Yager Development | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | videooyun sənayesi[d] |
Təsis tarixi | 1999 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 145[1] |
Ana şirkət | Tencent (2021–hal-hazırda) |
Rəhbərlik | |
Təsisçilər |
|
Rəhbərlik | Timo Ulmann (icraçı direktor) |
yager.de |
Yager Development GmbH — mərkəzi Berlində yerləşən Almaniya videooyun istehsalçısı .
Yager 1999-cu ildə Uve Beneke, Roman Qolka, Filipp Şellbax, Timo Ulmann və Matias Vize tərəfindən təsis edilmişdir.[2][3] Onlar ən yaxşı "Yager" (2003) və "Spec Ops: The Line" (2012) videooyunlarının istehsalçısı kimi tanınırlar. Studiya həmçinin "Deep Silver" ilə qismən "Dead Island 2"nin istehsalı üzərində iştirak etmişdir. Oyunun istehsal prosesinin üçüncü ilində studiya ilə şirkət arasında əməkdaşlıq dayandırılmışdır.[4]
Şirkət 2020-ci ilin fevral ayında "Tencent Holdings"dən sərmayə almış və "Tencent"ə səhmlərinin kiçik bir hissəsini vermişdir. "Yager"in məlumatına görə, "Tencent"in qoyduğu sərmayə onların hazırkı və gələcək oyunlarının inkişafına və yayımına kömək etmək məqsədi daşıyırdı.[5] "Tencent" 2021-ci ilin iyun ayında əksər səhmləri əldə etmiş və "Yager"dəki payını artırmışdır.[6]