Kommuna | |||||
Vensen | |||||
---|---|---|---|---|---|
|
|||||
48°50′52″ şm. e. 2°26′21″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 55 m, 47 m[2], 69 m[2] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 94300[4] | ||||
Digər | |||||
vincennes.fr | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Vensen (fr. Vincennes) — Paris şəhərinin cənub-şərqində Vensen meşəsində (Bois de Vincennes) yerləşən Val-de-Marn departamentinin kommunası. Vensendə əsas tarixi yer Valya qəsri (XIV əsr) hesab edilir. Qəsr böyüklüyü ilə nəzəri cəlb edir. Əvvəllər qəsr həbsxana kimi istifadə edilsə də, hal-hazırda burada hərbi muzey yerləşir. Paris metrosunun stansiyalarından biri ("Chateau de Vincennes") bu qəsrin yaxınlığında yerləşir.
XI əsrdə Filip Avqust meşədə qəsr tikilməsini əmr etmişdir.Qala Valua tərəfindən inşa edilmişdir.Qalanın inşası 1334-cü ildə VI Filipin vaxtında başlanmış və 1370-ci ildə V Karlın hakimiyyəti illərində başa çatmışdır.XVI əsrdə kral Versalda yaşamağı Vensendən üstün tutduğu üçün onun yaşadığı qəsr həbsxanaya çevrilmişdir. 1756-cı ildə türmə ləğv edilərək çini qablar istehsal edən fabrikə çevrilmişdir. Napoleon Bonapart qəsrdən hərbi sursat anbarı tək istifadə etmişdir.1814- cü ildə qalanın mühafizəsinin başında durmuş general Domesnil müttəfiqlərin ordusuna ciddi müqavimət göstərmişdir. Sonralar qala Parisin müdafiəsi məqsədilə bastiona çevrilmişdir.
II Napoleonun hakimiyyəti zamanı qala bərpa edilsə də, 1944-cü ildə alman nasistləri möhkəmləndirilmiş qalanın bir hissəsini partlatmış, kral və kraliçanın pavilyonlarını yandırmışlar. Qalanın əsas Bilyaj qülləsi əvvəlki vəziyyətini qoruyub saxlaya bilmişdir. 42 metr hündürlüyü olan qüllədə bu gün də qotik üslubunun izlərini görmək mümkündür.