Ximerkimilər

Ximerkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Dəstə:
Ximerkimilər
Beynəlxalq elmi adı

Ximerkimilər (lat. Chimaeriformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi. Dəstəyə 50-yə yaxın müasin növ daxildir. Əksər nümayəndələri 500 m-dən çox dərinliklərdə yaşayırlar.

Az saylı olan bu balıqlar dib həyatı keçirir. Bədən forması oxlovvarı olduğundan köpəkbalığına nisbətən oxşasalar da, visseral kəllənin ox kəlləyə birləşməsinə (autostil, yəni üst çənə ox kəllə tərkibinə keçib), dəri qəlsəmə qapaqlarının olmasına, anus və cinsiyyət dəliklərinin müstəqilliyinə, dişlərin plastinka formasına. xordanın daha yaxşı inkişaf etməsinə görə onlardan fərqlənir.

Bunlarla yanaşı bu balıqlarda akulalarda itib getmiş bəzi primitiv əlamətlər də qalıb. Belə əlamətlərdən başlanğıc halda olan fəqərə cisimciklərini, quyruq üzgəcinin körpələrdə protoserkal, yaşlılarda heteroserkal olmasını qeyd etmək olar.

Bu balıqların bəzilərinin mədəsi kiçikdir, yan xətt orqanı yaxşı inkişaf edib, əsl dəniz, həm də dərinlik balıqlarıdır, əsasən bir min metrdən dərində yaşayır, vətəgə əhəmiyyətli yoxdur. Başlıca olaraq dib onurğasızları ilə qidalanırlar. Tipik nümayəndələri Avropa ximeri və ya dəniz pişiyidir (lat. Chimaera minstrose). Onun uzunluğu bir metrə qədər çatır.