Vasili Kandinski

Vasili Vasilyeviç Kandinski
rus. Василий Васильевич Кандинский
Doğum tarixi
Doğum yeri , Rusiya imperiyası
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri , Fransa
Vəfat səbəbi insult
Vətəndaşlığı Fransa
Fəaliyyəti rəssam, universitet müəllimi[d], incəsənət nəzəriyyəçisi[d], müəllim, vəkil, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], qrafika ustası[d], memarlıq çertyojçusu[d], səhnə dizayneri, dizayner, heykəltaraş, boyakar[d]
Təhsili Münhen rəssamlıq akademiyası
Janrlar Rəssamlıq, qrafika, İncəsənət nəzəriyyəçisi
Stillər ekspressionizm[1], simvolizm[1], Bauhaus[1]
Üzvlüyü
İmza
wassilykandinsky.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Vasilyeviç Kandinski (16 (4) 1866, Moskva13 dekabr 1944, Nöyi-sür-Sen, Fransa)— məşhur rus rəssamı, təsviri incəsənət nəzəriyəçisi, qrafika ustası və abstraktsionizmin banilərindən biridir. Kandinski həm də, Göy atlı yaradıcılıq birliyinin qurucularından və Bauhauzın müəllimilərindən biri olmuşdur.

Moskva. Burdenko 8. Kandinskinin 1915-1921-ci illərdə yaşadığı ev.

Vasili Vasilyeviç Kandinski 1866-cı ilin dekabrında Moskvada doğulub. Kandinskilər ailəsi dağıldıqdan sonra anası balaca Vasya ilə Odessaya köçür. Gələcəyin rəssamı Odessada gimnaziyanı bitirdikdən sonra Moskva universitetinin hüquq fakültəsinə daxil olur. Siyasi iqtisad və statistika kafedrasının professoru, tanınmış alim Aleksandr Çuprovun məsləhəti ilə onun kafedrasında dissertasiya yazır. 1896-cı ildə Vasili Kandinski Derpit universitetində dərs deməyə dəvət etdilər. Vasili Kandinski 30 yaşında elmdən ayrılıb taleyini bütünlüklə təsviri sənətə bağlayır. Bu məqsədlə o, "alman Afinası"na, Bavariyanın paytaxtı Münhenə yollanır.

V.Kandinski bütün rəssamlar kimi dünyanı gəzib dolaşmaq arzusundaidi, bu məqsədlə o, əlinə fürsət düşdükcə səyahətə çıxardı. Bu illərdə rəssam İtaliyaya, Fransaya, Şimali Afrikaya gedir, əlbəttə Rusiyanı da unutmur, Odessada və Moskvada olur. 1914-cü ildə Birinci Dünya müharibəsi başlananda Vasili Kandinski Moskvaya qayıtdı. Oktyabr çevrilişindən sonra rəssam Moskvanın mədəni həyatında fəal iştirak etməyə başladı. Rəssam mədəniyyət institutunun monumental sənət seksiyasının rəhbəri və xalq Maarif Komissarlığının üzvü oldu. O, Moskvada muzeylərin yaradılmasında, sərgilərin açılmasında iştirak edirdi və ən əsası məhsuldar işləyirdi, irihəmcli tablolar yaradırdı. İnqilabın ilk illərində bolşeviklər avanqard sənət cərəyanlarına, yeni sənətə loyal yanaşırdılar. Aleksandr Rodçenko, Mark Şaqal, Kazimir Maleviç, Pyotr Kanqalovski, Mixail Larionov, Pavel Filonov kimi müxtəlif cərəyanların nümayəndələri "inqilab naminə" çiyin-çiyinə çalışırdılar. 1921-ci ildə Vasili Kandinski Akademiyanın beynəlxalq filialının açılması məqsədilə Almaniyaya ezam olunur. Almaniyada Vasili Kandinskini yaxşı tanıyırdılar. Onu Veymerə "Bauhauz"a dəvət edirlər, tanınmış Avropa rəssamları Leon Feyninger, Paul Klee və başqaları 1919-cu ildən "Bauhauz"da dərs deyirdilər[2].

1933-cü ildə Almaniyada nasional-sosialistlər hakimiyyətə gəlir. "Bauhauz" fəaliyyətini dayandırmalı olur. Vasili Kandinski Fransaya gedir, Paris yaxınlığında Nöyi-sür-Sendə məskunlaşır. Fransaya pənah gətirəndən düz 11 il sonra Parisdə abstrakt sənətin banilərindən biri Vasili Kandinskinin son fərdi sərgisi açılır və elə həmin il, yəni 1944-cü ilin dekabr ayının 13-də rəssam vəfat edir[3].

Yaradıcılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Qabrel Münter. 1900.

Kandinski professional rəssamlıqla nisbətən gec məşğul olmağa başlayıb, ama unutmayaq ki, hələ uşaqlıq illərindən xalası Yelizaveta İvanovna onun qəlbində gözəlliyə, gözəl olan hər şeyə sevgi toxumları səpmişdi. Yelizaveta ona musiqiyə, ədəbiyyata və rəssamlığa maraq yaratmışdı. Tələbəlik illərində Vasili Kandinski rəngli reproduksiyalar çap eləyən mətbəədə işləmişdi, burda o, Repin, Levitan, Polenova kimi rəssamların yaradıcılığı ilə tanış olmuşdu, tələbə Vasili tez-tez sərgilərə və teatra gedərdi. Bu dövürdə o, Klod Mone sənətinin və Vaqner musiqisinin heyranı idi[2]. 1900-cü ildə Kandinski folklor mövzusunda dekorativ rəsmlər çəkir.

Kandinskinin yaşadığı ev. "Rus evi".

Otuz yaşlı Vasili Kandinski taleyini rəssamlıq sənətinə bağlamaq arzusuyla Münhenə gəldi və bir çox rus rəssamının sənətin sirlərinə yiyələndikləri sloven rəssamı Anton Ajbenin özəl rəssamlıq məktəbinə baş vurdu. Anton Ajbenin məktəb-studiyasında Kandinski mənzərələr üzərində işləyirdi, bu mənzərələr üçün rəng harmoniyası önəmli nəsnədir, zaman keçdikcə rəssamın mənzərələri daha dekorativ, daha ekspressiv olurdu. Kandinski rəsm bilgilərini kamilləşdirmək amacı ilə Kral akademiyasının professoru Frans fon Ştukdan ustad dərsləri almağa başlayır. Professor Ştuk o dönəmdə Almaniyada çox populyar sənət cərəyanı yuqendstil üslubunda işləyirdi. Rusiyada bu cərəyan modern adlanırdı. Vasili Kandinski Qabrel Münterlə birlikdə Murnauda ev kirayələmişdi. O, bu evin interyerini rus ornamentləri ilə bəzəmişdi. Hələ Moskva universitetində təhsil aldığı illərdə fransız rəssamı Klod Monenin bəzi əsərlərinin reproduksiyasını görmüşdü. Klod Monedən sonra Sezann, MatissPikasso sənəti onu özünə cəlb eləmişdi. Murnauda rəssam əlvan işıqlı boyalara üstünlük verirdi, amma çəkdiyi kompozisiyalar onun özünü qane etmirdi[4].

Sonralar rəssam improvizasiyalar üzərində işləməyə başlayacaq, bu improvizasiyalarda real formalar əvvəllər olduğundan da artıq deformasiyaya uğrayacaqlar, tablolar daha artıq şifrələnəcək və bu axtarışlar, eksperimentlər o həddə gəlib çatacaq ki, onun abstrakt əsərlərində formalar bütünlüklə qeyb olacaq. İmprovizələr silsilə rəsmləri üzərində işlədiyi vaxtlarda rəssam Mark Fransla birlikdə "Göy atlı" almanaxını ərsəyə gətirəcək. Böyük bir rəssamlar qrupu bu dərgi ətrafında birləşəcəklər, bu dərgi ətrafında birləşən rəssamlar sonralar "Göy atlılar" qrupu adlandırılacaqlar[5].

  1. 1 2 3 RKDartists (nid.).
  2. 1 2 Adil Mirseyid. Kandinskinin abstrakt aləmi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  3. "Василий Кандинский Москва 1866 - Нейи-сюр-Сен в 1944 году". 2008-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  4. "Wassily Kandinsky". 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-13.
  5. В.В. Кандинский — российский отец мирового абстракционизма Arxivləşdirilib 2022-04-21 at the Wayback Machine/