Vladimir Makoqonov

Vladimir Makoqonov
rus. Влади́мир Андре́евич Макого́нов
Ölkə SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Naxçıvan, Azərbaycan SSR
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Titulu qrosmeyster
Mükafatları SSRİ əməkdar idman ustası

Vladimir Makoqonov (rus. Влади́мир Андре́евич Макого́нов; 27 avqust 1904, Naxçıvan - 2 yanvar 1987, Bakı) — sovet şahmatçısı, beynəlxalq usta (1950), beynəlxalq dərəcəli qrosmeyster (1987), 1947-1952-ci illər arası beş dəfə Azərbaycan çempionu.

Maqonov Naxçıvanda doğulsada daha çox Bakıda yaşayıb. SSRİ-dən xaricdə çox tanınmasada ölkəsində nüfuzlu oyuncu və məşqiçi idi. Şahmatölçən sisteminin 1945-ci ilin oktyabrında hesablamalarına görə 1940-cı ildə 2735 reytinlə dünyanın ən güclü oyuncusu idi və 1945-ci ilin iyulunda dünya reytinqində beşinci yerdə qərarlaşmışdı.

Maqonov Vasili Smıslovu 1957-ci ildə keçirilən Şahmat üzrə Dünya Çempionatına hazırlaşdırmışdı. Çempionatda Smıslov Mixail Botvinnikə qarşı oynayırdı. Smıslovdan başqa Vladimir Bağırovun, Henrix Çepukaytisin və Botvinnikin tövsiyəsi ilə Harri Kasparovun ilk məşqiçisi olub.

Qardaşı Mixail Makoqonov (1900-1947) şahmat ustası idi. Onlar 1923-cü ildə birinci Bakı Çempionatında birinci yeri bölüşmüdülər.

Lev Landaunun birgə iş təklifini şahmata görə rədd eləməyinə baxmayaraq onunla dostluq edirdi.

Makonov bir oyuncu kimi oyun üslubunun damğasını vurub və bir neçə debütlərə töhfəsini verib: Makonov Variyasiyasi Şah Hind müdafiəsində (1.d4 Af6 2.c4 g6 3.Ac3 Fg7 4.e4 d6 5.h3) və Qrünfeld müdafiəsində (1.d4 Af6 2.c4 g6 3.Ac3 d5 4.Af3 Fg7 5.e3 0-0 6.b4). Makanov həmçinin Queen's Gambit Declined-da Tartakover Sisteminin (Tartakover-Makoqonov-Bondarevskiy Sistem və ya TMB Sistem) inkişafına kömək edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]