Xosrov Cahanbani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Cenevrə İsveçrə |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Dəfn yeri | Cenevrə |
Vətəndaşlığı | İsveçrə |
Həyat yoldaşı | Şahnaz Pəhləvi |
Uşaqları |
Keyxosrov Cahanbani Fevziyyə Cahanbani |
Atası | Əmənulla mirzə Qacar |
Anası | Helen Kasminskaya |
İxtisası | Rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Xosrov Cahanbani (27.2.1941 Tehran - 16.4.2014 Cenevrə) — İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbaninin oğlu, Məhəmməd Rza Pəhləvinin qızı Şahnaz Pəhləvinin ikinci həyat yoldaşı, rəssam.[1]
Xosrov Cahanbani 27 fevral 1941-ci ildə Tehran şəhərində anadan olub. Onun atası İranın müdafiə naziri olmuş Qacar şahzadəsi Əmənulla Cahanbanidir. Kaliforniya Dövlət Universiteti Sakramentoda və Miçiqan Universitetində təhsil alıb. 1971-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin böyük qızı şahzadə Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Onlar nikahlarını İranın Parisdəki səfirliyində rəsmiləşdirmişdilər. Deyilənə görə Məhəmməd Rza Pəhləvi bu nikahı dəstəkləmirdi.[2] İran İslam İnqilabından sonra Xosrov Cahanbani İranı tərk edir və İsveçrəyə köçür. 16 aprel 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.[1][3]
Atası Qacar şahzadəsi Əmənulla Cahanbani İranın müdafiə naziri olub. Onun ulu babası Fətəli şah Qacardır.[4] Anası Yelena Kasminskaya isə Petroqrad şəhərinin zadəgan rus ailəsindən idi.[5] Böyük qardaşı Nadir Cahanbani İran Hərbi aviasiyasının rəisi olmuş lakin 1979-cu ildə İran İslam İnqilabından sonra güllələnmişdir.[6] İran şahı Məhəmməd Rza Pəhləvi və Fövziyə bint Fuad qızı olan Pəhləvi şahzadəsi Şahnaz Pəhləvi ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 1971-ci ildə Keyxosrov adlı oğlu və 1973-cü ildə Fövziyyə adlı qızı dünyaya gəlib.[3][3]