Yanotu yarpaqyeyəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Yanotu yarpaqyeyəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ.
Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir.[1]
Böcəklər və sürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər.
Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir. Azərbaycan şəraitində isə ildə 1 nəsil verdiyi qeyd edilmişdir.[1]
Azərbaycanda bu növə ən çox xam sahələrdə rast gəlmək olur. Ölkənin Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Şirvan, Lənkəran-Astara, Mil-Qarabağ zonalarında, Acınohur-Ceyrançöl düzündə yayılmışdır.