Xoy

Xoy
خوی
38°33′01″ şm. e. 44°57′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.143 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 198.845 nəf. (2016)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 461
Digər
khoy.ir
Xəritəni göstər/gizlə
Xoy xəritədə
Xoy
Xoy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.[4]

2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir.[5][6]

Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur. Böyük Səlcuqlu hakimiyyəti zamanı Alparslanın Rum ordusunun gəlişini Xoyda xəbər aldığı tarixi mənbələrdən məlumdur. Anadolunun alınmasında da Xoydan bir istehkam kimi istifadə olunmuşdur. Şah İsmayıl ilə Yavuz Sultan Səlim arasındakı Çaldıran döyüşü Xoy yaxınlığında baş vermişdir (1514). İran-Osmanlı müharibələri zamanı şəhər bir neçə dəfə Osmanlı İmperiyasının əlinə keçmişdir. Sonda yenə də İran sərhədləri içinə qatılmışdır. Xoyun adı müxtəlif xalq dastanlarında və rəvayətlərində də çəkilir.

Xoy adına ilk dəfə 844-cü ildə İbn Xordadbehin "Məsalik və məmaliki" adlı əsərində rast gəlinir. O vaxtdan şəhərin adı heç bir dəyişikliyə məruz qalmamışdır.

Adın mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Ərəb mənbələrinə görə "Hovayy" adı "geniş vadi" mənasını verən "Havv" adıyla eyni kökdəndir və şəhərin adının kökü bu sözdəndir.

İranlı tarixçi Məhəmməd Əmin Riyahi isə Xoy adının 2700 il əvvəl Xoy yaxınlarında qurulan Urartu şəhəri Ulhu və ona bağlı Sardorihort (Sardorixort) qalasının adından alındığı ehtimalını irəli sürür.

Xoy erməni qaynaqlarında "səs", Pəhləvi dilində "duz" və "tər" mənasını verən Xoy və Hey sözləri ilə qeyd olunur.

Azərbaycan mənbələrində şəhərin adının "qoyun" sözünün transformasiya olunmuş variantı olduğu bildirilir.

1724-cü ildə Xoy şəhəri, Heşd, Rabat, Şivane, Gülli, Dere, Bayındır Beg, Sekudlı, Kadı, Timargân-Çukur-Nohud, Kabad, Avehce, Kilise ve Arami-i Kebirli isimli 13 məhəlləyə ayrılmışdır.[7]

Məşhur xoylular

[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. GeoNames (ing.). 2005.
  3. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  4. "فرمانداری ویژه شهرستان خوی > منوی عمودی > معرفی شهرستان". 2012-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-13.
  5. Population according to statistical center of Iran Arxivləşdirilib 2014-07-03 at the Wayback Machine in Persian
  6. "GeoHive: Global Statistics". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-16.
  7. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  8. "Rumi Remembered in Birthplace of Shams". 7 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]