Aşağıdakı seriyaya aiddir: |
Antenalar |
---|
Wi-Fi (ing. Wireless Fidelity — "simsiz dəqiqlik") və ya Vayfay[1][2] — Wi-Fi Alliance'ın ticarət markası. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, netbuk, cib kompüteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər.[3]
Kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. IEEE 802.11 standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, cib kompüteri, veb kamera sahibləri Wi-Fi birləşmədən istifadə edə bilərlər.
Simlərdən yalnız iki üsulla qurtulmaq imkanı mövcuddur – məlumatların infraqırmızı şüa və ya radiokanal vasitəsilə ötürülməsi. Əfsus olsun ki, birinci üsul informasiya ötürücüsü ilə qəbuledicinin birbaşa görüntüsü şəraitində "işlədiyi" üçün mobillik təmin olunmur. Bunun üçün də 1990-cı illərin ortalarında yeni texnologiya hazırlanaraq əsasən, ABŞ-nin Silikon vadisində yerləşən iri korporasiya və şirkətlərin lokal şəbəkələrində tətbiq edilməyə başladı.
Mobil abonentlə (adətən bu, simsiz şəbəkə adapterli notbukla təchiz edilmiş şirkət işçisi olurdu) əlaqə şirkətin naqil infrastrukturuna qoşulmuş "qoşulma nöqtələri" vasitəsilə təşkil edilirdi. Bu zaman hər belə "nöqtə"nin təsir radiusunda (on metrlərlə) şəbəkənin vəsaitlərindən eyni zamanda istifadə edən 20-ə qədər abonent işləyirdi.
İlk əvvəl "Wi-Fi" termini əlaqəni ancaq 2,4 HHs diapazonunda təmin edən və IEEE 802.11b standartı ilə işləyən (məlumat ötürülmə sürəti – 11 Mbit/san) texnologiyanın işarələnməsi üçün istifadə olunurdu. Hal-hazırda bu termin digər simsiz lokal şəbəkə texnologiyalarına da şamil olunur. Bu texnologiyaların arasında ən əhəmiyyətliləri IEEE 802.11a və 802.11g standartları ilə müəyyənləşdirilmişdir (ötürülmə sürəti 54 Mbit/san-dək, tezlik diapazonları, müvafiq olaraq – 5 HHs və 2,4 HHs).
Hazırlanmaqda olan perspektiv IEEE 802.16 fəsiləsi (802.16a artıq qəbul edilmişdir) məlumatların 70 Mbit/san-dən artıq sürətlə ötürülməsini təmin edəcəkdir.
Bu texnologiya vasitəsilə əvvəllər 1 Mbit/san təşkil edən maksimal məlumat ötürülməsi sürəti, nəticədə 11 Mbit/san-dək artmışdı. Sürətin artırılmasına paralel olaraq, simsiz əlaqə avadanlıqlarının qiyməti də ucuzlaşırdı. Nəticədə avadanlığın fərdi şəxslər tərəfindən də əldə olunmasına imkan yarandı və 1990-cı illərin sonlarında ABŞ və Avropanın iri şəhərləri əhatə dairəsi zonaları ilə təmin olunmağa başladı. Belə zonalar "hot spot" ("qaynar nöqtə") adlandırılırdı.
"Hot spot"ların kommersiya cəhətdən cəlb ediciliyi tez bir zamanda əksini tapdı və onları aeroportlarda, mehmanxanalarda, restoranlarda və s. yerlərdə təşkil etməyə başladılar. Eyni zamanda "hot spot"un "yad" istifadəçilərin müdaxiləsindən qorunması məqsədilə simsiz şəbəkələrdə trafikin şifrələnməsi texnologiyaları və avtorizə sistemləri meydana çıxdı. Məlumatların belə qorunaraq ötürülməsi texnologiyası WiFi adlandırıldı. Nəticədə simsiz ofis müasir insanların "məkan dəyişmə" tələbatını təmin etməklə mobil oldu və bu da iş adamlarının səfər zamanı Internet-in xidmətlərindən istifadə edərək mehmanxanada şəxsi ofisindəki kimi işləməsi üçün geniş imkanlar yaratdı.
Hal-hazırda Wi-Fi çox sürətlə yüksək texnologiyalı yenilikdən gündəlik həyatın onsuz təsəvvür edilmədiyi bir əşyaya çevrilir. Hələ bu yaxınlaradək notbuklar üçün Wi-Fi antenasını ayrılıqda əldə etmək lazım gəlirdisə, indi bütün yeni modellər artıq quraşdırılmış antenalar ilə komplektləşdirilmiş şəkildə hazırlanır. 802.11 standartlı şəbəkəyə giriş üçün lazım olan qurğular digər mobil qurğular üçün də hazırlanır, məsələn, bütün iri istehsalçılar iki diapazonlu mobil telefon istehsal edir. Analitiklər əmindirlər ki, WiFi texnologiyası ilə bütün hərəkət edən vasitələr təmin ediləcəkdir. Bundan əlavə, söhbət xüsusi olaraq WiFi imkanlarına uyğunlaşdırılmış yeni tip qurğulardan da gedir.[4]
Mənzildə internetin Wi-Fi ilə paylanmasına bir neçə amil təsir edir: elektron cihazlar, maneələr, router və s. Məhz buna görə tövsiyə edilir ki, personal kompüter və ya televizor kimi stasionar avadanlıqlar internetə Wi-Fi vasitəsi ilə deyil, birbaşa kabellə qoşulsun. Wi-Fi-la qoşulduğunuz zaman isə internet siqnalının bərabər paylanması məqsədi ilə Wi-Fi routeri mənzilin mərkəz hissəsində quraşdırmağınızı məsləhət görülür. Wi-Fi-ın keçirmə qabiliyyəti aşağı olması səbəbindən, böyük faylları ötürdüyünüz zaman ləngimələrə səbəb ola bilər.