Vesteros

Vesteros
Västerås
59°37′02″ şm. e. 16°32′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 5.043 ± 0,5 ha (31 dekabr 2020)[1]
Mərkəzin hündürlüyü 17 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 128.534 nəf. (31 dekabr 2020)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +46 21
Poçt indeksi 72X XX
Digər
vasteras.se
Xəritəni göstər/gizlə
Vesteros xəritədə
Vesteros
Vesteros
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vesteros (isv. Västerås) - İsveçdə şəhər. Vestmanland lenində eyni adlı kommunanın mərkəzi. Paytaxt Stokholmdan100 km qərbdə Melaren gölünün sahilində yerləşir.

Vesterosda "Xalq bazarı" (XIX əsr)
Vesteros xəritəsi (XX əsrin əvvəlləri)

Vesteros İsveçŞimali Avropanın ən qədim şəhərlərindən biridir. Adı Vestra Aros (Qərbi Aros) adından yaranmışdır. Ərazi eramızın 1000-ci ilinədək Şimal Vikinqləri dövründə məskunlaşmışdır.

İsveçdə arxeoloqlar tərəfindən aşkar edilmiş ən böyük kurqan olan Anundsxöq Vesterosdan bir qədər aralıda yerləşir. Xöq (isv. Hög) sonluğunun qədim skandinaviya dilindən mənası "kurqan" deməkdir. Abidə eramızın 500-ci ilinə aiddir. Eni 68 metr olub,uzunluğu isə 9,1 metrdir.

Anundsxöq

Artıq orta əsrlərdə Vesteros İsveçin ən böyük şəhərlərindən birinə çevrilmişdi. Həmçinin şəhər yepiskopluq mərkəzlərindən idi. Burada bir monastır və kafedral tikilmişdi. 1623-cü ildə isə Vesterosda İsveçdə ilk gimnaziya tikilmişdir.

XVIIIXIX əsrlərdən etibarən şəhərdə tərəvəzçilik, əsasəndə xiyar bitkisinin yetişdirilməsi böyük vüsət almışdır. O dövrdən Vesteros "Qurkstaden" (Xiyarlar şəhəri) ləqəbini almışdır.

Vesteros lenin əsas sənaye və ticarət mərkəzlərindəndir. Şəhərdə elektrotexnika, maşınqayırma, yüngül və yeyinti sahələri inkişaf etmişdir.

Şəhər, turistləri və yeni sakinləri, habelə yerli universitet kollecinə, Melardalen Universitetinə tələbələri cəlb etmək üçün Melaren sahilində sahilində yerləşən Vasteros mənasını verən "Västerås - Mälarstaden" kimi ad təbliğ edilir. Bundan başqa şəhərin bir çox rayonlarında aparılan abadlaşdırma işləri vasitəsi ilə həm yerli əhali, həm də turistlər üçün komfort şərait yaradılmağa çalışılır. Melaren sahilində rekreasiya zonaları yaradılmışdır.

Vesterosda ən məşhur idman növü bendidir (topla oynanan hokkey). Şəhərin eyni adlı kimandası ölkə çempionatının liderlərindən sayılır. Bendli yarışlarını keçirmək üçün 2007-ci ildə Haakonplan və ABB Arena stadionları istifadəyə verilmişdir. 2009-cu ildə Vesteros Bendi üzrə dünya çempionatına ev sahibliyi etmişdir.

Həmçinin Vesterosun eyni adlı futbol komandası vardır (Vesteros İdman Klubunun tərkib hissəsi).[1] İsveçin gücünə görə ikinci liqasında - I Divizionda çıxış edir. Klub oyunlarını tutumu 7044 olan Svedbank Park stadionunda keçirir. Bundan başqa şəhəri daha aşağı liqalarda Skilyebo, Franke, İFK Vesteros, Srianska, İK Vesteros və Qideonsberq klubları təmsil edir.

  1. Statistiska tätorter 2020, befolkning, landareal, befolkningstäthet per tätort. Statistics Sweden, 2021.
  2. Statistiska tätorter 2018 – befolkning, landareal, befolkningstäthet. Statistics Sweden, 2021.