Vikipediya könüllülər tərəfindən yazılan və idarə olunan, azad məzmunlu onlayn ensiklopediya. İlk redaktəsi, domen qeydiyyatdan keçdikdən iki gün sonra, 2001-ci ilin 15 yanvarında başladı.[1] O, Nupediya-dan ilhamlanaraq yaradıldı və məqalələrin, tərcümələrin daha asan və daha sürətli hazırlanmasına imkan verən daha strukturlaşdırılmış pulsuz ensiklopediya oldu.
Vikipediyanın texnoloji və konseptual əsasları bundan əvvəl də mövcud idi; bilinən ilk onlayn ensiklopediya 1993-cü ildə Rik Geyts tərəfindən[2] və pulsuz onlayn ensiklopediya konsepsiyası (açıq mənbədən fərqlidir)[3] 1998-ci ildə Riçard Stolman tərəfindən təklif edilmişdir.[4]
Stolmanın konsepsiyası konkret olaraq heç bir mərkəzi təşkilatın redaktəyə nəzarət etməməsi fikrini özündə cəmləşdirmişdir. Bu, Microsoft Encarta və Britannika Ensiklopediyası kimi müasir rəqəmsal ensiklopediyalarla ziddiyyət təşkil etdi. 2001-ci ildə Nupediyanın lisenziyası GFDL olaraq dəyişdirildi. Uels və Sanger onlayn vikidən[5] birgə layihə hazırlamaq vasitəsi kimi istifadə edərək, tamamlayıcı layihə kimi Vikipediyanı işə saldılar.
Vikipediya əvvəlcə Nupedia-da məqalələrin sonrakı düzəlişlərini etmək və qaralamalar üçün düşünülsə də, sələfini tez bir zamanda qabaqladı. Bu, yüzlərlə dildə qlobal layihədən ibarət həm qaralama fəzası, həm də təkmilləşdirilmiş son məhsul platforması olmuşdu. Vikipediya çox sayda digər onlayn istinad layihələrini ilhamlandırmışdır.
2014-cü ildə Vikipediyanın aylıq təxminən 495 milyon oxucusu var idi.[6] 2015-ci ildə comScore-a görə, Vikipediya təkcə ABŞ-dan aylıq 115 milyondan çox unikal ziyarətçi qəbul edib.[7] 2018-ci ilin sentyabr ayında layihənin aylıq 15,5 milyard səhifə baxışı olub.[8]