Velma Barfild

Velma Barfild
ing. Margie Velma Barfield
Doğum adı Margie Velma Bullard
Ləqəbi Grandma of the Death Broker
Doğum tarixi
Doğum yeri Cənubi Karolina, ABŞ
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Roli, ABŞ
Vəfat səbəbi ölümcül inyeksiya ilə edam
Dəfn yeri
Vətəndaşlığı ABŞ ABŞ
Qətllər
Qurbanların sayı 6
Qətllərin dövrü 4 aprel 1964 - 4 fevral 1978
Qətllərin yeri Şimali Karolina
Cəzası edam

Marci Velma Barfild (ing. Margie Velma Barfield; d. 29 oktyabr 1932, Cənubi Karolina, ABŞ — ö. 2 noyabr 1984, Roli, Şimali Karolina, ABŞ) — bir qətldə günahlandırılan, lakin nəticədə cəmi altı cinayət olduğunu etiraf edən amerikalı seriyalı qatil. Barfild 1976-cı ildə edam cəzası bərpa edildikdən[1] sonra 1962-ci ildən bəri ABŞ-də edam edilən ilk qadın idi. O, eyni zamanda ölümcül inyeksiya ilə edam edilən ilk qadın idi.[2]

Velma Barfild Cənubi Karolinada[3] anadan olub, lakin Şimali Karolina ştatının, Feyetvill şəhərində böyüyüb. Barfildin atasının fiziki istismar etdiyi və anası Lilian Bullardın müdaxilə etmədiyi bildirildi.[4] O, 1949-cu ildə Tomas Berk ilə evlənərək qaçdı.[5] Cütlüyün iki övladı var idi və deyilənə görə, Barfilddə histerektomiya və bel ağrısı büruzə verənə kimi xoşbəxt idilər.[4] Bu hadisələr Barfilddə rəftarının dəyişilməsinə və narkomaniyaya səbəb oldu.[4]

Berk içməyə başladı və Barfildin şikayətləri acı mübahisələrə çevrildi. 4 aprel 1969-cu ildə Berk çıxdıqdan sonra Barfild və uşaqlar evdən getdilər, onlar geri dönəndə tikilinin yandığını və Berkin öldüyünü gördülər.[4][6] Bir neçə ay sonra öz evi yandı, ancaq siğortalandı. 1970-ci ildə Barfild Cenninqs Barfild adlı dul kişi ilə evləndi. Evləndiklərindən bir ildən az müddət sonra Cenninqs 22 mart 1971-ci ildə ürək tutmasından öldü.[1]

1974-cü ildə Barfildin anası Lilian Bullard ağır ishal, qusma və ürək bulanması əlamətlərini göstərdi, lakin bir neçə gündən sonra sağaldı. Elə həmin ilin Milad günlərində Bullard eyni xəstəlikdən əziyyət çəksə də, 30 dekabr 1974-cü ildə xəstəxanaya qəbul olunduqdan bir neçə saat sonra xəstəxanada öldü.[1]

1976-cı ildə Velma Barfild Montqomeri və Dolli Edvardslarda çalışaraq yaşlılara qayğı göstərməyə başladı. Montqomeri xəstələndi və 29 yanvar 1977-ci ildə öldü. Ərinin ölümündən bir ay sonra Dolli Bullard ilə eyni simptomları göstərdi və martın biri vəfat etdi. Barfil daha sonra cinayəti etiraf etdi.[1] Növbəti il Barfild başqa bir götürdü, belə ki, o, ayağını sındıran 76 yaşlı Rekord Liyə baxdı. 4 iyun 1977-ci ildə Linin həyat yoldaşı Con Henri qusma və ishal ilə birlikdə mədəsində və sinə nahiyəsində ağrılar hiss etməyə başladı. O, çox keçmədən öldü və Barfild daha sonra cinayətini etiraf etdi.[1]

Digər bir qurban Barfildin sevgilisi və Dolli Edvardsın qohumu Rouland Stuart Teylor idi.[1] Barfild Teylorun pivəsinə və çayına arsen tərkibli siçovul zəhəri qatdı.[1] O, 3 fevral 1978-ci ildə öldü. Meyiti yaran zaman Teylorun cəsədində arsen tapıldı.[1]

Həbs edildikdən sonra Cenninqsin cəsədi eksqumasiya edildi və arsen izləri tapıldı.[1] Qətl Barfildin özünün törətdiyini inkar etdiyi bir cinayət idi. Baxmayaraq ki, sonradan Bullard, Dolli Con Henri Li cinayətlərini etiraf etsə də, yalnız Teylorun öldürülməsinə görə ittiham edildi və məhkum olundu.[1]

Müğənni və bəstəkar Conatan Berd Cenninqsin birinci həyat yoldaşından olan nəvəsidir. Onun "Wildflowers" albomundakı "Velma" mahnısı cinayətlər və istintaq barədə şəxsi məlumat verir.[7]

Həbsxana və edam

[redaktə | vikimətni redaktə et]

Barfild Şimali Karolina ştatının Roli şəhərindəki Mərkəzi Həbsxanada qaçmağa meyilli məhkumlar və əqli qüsurlu məhkumlar üçün bir ərazidə həbs edildi. Çünki o zaman ölüm hökmü çıxarılan qadınlar üçün xüsusi bir sahə yox idi və o, dövlətin yeganə ölüm hökmü çıxarılan qadın məhkumu idi.[8] Sonradan Şimali Karolina Qadın üçün İslah Müəssisəsində Şimali Karolinadakı qadın məhkumlar üçün ölüm sırası bölməsi yaradıldı.[9]

Ölüm sırasında olduğu müddətdə Barfild dindar bir xristian oldu.[10] Son bir neçə ilini məhkumlara xidmət edərək keçirdi.[11] Barfildin Xristian keşişlər heyətində iştirakı o qədər geniş idi ki, ömürlük həbs cəzasının dəyişdirilməsi üçün bir cəhd edildi.[4] Müraciət üçün ikinci bir əsas Barfildin dissosiativ şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyini iddia edən Nyu-York Universiteti Tibb məktəbinin psixiatriya professoru Doroti Otnou Lyuisin ifadəsi idi.[12]

Barfildin müraciəti Federal Məhkəmədə rədd edildikdən sonra o, vəkillərinə ABŞ Ali Məhkəməsinə növbəti müraciətdən imtina etmələrini tapşırdı. Barfild 2 noyabr 1984-cü ildə[13] Mərkəzi Həbsxanada edam edildi.[14] O, edamdan əvvəl belə bir açıqlama verdi :

" Hər kəsin çox əzab çəkdiyini bilirəm və üzr istəyirəm. Bu altı il ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm. "

Barfild birinci əri Tomas Berkinin yanında Şimali Karolinadakı kiçik bir kənd qəbiristanlığında dəfn edildi.[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Velma Margie Barfield #29" (ingilis). Office of the Clark County Prosecuting Attorney. 16 sentyabr 2002 tarixində arxivləşdirilib.
  2. Schmidt, William E. (1984-11-03). "First Woman is Executed in U.S. Since 1962" (ingilis). New York Times. 2 dekabr 2011 tarixində arxivləşdirilib.
  3. Crimes of the Centuries: Notorious Crimes, Criminals, and Criminal Trials in American History ISBN 978-1-610-69594-7 p. 59
  4. 1 2 3 4 5 "Death Sentence, a new book by Jerry Bledsoe" (ingilis). Correction News. North Carolina Department of Correction. November 1998. 10 fevral 2001 tarixində arxivləşdirilib.
  5. 1 2 "Burial Service Is Held For Executed Woman" (ingilis). New York Times. 1984-11-04. 10 fevral 2001 tarixində arxivləşdirilib.
  6. Vronsky, Peter. Female Serial Killers: How and Why Women Become Monsters, p.197–98. Berkley Books, 2007, ISBN 0-425-21390-0
  7. Druckenmiller, Tom, "Off the Beaten Track: Jonathan Byrd – Wildflowers", Sing Out!, 45:4 (Winter 2002) p.134
  8. "Death Row for One" (ingilis). international.tbs.com. 25 may 2018 tarixində arxivləşdirilib.
  9. "North Carolina Correctional Institution for Women-North Carolina Department of Public Safety" (ingilis). ncdps.gov. 7 yanvar 2012 tarixində arxivləşdirilib.
  10. "Death Row for One" (ingilis). Death Penalty Information.Office of the Clark County Prosecuting Attorney. 1997-12-15. 10 sentyabr 2002 tarixində arxivləşdirilib.
  11. "Graham Praises Woman Executed for Murder" (ingilis). New York Times. 1984-12-08. 13 aprel 2009 tarixində arxivləşdirilib.
  12. Nelson, Polly. Defending the Devil: My Story as Ted Bundy's Last Lawyer. 1994, William Morrow, New York. ISBN 978-0-688-10823-6. Page 153.
  13. "Events of 1984 Velma Barfield Put to Death" (ingilis). upi.com. 30 iyul 2013 tarixində arxivləşdirilib.
  14. "Barfield, Velma B." (ingilis). North Carolina Department of Correction Public Access Information System. 15 mart 2016 tarixində arxivləşdirilib.