Xəlifə Həftar | |
---|---|
ərəb. خليفة بلقاسم حفتر | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1943[1] (81 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Liviya – ABŞ |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Ərəb Sosialist Birliyi (Liviya) (1971-77) Liviya Milli Qurtuluş Cəbhəsi (1981-1987) Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi (1977-1987) Liviya (2011-dən etibarən) |
Qoşun növü |
Liviya Quru Qoşunları Liviya Milli Ordusu |
Xidmət illəri | 1966 - 1987; 2011 - hal-hazırda |
Rütbəsi | Feldmarşal |
Vəzifəsi | Liviya Milli Ordusunun Ali Baş Komandanı |
Döyüşlər |
Ərəb-İsrail müharibələri *Yom Kippur müharibəsi Çad-Liviya qarşıdurması 1-ci Liviya vətəndaş müharibəsi *Əcdəbiyyə döyüşü *Üçüncü Əl-Burəykə döyüşü 2-ci Liviya vətəndaş müharibəsi *2019–20 Qərbi Liviyaya hücum |
Təltifləri | M. V. Frunze adına Hərbi Akademiyanın Qırmızı diplomu |
Vikianbarda əlaqəli mediafayllar |
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر; 7 noyabr 1943[1], Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal.
Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb.[2] 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib.[3]
Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib. Bu səbəbdən Haftar təxminən 20 il həbsdə qalır. Nəhayət 1990-cı ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CİA - Central Intelligence Agency) həbsdə onunla görüşməyə başlayıb. Bir neçə gün sonra general həbsdən çıxarılır və ABŞ-yə gedib.[4]
2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayandan sonra vətəninə qayıdan Xəlifə, burada silahlı qüvvə toplayaraq söz sahibi olub. 2014-cü ildə Liviya televiziyalarında çıxış edərək ölkəni xilas etmək planlarını açıqlayıb.[5]
BMT tərəfindən legitimliyi tanınan Tripoli hökumətinə qarşı döyüşən general Xəlifə Haftar rəhbərlik etdiyi Liviya Milli Ordusu, Müəmmar Qəddafi rejiminə qarşı döyüşmüş üsyançılardan və xeyli sayda sudanlı muzdlu əsgərlərdən ibarətdir.[6]
2021-ci ilin noyabrında Xəlifə Haftar 2021-ci ilin dekabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqladı.[7]