Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Valiko Juğeli | |
---|---|
gürc. ვალიკო ანთიმოზის ძე ჯუღელი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 1924[1] (37 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Valiko Juğeli (gürcücə: ვალიკო ჯუღელი; 1 yanvar 1887, Tiflis – 30 avqust 1924[1], Gürcüstan) — gürcü hərbçi və siyasətçi. Qatı bolşevizm əleyhdarlığı ilə seçilir.[2]) Gürcüstan Demokratik Respublikasının Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Qırmızı Orduya qarşı Gürcüstanda müxtəlif dövrlərdə üsyanlar təşkil etməyə çalışmışdır.
İlk əvvəllər, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, daha sonra bolşeviklərdən uzaqlaşmış və menşeviklərlə yaxınlaşmışdır. Bundan sonra o, menşeviklərin Gürcüstandakı ən məşhur üzvlərindən birinə çevrilmişdir.
Valiko Juğeli 1887-ci ilin 1 yanvar tarixində Gürcüstanda anadan olmuşdur. O dövrdə Gürcüstan torpaqları Rusiya imperiyasının ərazilərinə daxil idi.[3]
Həyatının erkən dövrlərindən siyasətlə maraqlanmışdır.
Gürcüstanda Sovet İttifaqına qarşı üsyan təşkil etməyə çalışarkən ətrafındakı şəxslərlə birlikdə həbs edilmiş və qısa müddətlik araşdırma, məhkəmə prosedurlarından sonra güllələnərək edam edilmişdir.
XX əsrin əvvəllərində Rusiya imperiyasının bir parçası olan Gürcüstanda marksist hərəkatlarla maraqlanmışdır. İlk əvvəllər Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına baxmayaraq, dahasonra menşeviklərə qatıldı və bu qanadın Gürcüstandakı ən təsirli üzvlərindən biri oldu. 1917-ci ildəki Oktyabr inqilabından sonra bolşevik əleyhdarı hərəkatlara qatıldı. 29 noyabr 1917-ci ildə Tiflisdə birlikdə olduğu əsgərlərlə birlikdə Qırmızı Ordu hərbi qulluqçuları tərəfindən qorunan silah-sursat anbarına hücum təşkil etdi və bu basqına komandanlıq etdi.[4]
1921-ci ilin mart ayında Qırmızı Ordunun Gürcüstanı işğal etməsindən sonra ölkədən sürgün edildi. Bundan sonra İstanbula və daha sonra Fransaya köçdü.[5] Bundan sonrakı illərdə, müxtəlif dövrlərdə Sovet Gürcüstannıda bolşevizm əleyhinə üsyanlar hazırladı. Bu üsyan hərəkatlarına qatılmaq üçün 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasına geri döndü. Ölkəyə girməsi ilə birlikdə Qırmızı Ordu hərbi qulluqçuları tərəfindən yanındakı hərbçilər ilə birlikdə həbs edildi. Aparılan araşdırmadan və saxta məhkəmə prosedurlarından sonra edam edildi. Onun edamı güllələnərək baş vermişdi.[6]