Yan Palax | |
---|---|
çex. Jan Palach | |
Doğum tarixi | |
Doğum yeri | Praqa, Çexoslovakiya |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Praqa, Çexoslovakiya Sosialist Respublikası |
Vəfat səbəbi | özünü yandırma |
Dəfn yeri | |
Dəfn tarixi | 25 yanvar 1969[2] |
Milliyyəti | çex |
Fəaliyyəti | tələbə |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yan Palax (çex. Jan Palach; 11 avqust 1948, Praqa — 19 yanvar 1969, oradaca) — Praqa şəhərinin Karlov Universitetinin fəlsəfə fakültəsinin tələbəsi. SSRİ və Varşava Müqaviləsi Təşkilatınin qoşunlarının Çexoslovakiyanı işğal etməsinə etiraz olaraq 16 yanvar 1969-cu ildə Vaclav meydanında özünü yandırmışdır.[3]
1991-ci ildə Palax ölümündən sonra Çexiyada demokratiya, humanizm və insan hüquqlarının inkişafında töhfələrə görə verilən birinci dərəcəli Tomaş Qarrik Masarik ordeni ilə təltif olunmuşdur.
Yan Palax 1948-ci ildə Praqada anadan olmuşdur, uşaqlığı Orta Çexiya diyarının Melnik rayonunda keçmişdir. Melnik şəhərində gimnaziyanı bitirmişdir. 1966-cı ildə Karlov Universitetinin fəlsəfə fakültəsinə qəbu olmağa çalışırdı və imtahanı uğurlu versə də, sosial mənşə səbəbindən qəbul olunmamışdır. Həmin ildə Praqa İqtisad Universitetinə daxil oldu. 1968-ci ildə Palax fəlsəfə fakültəsi girmək üçün yenə cəhd göstərdi, və bu dəfə onu qəbul etdilər. 1968-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələr Çexoslavakiyaya qoşun yeritdikdən sonra, Yan Palax işğala qarşı etiraz aksiyalarının çoxunda iştirak etmişdir. Aksiyaların heç biri effekt vermədiyini görən Yan daha radikal variantlar barədə düşünməyə başladı.[4]
1968-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatının üzv ölkələri "Praqa baharı" kimi məşhurlaşan islahatların dayandırılması məqsədilə Çexoslavakiyaya qoşun yeritdilər. Aleksandr Dubçekin hökuməti zorla ləğv olunmuşdur və onun səlahiyyətləri işğalçı dövlətlərin şəxslərinə verilmişdir. İslahatların tərəfdarlarını həbs edirdilər və işdən çıxardırdılar. Senzura daha da sərtləşməyə başladı.
16 yanvar 1969-cu ildə Yan Palax ölkəsin işğal edildiyinə dözməyərək, Praqanın Vaclav meydanında özünü yandırmışdır. Palaxın portfelində onun hərəkətini izah edən məktublar tapılmışdır, həmçinin orda Çexoslavakiyanın işlərinə edilən xarici hərbi müdaxiləyə qarşı bu cür etiraz etmək istəyən gənclərdən ibarət təşkilatın mövcud olması da qeyd olunmuşdur.[5]
Bədəninin 85% ikinci və üçüncü dərəcəli yanıqlar almışdır, Karlov universitetin klinikasına yerləşdirildi və 3 gün sonra orada dünyasını dəyişdı.
Yanvarın 25-də keçirilən Palaxın Olşan qəbiristanlığında dəfni nümayişlərə çevrildi.
Çexoslovakiya hakimiyyəti Yan Palaxın intiharının səbəblərini gizlətməyə çalışırdılar. Yanvarın 20-dən başlayaraq Çexoslovakiyanın mətbuat və informasiya idarəsi yalnız rəsmi olan məlumatların çap edilməsinə göstəriş verdi. Elə həmin vaxt bir çox xarici jurnalistlər ölkədən çıxardıldı.[6]
Çexoslovakiya hakimiyyəti Yan Palaxın intiharının səbəblərini həmçinin təhrif etməyə çalışırdı. Kommunist partiyasından deputat Vilem Novi bəyan etmişdir ki, Palax intihar etmək istəyi yox idi. Guya əvvəlcə hansısa "soyuq alov"un istifadəsi planlaşdırılırdı, lakin sonra Palaxın xəbəri olmadan onu benzinlə əvəz etmişdilər.[7] Palaxın anası da daxil olmaqla beş nəfər şərəf və ləyaqətin təhqirinə görə Vilem Novini məhkəməyə verdi. 1970-ci ildə məhkəmə Vilem Novini günahsız saydı, iddiaçıları isə "sosializmin düşmənləri" adlandırdı.[8]
Rəsmi sovet hakimiyyəti də gəncin xəbəri olmadan təxribat məqsədi ilə istifadə edilməsi versiyasını dəstəkləyirdi.[6]
Palaxın ölümündən sonra 1969-cu ilin aprel ayınadək daha 26 nəfər intihar cəhdi göstərmişdir, o cümlədən 7 nəfər ölmüşdür, bununla onlar sovet intervensiyası və "Praqa baharı"nın susdurulmasına etiraz edirdilər,
1973-cü ilin oktyabrında Palaxın qalıqları Çexoslovakiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Vşetatı şəhərinin qəbiristanlığına köçürülmüşdür, lakin Məxməri inqilabından sonra onlar Olşan qəbirstanlığında yenidən dəfn edilmişdir.