Vaçe Zela | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Luşnya, Albaniya |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bazel, İsveçrə |
Vəfat səbəbi | xəstəlik |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1962–2014 |
Janr | pop musiqisi |
Musiqi alətləri | gitara |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vaçe Zela (7 aprel 1939 – 6 fevral 2014) — Albaniyalı müğənni.[1] xalq musiqisi, şanson və bədii filmlərdə mahnı ifaçısı olub.[2] O, karyerasına gənc yaşda başlayıb və 1962-ci ildə birinci Alban mahnı müsabiqəsinin (Festivali i Këngës).qalibi olmuşdur. Festivalın 11 qat qalibi Vaçe Albaniyada kommunist erasının zamanı məşhurlaşıb və 1973-cü ildə "Albaniya Əməkdar artisti" mükafatına və 1977-ci ildə "Xalq artisti" mükafatına layiq görülmüşdür. O, 24 dekabr 2002-ci ildə Albaniya Prezidenti Alfred Moysiu tərəfindən "Millətin şərəfi" mükafatı ilə təltif edilmişdir. Ömrünün son illərini İsveçrədə keçirtdi və 2014-cü ildə vəfat etdi.
Zelanın istedadını birinci kəşf edən onun məktəb müəllimləri idi. O, təkçə musiqidə yox, həm də rəssamlıq və teatrda istedadlı idi. Zela Mizeki regionunun ənənəvi mahnılarını oxumağa başlayanda cəmi 10 yaşı var idi. O, çox vaxtı Luşni şəhərinin parklarında ifa eliyirdə, bununla da ətrafdakıların diqqətini cəlb edə bilirdi. Tezliklə o, şəhərində təşkil olunmuş kiçik konsertlərdə iştirak edəcək, halbuki onun valideynlərinə onların qızının bu yolla getməsi heç də xoşlarına gəlmirdi. Bununla belə, o, nüfuzlu Rəssamlıq Məktəbində oxumaq üçün Tiranaya gəlir, amma qəbul olunmur və Qemal Stafa orta məktəbinə daxil olur və burda gitara çalmağl öyrənir.[3]