Visual FoxPro

Visual FoxPro
Paradiqmalar Obyekt yönümlü proqramlaşdırma
Yaradılma tarixi 1984
Tərtibatçılar Microsoft
Əməliyyat sistemi Windows 2000, Microsoft Windows
msdn.microsoft.com/vfoxp…

Visual FoxPro (VFP) — mərkəzində relyasiyalı verilənlər bazalarının idarəolunması sistemi olan obyekt-yönlü və prosedurlu proqramlaşdırma dili. Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsasında FoxPro proqramlaşdırma dili dayanır. dBase proqramlaşdırma dilinin bazasında hazırlanmış xBase dillər ailəsinə aiddir. Bu ailənin başqa üzvləri Clipper и Recital dilləridir. FoxBASE adlı ilk versiyası 1984-cü ildə Fox Software şirkətində işlənib hazırlanıb. 1992-ci ildə Fox Technologies şirkəti Microsoft tərəfindən alındıqdan sonra, proqram məhsulunun yeni versiyaları önəmli dərəcədə dəyişdirilmiş və adına “Visual” önşəkilçi əlavə edilmişdir. Orijinal FoxPro proqramının sonuncu 2.6 versiyası DOS, Windows və Unix əməliyyat sistemlərində işləyirdi; Visual FoxPro 3.0 versiyası Mac OS və Windows, daha sonrakı versiyalar isə yalnız Windows tərəfindən dəstəklənirdi. Cari MS Visual FoxPro versiyası COM texnologiyasına əsaslanır.

Visual FoxPro interfeysi
  • Visual FoxPro dilində proqram fraqmenti:
      ===================================
      Donluq.prg
      -----------------------------------
      SET ECHO        OFF
      SET SAFETY      OFF
      SET TALK        OFF
      SET SCOREBOARD  OFF
      SET DATE        FRENCH
      SET CENTURY     ON
      SET OLEOBJECT   ON
      PUBLIC path0, path1, path2, path3, path4, path5, ;
      pathres, pathimg
      path0   = "DATA\SETUP\DONLUQ\"
      path1   = "DATA\LIST\"
      path2   = "DATA\BASE\"
      path3   = "IMAGES\MAP\"
      path4   = "DATA\DBOUT\"
      path5   = "DATA\ARXIV\"
      pathres = SYS(5) + '\ARBAY\RESOURCE'
      pathimg = SYS(5) + '\ARBAY\IMAGES'
      DECLARE integer GetSystemMetrics IN Win32API;
      integer
      x = GetSystemMetrics(0)
      y = GetSystemMetrics(1)
      WITH _SCREEN
      .TitleBar    = 0
      .WindowState = 0
      .BorderStyle = 0
      .Top         = 0
      .Left        = 0
      .Width       = x
      .Height      = y
      .AutoCenter  = .T.
      ENDWITH

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Microsoft Visual FoxPro 9.0

Visual FoxPro tarixi