Onun prezidentliyə namizədi Xose Larranyaqa seçkilərdə 35,01% səs toplamışdı.

2009-ci il seçkiləri

[redaktə | vikimətni redaktə et]

Sonuncu seçkilərdə deputatlar palatasında 31 yer, Senatda isə yer almağa müvəffəq olmuşdur. Prezident seçkilərində onun namizədi Luis Alberto Lakale 25 oktyabrda seçiçilərin 29.07% toplamağa müvvəfəq olur.