Yanuş Korçak

Yanuş Korçak
Janusz Korczak
Doğum tarixi
Doğum yeri Varşava, Polşa,
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri
Milliyyəti Polyak
Təhsili
Fəaliyyəti həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti.
Üzvlüyü
pskorczak.org.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[1]

Yanuş Korçak , əslində ''Henrik Qoldşmit,[3] həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti.

Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. "Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi" – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi.

Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk "Qısa xülasə" adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di.

Bütün həyatı boyu iki xalqa da mənsubiyyətini elan edən polyak yəhudisi idi.

Korçak Varşavada polyaklaşdırılmış yəhudi ailəsində anadan olun. Onun atası, hüquqşünas, Yuzef Qoldşmit[3](1844–1896) və anası Sesiliya Qenbitska (1853/4–1920). Yanuş Korçakın əsl doğum haqqında şəhadətnaməsi qalmayıb, buna görə də doğum tarixi dəqiq deyil.

Lyublindan olan Qoldşmitlər ailəsi və Poznanda yaşayan Qenbits ailəsindən yaranmışdır; ulu babası, Maurıtsı Qenbitski və babası Herş Qoldşmit həkim idilər. Yanuş Korçakın atasının, ana tərəfdən babalarının (onun qəbri tapılmayıb) məzarları Varşavada Okopova küçəsində yerləşən yəhudi qəbiristanlığında yerləşir. Qoldşmit ailəsinin əvvəlki yaxşı maddi durumu 90-cı illərin əvvəlində birinci dəfə dəlilik simptomu ilə psixiatriya müalicəxanasına düşən atasının xəstəliyi səbəbindən, ağırlaşmağa başladı. Atası 26 aprel 1896-cı ildə vəfat etdi. Onun ölümündən sonra, Korçak 17–18 yaşlı şagird olaraq, ailəsinə kömək etmək üçün fərdi dərslər verməyə başladı. Onun anası, Sesiliya Qoldşmit onların Varşavadakı mənzilində otaqları vasitəli icarəyə verirdi. Buraxılış imtahanını Korçak iyirmi yaşında verdi.

Uşaqlıqda Korçak çoxlu kitab oxuyurdu. İllər sonra, gettoda yazdığı xatirə dəftərində qeyd elədi: "Kitabları oxumaq dəlicəsinə sevirəm. Gözümə heç nə görsənmir, ancaq kitabı görürəm". 1898-ci ildə Varşavada İmperator Universitetinin Tibb Fakültəsində təhsilə başladı. 1899-cu ilin yay aylarında ilk dəfə xaricə — İsveçrəyə yollandı. Yeri gəlmişkən, orada Johann Heinrich Pestalozzinin pedaqoji fəaliyyəti və yaradıcılığını öyrənirdi. Həmin ilin sonlarında Varşava Xeyriyyə Birliyində fəaliyyətinə görə qısa müddətə həbs olunmuşdur. Birinci kursu təkrar oxuduğuna görə, təhsili altı il təşkil etdi. Onun təhsil aldığı universitetin daimi binası yox idi, mühazirələr hər dəfə ayrı-ayrı yerlərdə oxunurdu. Tələbə olaraq, yoxsul, proletariat və lumpenproletariat məhəllələrində olan həyatı müşahidə edirdi. O, həmçinin, "Le Droit humain" Beynəlxalq Federasiyasının "Dəniz ulduzu" adlı mason birliyinin üzvü idi. Bu Federasiya "dini maneələrlə bir birindən ayrılan bütün insanları barışdırmaq və qarşındakı insana hörmətin qorunub saxlanması" üçün yaranıb.

1905-ci ilin iyirmi üç mart tarixində Korçak həkim diplomunu aldı. Həmin ilin iyun ayında o həkim vəzifəsində çar ordusuna çağırılmışdı (o zaman Polşa işğal altında idi) və rus-yapon müharibəsində iştirak etmişdir. O Harbinada xidmət edirdi. Mancuriyada uşaqlardan çin dilini öyrənirdi. 1906-cı ilin mart ayının sonlarında Korçak Varşavaya döndü. 1905–1912-ci illər arasında Berson və Bauman adına Uşaq Xəstəxanasında pediatr vəzifəsində işləmişdi. Xəstəxananın ərazisində yaşamaq əvəzinə, "yerli həkim" kimi xəstəxanada bütün günü növbədə işləyib öz vəzifələrini fədakarlıqla yerinə yetirirdi. Həkim təcrübəsində şəhərin proletariat hissələrindən çəkinmirdi. Yoxsul xəstələrdən tez-tez simvolik mükafat alırdı və onlara dərman üçün pul verirdi. Lakin varlılardan yüksək qonorarlar tələb etməkdən çəkinmirdi, bu da onun ədəbi məşhurluğunu asanlaşdırırdı. 1907–1910/11-ci illərdə xaricdə təhsilini axıra çatdırırdı. Orada mühazirələrə qulaq asır, uşaq klinikalarında təcrübəsini artırır, tərbiyə və qəyyumluq müəssisələrini ziyarət edirdi. Berlində demək olar ki, bir il yaşayıb (1907–1908), Parisdə — dörd ay (1910), Londonda bir ay olub (1910 və ya 1911). İllər sonra yazdığı kimi, məhz Londonda ailə qurmayacağı və "uşaqlara və onlarla bağlı məsələlərə xidmət edəcəyi" haqqında qərar verdi. O zaman aktiv ictimai fəaliyyət göstərirdi, Varşava Gigiyena Birliyi və Yay Düşərgələri Birliyinin (YDB) üzvü idi. 1904, 1907, 1908-ci illərdə YDB tərəfindən yəhudi və polyak uşaqları üçün təşkil olunan düşərgələrə gedirdi. 1906-cı ildə oxucu və tənqidçilər tərəfindən çox yaxşı qəbul olunan "Salon uşağını" nəşr edir. O zamandan, nəşrlərinə görə əldə etdiyi məşhurluğa görə, Varşavada məşhur və tələb olunan pediatr idi. 1909-cu ildə "Yetimlərə yardım" adlı yəhudi cəmiyyətin üzvü oldu. Bir neçə il sonra, Korçak şəxsi "Uşaq Evini" təsis edib, onun müdiri oldu. I Dünya müharibəsi zamanı yenidən çar ordusuna çağırılmışdır. Əsasən Ukraynada, diviziya lazaretinin ordinatoru kimi xidmət edirdi. 1917-ci ildə həkim işini Kiyev yaxınlığında ukraynalı uşaq evində işləmək üçün geri çağırılmışdı. Iki il bundan əvvəl, Kiyevdə qısamüddətli məzuniyyət zamanı, ictimai və müstəqil xadim, həmçinin polyak oğlanları üçün tərbiyə evinin rəhbəri olan, Mariya Roqovski Falska ilə görüşmüşdür. Rus ordusunda kapitan rütbəsi ilə hərbi xidməti bitəndən sonra, 1918-ci ilin iyun ayında Varşavaya qayıtdı. Polşanın müstəqilliyi qeyd olunandan sonra (11 noyabr 1918-ci il) Korçak tez bir zamanda yenə də orduya düşdü. Bu dəfə isə, dirçələn polyak ordusuna səfərbər olunmuşdur. Polyak-bolşevik müharibəsi zamanı (1919–1921) Lodz və Varşavada hərbi xəstəxanalarda həkim xidmətini yerinə yetirirdi. Özü yatalaq xəstəliyinə tutulmuşdu. Öz işinə görə Polşa Ordusunun mayor rütbəsini almışdır.

Nöqteyi-nəzərlər

[redaktə | mənbəni redaktə et]

Gənc vaxtlarında uşaqların tərbiyəsi ilə bağlı olan məsələlərlə maraqlanırdı, "yeni tərbiyə" ideya və təcrübəsi təsiri altında idi. Həmçinin, o Con Devey tərəfindən işlənilmiş pedaqoji proqressivlik nəzəriyyəsi və Dekroli, Montessori və daha da əvvəlki pedaqoqlar – Pestalozzi, Spenser, Fröbelin işləri ilə ilhamlanmışdır; Tolstoyun pedaqoji konsepsiyasını bilirdi. Uşaqlarla dialoqun vacibliyini qeyd edirdi. Uşaqların tərbiyəsi və pedaqogika mövzusunda mühazirələr oxuyur və nəşr edirdi. Uşaqlarla iş təcrübəsini ilk olaraq repetitor, sonra isə ictimai xadim, sonradan Uşaqlar Evinin müdiri və Bizim Evin şərik yaradıcısı kimi əldə etmişdir. Müharibə arası müddətində ölkənin müxtəlif təhsil ocaqlarında dərs deyirdi, yeri gəlmişkən Dövlət Xüsusi Pedaqogika Institutu (hazırkı Mariya Qjeqojevska adına Xüsusi Pedaqogika Akademiyası), Dövlət Yəhudi Müəllimlər Seminarı və Dövlət Müəllimlər Institutunda. Korçak uşaq emansipasiyasının, onun müqəddəratını təyin etməsinin və onun hüquqlarına hörmətlə yanaşmanın tərəfdarı idi. Korçakın nümayəndəliklərində tərbiyəçilərin özünüidarəsi çərçivəsində Korçakın həm böyük, həm də kiçiklərə qarşı eyni dərəcədə münasibət göstərdiyi demokratiya əsasları təcrübədən keçirilirdi. "Uşaq böyük kimi təsəvvür edir və başa düşür – sadəcə olaraq, böyükdə olan təcrübə onda yoxdur." Uşaqlar üçün və onlar tərəfindən nəşr olunan jurnal, onların forumu, istedadların ocağı və assimilyasiyanın mühüm dayağı idi, əsasən də yəhudi ortodoksal ailələrindən olan uşaqlar üçün. Həkim Korçak ictimaiyyətin aşağı təbəqəsindən olan uşaqların yenidən tərbiyələnməsi, həmçinin kompleks şəkildə və novator himayəsi haqqında danışırdı. Uşağın yeri evdə deyil, onun yeri həmyaşıdları arasında olduğunu daim təkrar edirdi. Uşaqların əvvəlki baxışlarını silmələrini və ictimailəşdirmə prosesinə qoşulmaq, və bu şəkildə böyük həyata hazırlanmaları üçün çalışırdı. Uşaqlar üçün qayğısız –lakin vəzifədən azad olmaq deyil – uşaqlıq dövrünü təmin etmək istəyirdi. Onun fikrincə, uşaq verilmiş vəziyyəti özü başa düşməli və emosional olaraq yaşamalıdır; onu təcrübədən çıxartmalı, nəticə verməlidir. "Onlar uşaq deyil – insandılar" – Korçak yazırdı. Bütün müalicə və ya tərbiyə verdiyi uşaqları şəxsən öz uşağı kimi qəbul edirdi. Onun sonrakı fəaliyyəti bunu təsdiqləyirdi. Onun altruist baxışları bir qrup ən sevdiyi uşaqları ayırmağa və onlara xüsusən yaxşı yanaşmağa imkan verməzdi. Ənənəvi ailəni ictimai əlaqələrin əsas elementi kimi qəbul etmirdi. Onun xristian-konservativ və ənənəvi yəhudi ictimaiyyəti dairəsindəki rolunu təqdir etmirdi.

Korçakın tərbiyə konsepsiyasının ən əsas elementləri: - Zorakılığın olmaması – yaş və ya icra olunan funksiyadan irəli gələn fiziki, verbal zorakılıq - Klassik pedaqogika tərifini genişləndirən, böyüklər və uşaqlar arasında tərbiyədə qarşılıqlı əlaqə ideyası - Uşağın böyük kimi insan olduğu əqidəsi - Tərbiyə prosesində hər uşağın individuallığını nəzərə almaq prinsipi - Uşağın öz ehtiyaclarını, arzular və emosiyalarını daha yaxşı bildiyi inamı. Buna görə də, böyüklər qarşısında fikrini izah etmək hüququ olduğu. - Uşağın hörmət, xəbərsizlik və uğursuzluğa, yalnız qalmağa, şəxsi fikir və mülkiyyətə hüququ olduğunu qəbul etmək. - Uşağın inkişaf prosesini çətin iş kimi qəbul etmək.

Həqiqi qavrayış

[redaktə | mənbəni redaktə et]

Müasir zamandan Yanuş Korçak hər yerdə pedaqoji cərəyanın bəşarətçisi kimi qəbul olunur, onun uşaqların hüquqları haqqında anlayışı isə müasir müəlliflərin çoxu üçün istinad nöqtəsi idi. Korçakın fikrincə: "Dünyanı dəyişdirmək – tərbiyəni dəyişdirmək deməkdir". Korçakın bu mövzuda heç bir sistematik nəzəriyyə yaratmamasına baxmayaraq, o, hazırda "moral təhsil" adlanan (ing. moral education) pedaqoji cərəyanın banilərindən biri kimi qəbul olunur. Onun müasir pedaqoji fikriləri təcrübəyə əsaslanırdı. O, öz dövrünün pedaqoji və psixoloji sahəsini yaxşı bilməsinə baxmayaraq, diktatda doktrinanın əleyhinə idi. Iqor Neverlenin fikrincə, Korçak heç bir siyasi ideologiya və ya təhsil nəzəriyyəsi ilə eyniləşmirdi. Bunların hamısına baxmayaraq, Korçakı bir neçə sahənin bəşarətçisi kimi qeyd edirlər. Kohlbergin fikrincə, onun Ədalətli Uşaqlar Cəmiyyəti (ing. Children Just Community) Korçakın təcrübəsinə əsaslanıb. Inandırılır ki, Korçakla Paulo Freyrenin məktəbdə demokratiya və dialoq nəzəriyyəsində oxşarlıq var. Pedaqoji sevginin (ing. Pedagogical love) tərəfdarları öz nəzəriyyələrini Korçak tərəfindən işlənilmiş müəllim-tələbə münasibətləri modelinə əsaslanırlar. Digər müəlliflər Korçak və Martin Buberdə "dini təhsil" cərəyanın əsaslarını müəyyən etməyə çalışırlar. Korçakın ideyaları əqli cəhətdən əlil uşaqların təhsilində "normallaşdırma ideologiyasında" istifadə olunub. Onun uşaqların tərbiyəsinə yanaşması, müharibədən sonra uşaqlar naminə həyata keçirilən hüquqi təşəbbüslərə təsir göstərirdi. 1959-cu ildən Uşaqlar Hüquqları Deklarasiyasının hazırlanmasında iştirak edən və 1989-cu ildə BMT-nın Ümumi İclasında qəbul olunan "Uşaq Hüquqları Konvensiyasının" yaranmasının təşəbbüsçüsü olan Polşa, bu təşəbbüslərdə də iştirak edirdi.

Uşaqlar Evi və Bizim Ev

[redaktə | mənbəni redaktə et]

Stefania Vilçınska ilə birgə, "Yetim Uşaqlara Yardım" Cəmiyyəti tərəfindən maliyyələşdirilən Varşavada yəhudi uşaqlar üçün, Kroxmalna 92 ünvanında yerləşən (hazırkı Yaktorovska 6 küçəsi) Uşaqlar Evini təsis edib ona rəhbərlik edirdi. 1912-ci ilin 7 oktyabr tarixində Uşaqlar Evi fəaliyyətə başladı, Korçak isə onun müdiri oldu. Baş tərbiyəçi, Stefaniya Vilçınska (1886–1942) – panna/panı Stefa idi. Korçak uşaqlar evinə 30 il ərzində rəhbərlik etdi. 1940-cı ilin oktyabr noyabr aylarının sınığında Uşaqlar Evi Xlodna küçəsindəki gettoya köçürülmüşdü. Köçmə ilə bağlı müdaxilə zamanı, Korçak həbs olunmuşdur. Alman faşistləri onu Pavyakdakı həbsxanada saxlayırdılar, lakin bir neçə həftədən sonra o girov verəndən sonra azadlığa buraxılmışdı. 1919-cu ildən Korçak Mariya Falska ilə birgə, Varşava yaxınlığında Pruşkovda yerləşən, 1928-ci ildən isə paytaxt vilayəti Belanada yerləşən, polyak uşaqları üçün ikinci Bizim Ev adlanan tərbiyə internatını təsis etmişdir. Falska ilə əməkdaşlıq 1936-cı ilə kimi davam edirdi. Bizim Evdə də yenilikçi metodlar tətbiq olunurdu. 7–14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan hər iki nümayəndəlik, seym, məhkəmə, qəzet, növbə sistemini, notariat və borc kassası kimi şəxsi idarələrini yaradan özünüidarə cəmiyyəti konsepsiyasını realizə edirdi. Onun tərbiyə-təhsil fəaliyyətinə görə, qərarı 1925-ci lin 11 noyabr tarixində (Milli Müstəqillik Günü)verilən Korçak Polşanın Dirçəliş orderinin Zabit Xaç Ordeni ilə 1926-cı ildə təltif olunmuşdur.

Yazıçı, publisist, radio mexanik

[redaktə | mənbəni redaktə et]

26 sentyabr 1896-cı ildə "Tikanlar" jurnalında çap olunmuşdur. Gimnaziyanın tələbəsi olduğuna görə mətbuatda rəsmi olaraq çap oluna bilməzdi, məhz buna görə " Hen" psevdonimi ilə, sonra isə Hen-Rik, Hagot, Qoca Həkim təxəllüslərini istifadə edirdi. Yanaş Korçak təxəllüsünü, dəyişilmiş formada Yanuş Korçak, Y. İ. Kraşevskinin "Yanaş Korçak və gözəl qılıncdar xanım haqqında" hekayəsindən götürmüşdü və bu təxəllüs onun öz soyadından daha məşhur olmuşdur. İlk dəfə bu psevdonimlə 1898-ci ildə öz dörd aktlı " Hansı yol ilə?" dramasını imzalayıb və dramaturgiya müsabiqəsinə göndərmişdir. Lakin əsərin əsli itirilib. 1898–1901-ci illərdə o "Hər kəs üçün qiraətxana" jurnalında dərc olunurdu. 1900-cü ildən o Yanuş Korçak kimi çap olunmağa başladı və, hətta, öz şəxsi məktublarını bu təxəllüs ilə imzalayırdı, eyni zamanda başqa təxəllüslərdən də imtina etmirdi. Henrik təxəllüsün altında "Tikanlar" həftəlik satirik jurnalı ilə əməkdaşlıq edirdi. 1901-ci ildən felyetonlar yazmağa başladı. 1905-ci ildə "Koşalki opalki" adlı felyeton toplusu və "Küçə uşaqları" (1901) romanını "Tikanlar" jurnalında dərc edilmişdir. Korçakın ədəbi irsi 24 kitab, həmçinin müxtəlif jurnallarda dərc olunmuş 1400-dən çox mətinlərdən ibarətdir. Lakin onun çoxsaylı əl jurnalı, sənədlər və maşın jurnalı, onların arasında məktubları da qorunublar. Onun ən mühüm pedaqoji işi kimi: dörd hissəli: "Uşağı necə sevmək lazımdır" (1902), " Tərbiyə məqamları " (1924), "Birdə uşaq olsam" (1925), "Uşağın hörmətə hüququ" (1929) i "Zarafatçıl pedaqogika" (1939). Uşaqlar üçün kitablar arasında xüsusi məşhurluğu 20 dilə tərcümə olunan "Kral Maçiuş Birinci" və "Kral Maçiuş əhalisiz adada" (1923), həmçinin "Balaca Cekin müflüslüyü" (1924), "Həyatın qaydaları" (1930) və " Kaytuş sehrbaz" (1935) əldə etmişdilər. Öz ədəbi fəaliyyətinə görə, Korçak 1937-ci ildə Polşa Ədəbiyyat Akademiyasının Qızıl Akademik Dəfnə çələngi ilə mükafatlandırılmışdır. İkinci dünya müharibəsi zamanında, onun yaranma şəraiti və müəllifin müharibə zamanında təcrübə baxımından əhəmiyyətli olan xatirat dəftərini yazmışdır. Öz pedaqoji işlərində Korçak o zaman üçün yeni olan üslublardan istifadə edirdi. Uşaqlar və gənclər üçün "Qısa xülasə" qəzeti yaratmışdır (1926–1939). Qəzet "Bizim xülasə" Varşava həftəlik jurnalına əlavə kimi dərc olunurdu. Qəzetin ilk nömrə 9 oktyabr 1926-cı ildə dərc olunmuşdur və bu Polşada uşaqlar üçün yaranan ilk jurnal idi. 1930-cu ildən onun redaktoru və Korçakın katibi kimi fəaliyyət göstərən, müharibədən sonra İgor Norvel kimi tanınan, yazıçı Yejı Abramov idi. Bu jurnal, 30-cu illərdə antisemitizm, qeyri tolerantlıq və irqi seqreqasiyaya baxmayaraq fəaliyyət göstərirdi. Sonuncu nömrə 1 sentyabr 1939-cu ildə dərc olunmuşdur. Qoca Həkim kimi görkəmli pedaqoq radio efirlərində də çıxış edirdi. O, özünə məxsus tərzdə kiçik dinləyicilərə müraciət üslubunu yaratmışdır və çox sadə bir formada ciddi mövzulara toxunurdu. Yüksələn antisemitizm əhval-ruhiyyəsi və onunla bağlı xaricdən olan təzyiq səbəbindən, 1936-cı ildə həkimin pedaqoji proqramları efirdən çıxarılmışdırlar. Korçak radio verilişlərinə iki il sonra qayıtmışdır, Polşanın Radio dinləyicilərinə isə hələ dünya müharibəsi başlayanda 1939-cu ilin sentyabr ayının ilk günlərində qayıtmışdı.

II dünya müharibəsi, getto və sonuncu marş

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi başlananda, Polşa Ordunun zabiti olaraq Korçak könüllü olaraq müharibəyə yollanmaq istədi, lakin yaşına görə orduya götürülməmişdi. Alman işğalı zamanında Polşanın hərbi mundirini taxırdı. O, həmçinin nasistlər tərəfindən yəhudiləri ayırmaq üçün tətbiq olunmuş David Ulduzunu da taxmaqdan imtina etmişdir. O hesab edirdi ki, bu rəmzin bədnam olması deməkdir. Həyatının son aylarını Varşavanın gettosunda keçirtdi. Korçakın sonrakı bioqrafı, Neverli, o zamanlarda Korçak üçün şəhərin ari hissəsindən saxta sənədləri əldə etmək cəhd edirdi, lakin həkim gettodan çıxmaqdan imtina etmişdi. Gettoda, hələ 1939-cu ildə yazmağa başladığı xatirə gündəliyini yazmağa yenidən başladı. Bundan əvvəl, artıq iki il xatirat dəftərinə heç nə yazmırdı, çünki bütün enerjisini onun himayəsi altında olan uşaqlar Evinə və gettoda olan uşaqlara sərf edirdi. İlk dəfə gündəlik 1958-ci ildə Varşavada dərc olunmuşdur. Sonuncu qeydlər 4 avqust 1942-ci il tarixinə düşür. 1942-ci ilin 5 və ya 6 avqust tarixində, səhər Balaca Gettonun ərazisi SS, Ukrayna və Latviyanın polisləri ilə əhatə edilmişdi. "Böyük aksiya" adlanan, yəni Varşava gettosunun almanlar tərəfindən məhv olunması zamanın, Korçak Uşaqlar evinin uşaqlarını və müəllimlərini tərk etmək istəmədiyinə görə, özünü xilas etmək üçün növbəti bir fürsətdən imtina etmişdir. Gettodan deportasiya olunan gün, Korçak öz tərbiyəçilərini ölüm düşərgələrinə gedən nəqliyyatın yerləşən Umschlagplatz meydanına aparmışdı. Bu yürüşdə, təxminən 200 yaxın şagird və onlarca müəllim iştirak etmişdir, onların arasında Stefanya Vilçinska da var idi. Onların sonuncu marşı əfsanəyə döndü.. Bu yürüş hərbi miflərdən biri oldu və hər zaman bütöv və təfərrüatları düzgün olmayan xatirələrə səbəb oldu. "Nə ikonaborçu, nə də ki ifşaçı olmaq istəmirəm, lakin o zaman buları necə gördüyüm haqqında danışmalıyam. Atmosferaya hərəkətsizlik, avtomatizm, apatiya girirdi. Heç bir görünən hərəkət yox idi, ki bu Korçakdı gələn, fişənglər də yox idi (bəzilərin təsvir etdiyinə görə), və yəqin Yudenratın nümayəndələrinin müdaxiləsi də yox idi –Korçaka heç kəs yaxınlaşmadı. Heç bir işarə yox idi, heç kəs oxumurdu, qürurla yuxarıya qaldırılan başlar da yox idi, Uşaqlar Evinin bayrağını kiminsə apardığı da yadımda deyil, lakin bəziləri deyirlər ki, aparırdılar. Havada qorxulu və yorğun sükut var idi. (…) Uşaqlardan biri Korçakın ətəyindən, bəlkə də əlindən tutmuşdur. Onlar transda gedirdilər. Onları Umschiag darvazasına kimi gətirdim… Digər versiyalara görə, uşaqlar dörd nəfərə ayrılaraq addımlayırdılar və onların tərbiyəçisi müəllif olduğu hekayənin əsas qəhrəmani olan, Maçius I Kralın bayrağını aparırdılar. Hər uşağın əlində ən sevdiyi oyuncaq və ya kitab var idi. yürüyüşün başında olan uşaq – skripkada ifa edirdi. Ukraynalılar və SS-çılar qırmanclarla vururdular və yürüyüşün rəhbərliyini onlardan birinin etdiyinə baxmayaraq – onun yəqin ki uşaqlara qarşı simpatiyası var idi — uşaqların üstündən güllə atırdılar. Yanuş Korçak öz şagirdləri ilə birgə Treblinkada ölüm düşərgəsində uşaqlarla birgə vəfat etmişdir. 1948-ci ildə ölməz Polşanın Dirçəlişinin Rıtsar Xaç Ordenini almışdır

Yanuş Korçak özünü Yəhudi-Polyak hiss edirdi. Onun fəaliyyəti Polyakların və Yəhudilərin yaxınlaşmasına yönəlmişdir. Onun ana dili polyak dili idi və o bu dildə yaradırdı. Qədim yəhudi dilini ancaq sionist hərəkətinə qoşulduqdan sonra öyrənməyə başladı, Polşadakı yəhudilərin əksəriyyəti istifadə etdiyi müasir yəhudi dilini isə, alman dilini bildiyinə görə bir az başa düşürdü. Yalnız 30-cu illərdə o yəhudilərin milli dirçəlişi ilə maraqlanmağa başladı; o zaman gənc təşkilatlarının sionist jurnalları ilə əməkdaşlıq edirdi və onların seminarlarında iştirak edirdi. Həmçinin, o zaman həm şəxsi həyatında və yaradıcılığında böhran keçirdirdi. Müəyyən dərəcədə bu böhrandan çıxmağa ona 1934-cü və 1936-cı illərdə Fələstinə səyahətləri kömək etdilər. Onun yazdığı kimi ora "keçmişi dərk etmək, indiki zamanı fikirləşmək üçün dəstək tapmaq və gələcəyə çatmaq" üçün getmişdir.

— "Doktor Korçak, cənab azaddır" alman " Sie sind frei Doktor Korczak." – alman filmi, 1975-ci il, Alekandr Fordanın rejissorluğu altında. Filmin mövzusu Korçakın həyatının sonuncu illərinə haqqındadır, və baş rolda Leo Genn oynayır. — " Korçak" – polyak filmi, 1990-cı ildə Agneşka Holland ssenarisi əsasında Andjey Vaydanın rejissorluğu altında çəkilmişdi. Bu filmdə həkim Korçakın taleyi və "Reidhardt Aksiyası" zamanında Uşaqlar Evinin uşaqlarına və müəllimlərinə qarşı nasist cinayətlərin fraqmentləri təqdim edilib. Korçakın rolunda Voyçex Pşoniak oynadı.

  1. https://commons.wikimedia.org/wiki/Category:Janusz_Korczak.
  2. Deutsche Nationalbibliothek Record #118565397 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 Yad Vashem (2010). "Ceremony Marking 68 Years Since its Murder of plum Korczak and the Children of the Orphanage". Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine Yad Vashem The Holocaust Martyrs' and Heroes' Remembrance Authority. Retrieved 27 January 2012.

Yanuş Korçak adına Beynəlxalq Ədəbiyyat Mükafatı İnternational Janusz Korczak Association (Beynəlxalq Yanuş Korçak Cəmiyyəti)

Qeydlər və haqqında olan ədəbiyyat

  • 1. 1,0 1,1 1,2 Yoanna Olçak – Roniker, Korçak, Bioqrafiya Nümunəsi , W. A. B., Varşava, 2011
  • 2. Korçak Polşa Komitəsini 50 illiyi. Materiallar Varşavada 6 və 7 XII 1996-cı ildə keçirilən təntənəli görüşdən əldə olunub, Varşava: Polşa Korçak Komitəsi, 1996
  • 3. Anolik B.: Çağırılan yaddaş, Krakov, Ofisina Krakovica, 1996
  • 4. Denbnitski K.: Korçak yaxından, Varşava, LSW, 1985
  • 5. Falkovska, Maria: Yanuş Korçakın həyat, fəaliyyət və yaradıcılıq təqvimi. Tərbiyə sistemin əsasları. Korçakın seminarları, Bizim Kitabxana, Varşava 1989, İSBN 8310091427
  • 6. Falkovska M.: Stefania Vilçınska (1886 −1942). Yetimlərin anası. Varşava, Korçakianum, 1977
  • 7. Humanistlər uşaq hüquqları haqqında. Red. Y. Binçiska Krakov : İmpuls, 2000
  • 8. Yakuboski M.: Yanuş Korçak və onun əməlləri. Çenstoxova, WSP, 1996
  • 9. Yavorski M.: Yanuş Korçak. Varşava, Interpress, 1977
  • 10. Yanuş Korçak. Polyak biblioqrafiyası 1896–1942. Heinsberg: Agentur Deick, 1985
  • 11. Yanuş Korçak. Polyak biblioqrafiyası 1943–1987. Heinsberg: Agentur Deick, 1987
  • 12. Yanuş Korçak gettoda. Yeni mənbələr. Varşava, Latona. 1992
  • 13. Yanuş Korçak – həyat və əsərləri. Beynəlxalq Elmi Sessiyasından materiallar. Varşava, 12–15 oktyabr 1978. WSiP, 1982
  • 14. Korçakın dialoqları, red. Y. Binçıtska, Varşava, Jak Akademiyasının nəşriyyatı, 1999
  • 15. Levin. A.: Son gələndə… Yanuş Korçak həyatının son illəri, Varşava, WsiP, 1996
  • 16. Levin. A.: Tanınan və tanınmayan Korçak, Varşava, Ezop, 1999
  • 17. Levin A.: Pedaqoji triptix, Varşava, Bizim Kitabxana, 1986
  • 18. Lichten J.: Yanuş Korçak – polyak yəhudisi, İlan, 1983, № 4
  • 19. Matıyas B., Yanuş Korçakın təhsil nəzəriyyəsi və təcrübəsinə əsasən uşaqların və gənclərin mədəni fəaliyyəti, Kelsi, WSP 1996
  • 20. Merjan İ. , Yaddan çıxmasın deyə, Varşava, Bizin Kitabxana, 1987
  • 21. Merjan İ., Cənab həkim və xanım Stefa: xatirələr, Varşava, WsiP, 1979
  • 22. Mortkoviç-Olçakova H., Yanuş Korçak, Krakov, Y. Mortkoviç nəşriyyatı, 1949
  • 23. Yanuş Korçakın pedaqoji düşüncələri. Yeni Mənbə, seçmə M. Falkovska, Varşava. Bizim Kitabxana, 1983
  • 24. Neverli İ., Canlı əlaqə, Varşava, Oxuyucu, 1996
  • 25. Neverli İ., 5 avqust tarixində köhnə şəkildən olan oğlan haqqında bağdakı söhbət, Varşava, Oxuyucu, 1984
  • 26. Təhsilin müasir modellərində istifadə olunun Yanuş Korçakın düşüncələrinin əks-sədası, red. M. Yuşçık, Çenstoxova, WSP, 1996
  • 27. Rogovska-Falska, Maria., Tərbiyənin əsasları " Bizim Ev". Məlumat xülasəsi. Uşaqlıqdan xatirələr, Varşava, PZWS 1959
  • 28. Rusakovska D., Yanuş Korçak məktəb haqqında. Noqteyi nəzərlər-qiymətlər-təcrübələr. Varşava, IDP, 1978
  • 29. Şlyonzakova A., Yanuş Korçak, Varşava, WSiP, 1978
  • 30. Şlyonzakova A., Yanuş Korçak poeziya əfsanələrində, Varşava, İNTERLİBRO, 1992
  • 31. Şımanska D., Uşaq yüzilliyinə həsr olunmuş simpozium, Himayə və Tərbiyə Məsələləri, 2011, № 1
  • 32. Tarnovski Y., Yanuş Korçak bu gün, Varşava : ATK, 1990
  • 33. Tvardovski Y., Yanuş Korçak haqqında, İlan, 1972 nr.6
  • 34. Tvardovski Y., Qara şam ağacı altında söhbətlər, Varşava: Pax, 1999
  • 35. Korçakın dairəsində , Yaşıl dağ, 1993 № 34
  • 36. Korçakın dairəsində, Yaşıl dağ, 1999 № 40
  • 37. Korçakın dairəsində, Yaşıl dağ, 1999 № 41
  • 38. Korçakın dairəsində , Yaşıl dağ, 2000 №r 42
  • 39. Voloşın, Stefan, Yanuş Korçak yazıçı kimi. Geniş yayılmış bilik, Varşava, 1982, İBSN 832140300X
  • 40. Voloşın S., Korçak, Varşava, Geniş yayılmış bilik, 1987
  • 41. Vrublevski M., Yanuş Korçak haqqında. Yeni İmkanlar , Moskva 1944, № 8
  • 42. Yanuş Korçak haqqında xatirələr, Varşava: Bizim Kitabxana, 1989
  • 43. Yanuş Korçak haqqında xatirələr, seçmələr. Lyudvik Barşçevski, Boleslav Mileviç (giriş İqor Neverli), Varşava, Bizim Kitabxana, 1989
  • 44. JulkevskaV., Sehrbaz, Varşava, Yerli nəşriyyat, 1979
  • 45. Maria Falkovska, Yanuş Korçakın Şəcərəsi , Yəhudi Institutun tarix bülleteni, 1997, № 1
  • 46. M. Yavorski, Yanuş Korçak, Varşava, 1973, s.18
  • 47. Korçak Y. Xatirələr, Məktubların seçməsi, 4 cild, 1958
  • 48. Polşa ədəbiyyat akademiyasının məzunu. 1937–1938, Varşava 1939, s.174
  • 49. Daniel Bargelovski: Üç dəfə birinci
  • 50. Neverlı İ.: Canlı əlaqə . Varşava, Oxuyucu, 1966
  • 51. Lewowicki, T., 1994, Janusz Korczak, Prospects:the quarterly review of comparative education (Paris, UNESCO: International Bureau of Education), vol. XXIV, no. 1/2, 1994, p. 37–48
  • 52. Patricia Anne Piziali, 1981, A comparison of Janusz Korczak's concept of the Right of the Child with those of Other Selected Child Advocates, George Washington University (dysertacja)
  • 53. Lifton, B. J. (2003): Who was Janusz Korczak? In J. Korczak, Ghetto diary (pp. vii–xxx). New Haven, CT: Yale University Press.
  • 54. Efron S. 2005, Janusz Korczak — Legacy of a practitioner-research, Journal of teacher education, 56,145–156, DOI:10.1177/0022487104274415
  • 55. Efron Sara Efrat, 2008, Moral education between hope and hopelessness: The legacy of Janusz Korczak, Curriculum Inquiry, 38, 39–62 DOI:10.1111/j.1467–873X.2007.00397.x
  • 56. Valejeva, R. (1996): Korczak theory in the context of the humanistic pedagogy. [w:] A. Cohen, S. Aden, & R. Yatziv (Eds.): Studies in the legacy of Janusz Korczak, 1 (pp. 93–89). Haifa, Israel: University of Haifa Publishing House, The Janusz Korczak Associaion in Israel, and Beit Lochamei Hagetaot.
  • 57. Newerly, I. (1967): Introduction (A. Bidwell & G. Bidwell, Trans.). [In:] M. Wolins (Ed.): Selected works of Janusz Korczak (pp. xvii–xlv). Washington, DC: National Science Foundation.
  • 58. Kohlberg, L. (1981): Education for justice: The vocation of Janusz Korczak. [In:] L. Kohlberg (Ed.): Essays on moral development, Volume 1: The philosophy of moral development (pp. 400–407). San Francisco: Harper and Row.
  • 59. Gadotti, M. (1998): Janusz Korczak as the pioneer of child’s rights. The Sixth International Janusz Korczak Conference. Israel: Kibbutz Lochamei Haghetaot
  • 60. Hatt, B. E. (2005). Pedagogical love in the transactional curriculum. Journal of Curriculum Studies, 37(6), 671–688.
  • 61. Boschki, R., 2005, Re-reading Martin Buber and Janusz Korczak: Fresh impulses toward a relational approach to religious education, Religious education, 100, 114–126 DOI:10.1080/00344080590932391
  • 62. Reiter, S., Asgad, B., Sachs, S. 1990: The implementation of a philosophy in education — Korczak, Janusz educational principles as applied in special education, The British journal of mental subnormality, 1990, 4 −16
  • 63. Korczak, J.: Ghetto diary. New Haven, Conn: Yale University Press, 2003. ISBN 0-300-09742-5.
  • 64. korçak Y.: Gündəlik. Məktubların seçimi, cild 4, 1958.
  • 65. Korçak (film)
  • 66. M. Rudnitski: Yanuş Korçakın son yolu. "Tygodnik Powszechny" 1988 nr 45
  • 67. Szpilman W., Pianoçu
  • 68. Joshua Perlenin Xatirələri
  • 69. Anna Meşkovska, Irena Sendlerovanın uşaqları, WWL MUZA SA, str. 134, wiersz 5–19
  • 70. Korczak, J.: Yanuş Korçak : yeni məbələr (giriş və elmi redaktə Aleksandr levin). Varşava, Conn: Latona, 1992, s. 310.
  • 71. Betty Jean Lifton "The King of Children. A Biography of Janusz Korczak". New York-Toronto 1988
  • 72. Maria Falkovska "Yanuş Korçalən həyatnının, fəaliyyətinin və yaradıcılığının təqvimi.". Varşava 1989

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]