VII Ferdinand | |
---|---|
isp. Fernando VII | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 1784[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 1833[1][3][…] (49 yaşında) |
Dəfn yeri | |
Atası | IV Karl (İspaniya kralı) |
Anası | Parmalı Mariya Luiza |
Həyat yoldaşları |
|
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | general-kapitan[d] |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
VII Ferdinand (isp. Fernando Francisco de Paula Domingo Vincente Ferrer Antonio José Joaquín Pascual Diego Juan Nepomuceno Januario Francisco Javier Rafael Miguel Gabriel Calisto Cayetano Fausto Luis Raimundo Gregorio Lorenzo Jerónimo de Borbón y Borbón-Parma) (14 oktyabr 1784[1][2][…], Eskorial[3] – 29 sentyabr 1833[1][3][…]) — İspaniya kralı. Atası İspaniya kralı IV Karl, anası isə Mariya Luizadır.
Madriddə Eskorial sarayında dünyaya gələn Ferdinand atasının böyük oğlu olaraq infant və varis olaraq böyüdüldü. 1807-ci ildə atasına qarşı tərtiblənən saray çevrilişinə rəhbərlik etdi və bir neçə ay davam edən vətəndaş müharibəsinin ardından Napoleon Bonapartın müdaxiləsiylə İspaniya taxtına əyləşdi. Ancaq bir neçə ay sonra Bonapart onu da taxtdan devirdi və qardaşı Jozefi İspaniya kralı təyin etdi.
1813-cü ilin dekabrında yenidən İspaniya taxtını ələ keçirən Ferdinand bir il öncə qəbul edilən konstitusiyanı ləğv etdi və mütləq monarxiyanı bərpa etdi. Ancaq 1820-ci ildə baş verən kəndli üsyanının ardından konstitusiyanı bərpa etməyə məcbur oldu. Buna baxmayaraq ölkədə ağır diktator rejimi qurdu.