Yakob Vant-Hoff

Yakob Vant-Hoff
nid. Jacobus van 't Hoff
Doğum tarixi 30 avqust 1852(1852-08-30)[1][2][…] və ya 1852
Doğum yeri
Vəfat tarixi 1 mart 1911(1911-03-01)[1][2][…]
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Dalem qəbiristanlığı[d][7]
Elm sahələri fiziki kimya, üzvi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Pour le Mérite Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yakob Henrik vant Hoff (nid. Jacobus Henricus van 't Hoff; 30 avqust 1852[1][2][…] və ya 1852, Rotterdam, Cənubi Hollandiya[5][6]1 mart 1911[1][2][…], Berlin[6]) — Kimya üzrə Nobel mükafatı almış holland kimyaçı. Kimya üzrə Nobel mükafatının ilk laureatı.

1852-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. O fəlsəfə, poeziyariyaziyyat elmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır.

Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.

Bu illərdə pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işlərini də davam etdirmişdir. 1887-ci il də o, Vilhelm Ostvaldla birgə "Fiziki kimya jurnalı" adlı mətbu orqanı yaratmışdır. Bir qədər sonra isə alim Amsterdamdakı pedaqoji və inzibati fəaliyyətinin elmi-tədqiqat işlərinə mane olduğunu anlayaraq, Berlin Universitetinin fiziki kimya professoru vəzifəsi ilə bağlı təklifi qəbul etmiş və alim 1896-cı ildən etibarən Berlin Universitetində çalışmışdır.

Burada fiziki kimyanın istehsalata tətbiqi ilə məşğul olmuş və bu məqsədlə Stasfurt şəhəri ətrafındakı okean duzu yataqlarını tədqiq etmişdir. Həmin yataqlar I Dünya Müharibəsinədək bütün Almaniyanın şüşə, keramika, yuyucu vasitələr, sabun və gübrə istehsalının kalium ehtiyacını, demək olar ki, tamamilə təmin etmişdir.

Vant-Qoff biokimyanın bəzi sahələrinin, məsələn, canlı orqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan kimyəvi proseslərdə katalizator rolunu oynayan fermentlərin tədqiqatı ilə də məşğul olmuşdur.

Nobel mükafatına doğru

[redaktə | mənbəni redaktə et]

1901-ci ildə onun elmi fəaliyyətini əsas götürən Nobel Komitəsi, Vant-Qoffu kimya sahəsi üzrə ilk laureat elan etmişdir. Diplomda onun mükafat almasının səbəbi kimi kəşf etdiyi kimyəvi dinamika (Kimyəvi dinamika kimyəvi reaksiyaların hazırlanmasında, aparılmasında, sürətində, tarazlığında və onun dəyişdirilməsində, elektrolitik dissosiasiyada, kənar təsirlərin rolunu öyrənən elmdir. Bu proseslərin hər biri müəyyən həcmdə və təzyiq altında baş verir. Fiziki kimya elminin xüsusi bir sahəsi "termodinamikanın əsasları" adlanır. Yuxarıda sadalanan kimyəvi sahələrin hər biri kimyəvi termodinamikanın qanunlarına əsaslanır) və mayelərdə osmotik təzyiq (osmotik daxildən xaricə olan təzyiq deməkdir, yəni məsələn bitkinin kökü bu təzyiq vasitəsilə torpaqdan suyu özünə çəkir) qanunlarının əhəmiyyətli olması əsas göstərilmişdir. Vant-Qoffa mükafatı İsveç Kral Elmlər Akademiyası adından təqdim edən Odner onu stereokimyanın banisi və kimyəvi dinamika elmi üzrə işlər görənlərdən biri adlandırmış, həmçinin alimin tədqiqatlarının fiziki kimya elmi üçün son dərəcə vacib nəticələr verdiyini vurğulamışdır.

Vant-Qoff Nobel mükafatından əlavə, 1893-cü ildə London Kral cəmiyyətinin "Devi" medalı, 1911-ci ildə Prussiya Elmlər Akademiyasının "Helmhols" medalı ilə təltif edilmişdir. O, Niderlandın Kral, Amerikanın Milli, FransaPrussiyanın isə Elmlər Akademiyalarının, Britaniya və Amerika Kimya Cəmiyyətlərinin üzvü, Çikaqo, Harvard və Yell Universitetlərinin fəxri doktoru adlarına layiq görülmüşdür.

Fəlsəfə və poeziyaya da ciddi maraq göstərən Vant-Qoff 1911-ci il martın 1-də Berlində vərəm xəstəliyindən vəfat etmişdir.