"Wizz Air (Vizeyr)" | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | Sentyabr 2003 | |||
Fəaliyyətə başlayıb | 19 May 2004 | |||
Mərkəz hava limanı | List Ferenç (Ferihec) | |||
Donanma ölçüsü | 220 (2024) | |||
Təyinat məntəqələri | 200 (iyun 2024) | |||
Qərargahı | Budapeşt Macarıstan | |||
Rəhbər | Yojef Varadi | |||
Gəlir |
|
|||
Xalis mənfəət |
|
|||
İşçi sayı |
|
|||
Saytı | wizzair.com | |||
Vikianbarda əlaqəli mediafayllar |
Vizeyr (Wizz Air) Macarıstan Hava Yolları MMC (mac. Wizz Air Hungary Légiközlekedési Kft.) — Macarıstanın ucuzqiymətli hava yolları şirkətidir. Əsas qərargahı Budapeştdə List Ferenç Hava Limanında yerləşir. Hava yolları Avropa və Orta Şərqdə daha çox ikinci hava limanlarına üstünlük verir. Macarıstan hava yolları şirkətlərinin içində ən çox donanmaya sahib olan hava yollarıdır.
Hava yolları 2003-cü ilin Sentyabrında qurulmuşdur. Amerikan şirkəti olan İndigo Partners bu şirkətin ilk sərmayədarı olmuşdur[3].
İlk uçuş 19 May 2004-cü ildə Katovitsadan yerinə yetirilmişdir. İlk 3 ay yarım vaxt ərzində 250 000, ilin sonunda isə 1.4 milyon sərnişin daşımışdır.
Hava yollarının hazırkı başçısı keçmiş Malev Hava Yollarının başçısı Yojef Varadidir. Hava Yolları Budapeştdə qeydiyyatdan keçərək,[4]Polşada və Bolqarıstanda filiallarını açmışdır.
2011-ci ilin statistikasına əsasən, Wizz Air 11 milyon sərnişin daşımışdır. Son illərdə Wizz Air Çexiya, Bolqarıstan, Makedoniya, Rumıniya, Litva və Serbiyada yeni qərargahlar açmağa başlayır. Polşa hal-hazırda hava yolları üçün ən gəlirli məntəqə olaraq qalır.[5]
Maliyyətin az başa gəlməsi üçün hava yolları ikinci hava limanlarına üstünlük verir.
Wizz Air Katovitsadan London Qatvikə 2008-ci ildə birbaşa uçuşlar açdı.[8]. Qış aylarında Varşavadan Milan Berqamo və Qrenobl şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir. 2008-ci ilin Yanvar ayından Qdanskdan Burnemut, Koventri və Göteborqa birbaşa uçuşlar həyata keçirilir.
Həmin ilin yayında Katovitsa və Budapeştdən Gironaya uçuşlar başladı. Budapeştdən həm də İrakliona, Korfuya, Burqasa və Varnaya səyahət etmək mümkündür.
Rumıniyaya uçuş sayılarını genişləndirərək, Wizz Air-in əhatə dairəsi dahada böyüdü[9]. 15 Fevral 2009 tarixindən etibarən Timişoaradan, həmin ilin Martında Buxarestdən, May ayında isə Kluj-Napokadan uçuşlar başladı.
2012-ci ilin Fevral ayında Wizz Air, Debrecen Hava Limanından uçuşlara başlayacağını elan etdi[10].
2013-cü ildə hava yolları şərq ölkələrinə doğru genişlənməyə başladı. Tel Əvivə və Dubaya reyslərinin açılmasından sonra, Wizz Air Bakıyada birbaşa uçuşların təşkil olunacağını açıqladı. Hal hazırda hər iki istiqamətə uçuşlar vardır. İlk uçuş tarixi 2013-cü ilin İyun ayının 17-nə oldu.[11].
Müştəri fikirlərinə görə Wizz Air 2 ulduzlu hava yolları sayılır. Əsasən Ryanair ilə müqayisə olunur[12][13].
Təyyarə içində olarkən müştərilərə Wizz Kafe adlı xidmət təklif olunur. Bu xidmət vasitəsi ilə müştərilər içki və yemək ala bilərlər. Bundan əlavə təyyarədə Wizz Butik sərnişinlərə xidmət göstərir. Hər iki xidmət üçün əsas pul vahidi Avrodur. Uçuş məntəqəsindən asılı olaraq, həmin ölkənin pul vahididə qəbul olunur. Wizz Air uçuşları həmçinin EuroCard, MasterCard və Visa kredit və debit kartlarını qəbul edir.[14]
2012-ci ildə Wizz Air yeni baqaj siyasəti işə saldı. Bu siyasət sərnişinlərin kabinə balaca çanta gətirmələrinə icazə olacaq. 42x32x25sm ölçülü baqajlar içəri pulsuz buraxılacaqdır. Lakin 56x45x25sm ölçülü baqajlarda qiymət €10-€30 arasında dəyişir[15]. Böyük baqajlara isə €50 verilməlidir.
Wizz Air-in təyyarə parkı aşağıdakı kimidir:[16]
Təyarənin növü | İstifadədə | Sifariş edilib | Əlavə | Sərnişin tutumu | |
Y | Ümumi | ||||
Airbus A320ceo | 52 | 0 | 180 | 180 | |
Airbus A320neo | 6 | 0 | 186 | 186 | |
Airbus A321ceo | 35 | 0 | HA-LTD "100th Airbus" | 230 | 230 |
Airbus A321neo | 47 | 10 | 239 | 239 | |
Airbus A330-200F | 1 | 0 | - | cargo | |
Ümumi | 141 | 10 |
---|