Valiko Juğeli

Valiko Juğeli
gürc. ვალიკო ანთიმოზის ძე ჯუღელი
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1887(1887-01-01)
Doğum yeri
Vəfat tarixi 30 avqust 1924(1924-08-30)[1] (37 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valiko Juğeli (gürcücə: ვალიკო ჯუღელი; 1 yanvar 1887, Tiflis30 avqust 1924[1], Gürcüstan) — gürcü hərbçisiyasətçi. Qatı bolşevizm əleyhdarlığı ilə seçilir.[2]) Gürcüstan Demokratik Respublikasının Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Qırmızı Orduya qarşı Gürcüstanda müxtəlif dövrlərdə üsyanlar təşkil etməyə çalışmışdır.

İlk əvvəllər, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, daha sonra bolşeviklərdən uzaqlaşmış və menşeviklərlə yaxınlaşmışdır. Bundan sonra o, menşeviklərin Gürcüstandakı ən məşhur üzvlərindən birinə çevrilmişdir.

Valiko Juğeli 1887-ci ilin 1 yanvar tarixində Gürcüstanda anadan olmuşdur. O dövrdə Gürcüstan torpaqları Rusiya imperiyasının ərazilərinə daxil idi.[3]

Həyatının erkən dövrlərindən siyasətlə maraqlanmışdır.

Gürcüstanda Sovet İttifaqına qarşı üsyan təşkil etməyə çalışarkən ətrafındakı şəxslərlə birlikdə həbs edilmiş və qısa müddətlik araşdırma, məhkəmə prosedurlarından sonra güllələnərək edam edilmişdir.

XX əsrin əvvəllərində Rusiya imperiyasının bir parçası olan Gürcüstanda marksist hərəkatlarla maraqlanmışdır. İlk əvvəllər Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, dahasonra menşeviklərə qatıldı və bu qanadın Gürcüstandakı ən təsirli üzvlərindən biri oldu. 1917-ci ildəki Oktyabr inqilabından sonra bolşevik əleyhdarı hərəkatlara qatıldı. 29 noyabr 1917-ci ildə Tiflisdə birlikdə olduğu əsgərlərlə birlikdə Qırmızı Ordu hərbi qulluqçuları tərəfindən qorunan silah-sursat anbarına hücum təşkil etdi və bu basqına komandanlıq etdi.[4]

1921-ci ilin mart ayında Qırmızı Ordunun Gürcüstanı işğal etməsindən sonra ölkədən sürgün edildi. Bundan sonra İstanbula və daha sonra Fransaya köçdü.[5] Bundan sonrakı illərdə, müxtəlif dövrlərdə Sovet Gürcüstannıda bolşevizm əleyhinə üsyanlar hazırladı. Bu üsyan hərəkatlarına qatılmaq üçün 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasına geri döndü. Ölkəyə girməsi ilə birlikdə Qırmızı Ordu hərbi qulluqçuları tərəfindən yanındakı hərbçilər ilə birlikdə həbs edildi. Aparılan araşdırmadan və saxta məhkəmə prosedurlarından sonra edam edildi. Onun edamı güllələnərək baş vermişdi.[6]

  1. 1 2 https://history.mod.gov.ge/ge/page/48/valiko-jugeli.
  2. Valiko Jugheli, Gürcistan Savunma Bakanlığı web sitesinde Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine (Georgian)
  3. "Between Red and White". www.marxists.org. 2021-08-17 tarixində arxivləşdirilib.
  4. ^ David Charachidzé, H. Barbusse. les Soviets, la Géorgie. Paris: Éditions Pascal. 1929. səh. 156.
  5. "Géorgie, France et Géorgie : Valiko Djoughéli (1887-1924), chef de la Garde nationale 2014-01-14". www.colisee.org. 2016. 2020-12-03 tarixində orijinalından arxivləşdirilib.
  6. Ronald Grigor Suny (1994), The Making of the Georgian Nation, pp. 223–4. Indiana University Press, ISBN 0-253-20915-3