Vuvuzela

Vuvuzela — Afrikanın milli musiqi aləti

2009-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş FİFA Konfederasiyalar Kuboku zamanı dəbə düşən 63 sm uzunluğu olan və çox güclü səs çıxaran vuvuzela musiqi aləti rəqib komandanın oyunçularına psixoloji təsir göstərmək üçün istifadəyə buraxılmışdır.

Vuvuzelaların qulaqbatırıcı səsi olduğundan, FİFA Konfederasiyalar Kuboku zamanı onların stadionlara buraxılmaması tələb olunurdu. Lakin məsələyə qarışan FİFA rəsmiləri vuvuzelanın Afrika milli çalğı alətini olduğunu əsas gətirərək, qadağa tətbiq edə bilməyəcəklərinin söyləmişdilər.