Yanotu yarpaqyeyəni

Yanotu yarpaqyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yanotu yarpaqyeyəni
Beynəlxalq elmi adı

Yanotu yarpaqyeyəni (lat. Galeruca tanaceti) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yanotu yarpaqyeyənin bədəni qaradır. Uzunluğu 6–10 mm-dir.[1]

Böcəklərsürfələr müxtəlif yabanı mürəkkəbçiçəklilər üzərində qidalanır. Məlumatlara əsasən bu böcəklər Abşeronda kələmi, soğanı, Şəmkirdə isə kartofu zədələyir. Turp, xardal, çuğundur, yonca, yulaf və başqa bitkilərə zərər verir. Böcəklər və sürfələr payızgülü bitkisinin də yarpaqlarını yeyirlər.

Azərbaycanın rayonlarında bu böcəkləri mayın ikinci yarısında, onların çıxalmasını isə iyunda və iyulun əvvəllərində müşahidə etmək olar. Yanotu yarpaqyeyənləri ildə 2–3 nəsil verir. Azərbaycan şəraitində isə ildə 1 nəsil verdiyi qeyd edilmişdir.[1]

Azərbaycanda bu növə ən çox xam sahələrdə rast gəlmək olur. Ölkənin Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Şirvan, Lənkəran-Astara, Mil-Qarabağ zonalarında, Acınohur-Ceyrançöl düzündə yayılmışdır.

  1. 1 2 Səfərova İ. M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54–57.
  • Səfərova İ. M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54–57.
  • Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, −388 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]