Xorxe Morel | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||
Tam adı | Xorxe Emmanuel Morel Barrios | ||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||
Doğum yeri | Asunsyon, Paraqvay | ||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||
Boyu | 180 | ||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||
Klub |
![]() |
||||||||||||||||||
Nömrəsi | 6 | ||||||||||||||||||
Karyerası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
|||||||||||||||||||
![]() |
Xorxe Emmanuel Morel Barrios (isp. Jorge Emanuel Morel Barrios; 22 yanvar 1998, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusu.
Morel peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 15 fevral 2016-cı ildə Paraqvay Premyer Liqasında Sportivo Lukeno klubuna qarşı oyunda etmişdir.[1] 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur.
2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Morel Venesuela, Peru[2], Argentina[3], Ekvador[4] və iki dəfə Kolumbiya[5][6] və Braziliya[7][8] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Braziliya millisinə qarşı oyunda Morel bir qolla yadda qalmışdır.
2015-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Morel Suriya[9] və Fransa[10] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Suriya millisinə qarşı oyunda Morel bir qolla yadda qalmışdır.
2017-ci ildə Morel Paraqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Morel Kolumbiya[11], Çili, Braziliya[12] və Ekvador[13] milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.