Viktoriano Uerta | |
---|---|
| |
19 fevral 1913 – 15 iyul 1914 | |
Əvvəlki | Pedro Laskurain |
Sonrakı | Fransisko Karvaxal |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1850 və ya 22 dekabr 1854[1] |
Vəfat tarixi | 13 yanvar 1916 |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz[2] |
Fəaliyyəti | siyasətçi, diplomat, hərbi qulluqçu |
Dini | katolisizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Xose Viktoriano Uerta Orteqa (isp. José Victoriano Huerta Ortega; 22 dekabr 1850 və ya 22 dekabr 1854[1] – 13 yanvar 1916, El-Paso, Texas) — Meksika dövlət xadimi və hərbi lider, 1913-cü il hərbi çevrilişində iştirak edən general. 19 fevral 1913-cü ildən 15 iyul 1914-cü ilə qədər Meksikanın müvəqqəti prezidenti. Onun ölkədə hakimiyyəti dövründə vətəndaş müharibəsinin ən şiddətli mərhələsi gedirdi. Bu günə qədər Meksika cəmiyyətində Uerta inqilabın xaini, tiran və Madero və Pino Suarezin qatili hesab olunur.[3]
1914-cü ildə Amerika Prezidenti Vudro Vilsonun dəstəyini alan hökumət ordusu konstitusiyaçılara həlledici məğlubiyyətə uğramışdır. Bundan sonra Uerta istefa vermış və xaricə qaçmışdır.[4]