X Kristian | |
---|---|
dan. Christian 10. | |
14 may 1912 – 20 aprel 1947 | |
Əvvəlki | VIII Fridrix |
Sonrakı | IX Fridrix |
1 dekabr 1918 – 17 iyun 1944 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1870[1][2][…] |
Vəfat tarixi | 20 aprel 1947[1][2][…] (76 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | monarx, zabit |
Atası | VIII Frederik |
Uşaqları | |
Dini | lüteranlıq |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
X Kristian (tam adı: Kristian Karl Frederik Albert Aleksandr Vilhelm; 26 sentyabr 1870[1][2][…] – 20 aprel 1947[1][2][…], Amalienborq[d], Kopenhagen, Danimarka) — 1912-1947-ci illərdə Danimarka kralı, həmçinin 1918-1944-cü ildə ilk və tək İslandiya kralı olan şəxs.
1870-ci ildə, Danimarka kralı VIII Frederik və İsveç şahzadəsi Luiza Evgeniyanın ailəsində doğulmuşdu. Ana tərəfdən babası XV Karl idi. Doğulanda atası hələ vəliəhd şahzadə idi və qardaşlarının ən böyüyü idi. 1889-cu ildə imtahan verərək gimnaziyaya daxil olmuş ilk Danimarka kralı olmuşdur.
26 aprel 1898-ci ildə Meklenburq-Şverin hersoqu III Fridrix Fransın qızı Aleksandrina ilə Kann şəhərində evlənmişdir. İki övladı olmuşdur:
1905-ci ildə Norveç müstəqilliyini elan edəndə, Kristianın kiçik qardaşı Haakon, VII Haakon adı ilə Norveç kralı elan olundu. 29 yanvar 1906-cı ildə kral IX Kristianın ölümündən sonra atası VIII Frederik taxta çıxdı və Kristian vəliəhd təyin olundu.
14 may 1912-ci ildə atasının Hamburqda qəfil ölümündən sonra X Kristian adı ilə taxta çıxdı.
1920-ci ildə Versal sülh müqaviləsinin şərtlərinə görə Şlezviq vilayətində referendum keçirildi və referendum nəticəsində Şimali Şlezviq Danimarkaya, Mərkəzi və Cənubi Şlezviq isə Almaniyaya birləşdi. Lakin millətçilər, Mərkəzi Şlezviqdəki Flensburq şəhərinin Danimarkada qalmasını tələb etdilər. Kral bu tələbi qəbul etdi və baş nazir Karl Teodor Zaleyə bu barədə göstəriş verdi. Lakin baş nazir Danimarkanın konstitusiyalı monarxiya olduğunu xatırladıb bu göstərişdən imtina etdi. Kral hökuməti istefaya göndərdi və öz hökumət üzvlərini yerləşdirdi. Lakin bu hərəkət Danimarkada etirazlara səbəb olduqdan sonra kral öz hökumətini də buraxdı. Məhz bu hərəkətdən sonra Danimarka kralının siyasi nüfuzu bitdi və bir daha parlamentin sözündən çıxa bilmədi.
9 aprel 1940-cı il, səhər saat 4 radələrində Danimarka Almaniya tərəfindən sürətlə işğal olunmağa başladı.[3] Kral təslim oldu və Danimarkanın özünüidarə hüququ saxlanılması ilə birlikdə Danimarka Almaniya tərəfindən müharibənin sonunacan işğalda saxlanıldı. Qardaşı VII Haakon və digər Avropa krallarından fərqli olaraq o sürgünə getmədi və öz ölkəsində qaldı. 13 oktyabr 1942-ci ildə atından yıxılandan sonra dövlət işlərindən tamamilə çəkilən Kristian ölümünəcən passiv həyat tərzi sürdü.
1947-ci ildə Kopenhagendə, Amalienborq sarayında vəfat etdi.
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} - 849-cu Bant ordeni
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} - Qüdrətli Hamam ordeni
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} - Kraliyyət Viktoriya ordeni[4]
X Kristian Oldenburqlar sülaləsinin kiçik qolu Doğum: 26 sentyabr 1870 Vəfat: 20 aprel 1947
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Vakant Titulun əvvəlki son sahibi VIII Frederik
|
{{{titul}}} 14 may 1912 – 20 aprel 1947 |
Xələfləri IX Frederik |