Xermeslər

Xermeslər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Xermeslər
Beynəlxalq elmi adı

Xermeslər (lat. Adelgidae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Kiçik mənənələrdir. Bığcıqlar müxtəlif saylı buğumlara malikdir. Qanadsızlar və sürfələr 3 buğumlu olub 2 rinariya, qanadlılar isə 5 buğumlu olub 3-4 rinariya malikdir. Qanadlıların bədəni geniş ovalformalı, qonur rəngdədir. Bığcıqlar 5 buğumlu olub, 3 ədəd böyük olmayan rinariya malikdir. Qarın terqiti üzərindəki vəzlər iri sahələrdə yerləəşir və onların kənar üstlüyü tamamilə olmur. Bədənin uzunluğu 1,60-1,65 mm-dir. Eni isə 0.70-0.80 mm-dir. Ön qanadlarda 3, arxadakında isə bir əyri damar vardır. Qarın hissədə 5-6 cüt miqdarında nəfəsgah yerləşir. Yumurtaqoyan bikri dişilər qısa, konusvari, üç qatlı yumurta borusuna malikdir. Normal dişilər və erkəklər sürfəşəkilli olubxortuma malikdir. Normal dişilərin bığcığı 4 buğumludur.[2]

Mənənələr çam ağacı üzərində düz olan fır əmələ gətirir. Sentyabr ayında AMEA Botanika bağında çam ağacı üzərində sürfələrə də rast gəlinmişdir. Xermeslər adətən ikiillik və yaxud tam olmayan həyat tərzinə malikdir. İl müddətində 2-3 nəsil verməklə iynəyarpaqlı bitkilərlə əlaqədardır. Əsasən bir. Bəzən də iki yaçlı sürfələr qışlayır. Azərbaycanda xermeslərin 1-ci cinsə mənsub olan 1 növü yaşayır. Cins: Pineus Shimer, 1869. Bu cinsin mənənələri çam bitkisi üzərində yaşayır, çam ağacı üzərinə köçür və burada tam olmayan həyat tərz keçirməklə yaşayırlar.

Dünyada 14,Qərbi Avropa, Şimali Afrika, Yaponiya Avstraliya, Yeni Zellandiyada, Azərbaycanda yayılmışdır. Azərbaycanda isə 1 növü Pineus pini L. (Macg.), 1819 – Çam mənənəsi yüksək dağ zonasında Qəbələ rayonu müşahidə edilmişdir.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. N.C.Vəzirov. Azərbaycanın mənənələri Homoptera, Aphidinea, Bakı: Elm, -1995, -520 səh.
  3. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • N.C.Vəzirov. Azərbaycanın mənənələri Homoptera, Aphidinea, Bakı: Elm, -1995, -520 səh.
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004